Bakıda Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib
03.10.2014 [09:43]
Oktyabrın 2-də Nazirlər Kabinetində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda çıxış edən komissiyanın həmsədri, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında əlaqələrin son illərdəki inkişafından danışıb. Vurğulanıb ki, dövlət başçılarının səyləri nəticəsində əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində tərəflər arasında ticari-iqtisadi sahədə konkret layihələr həyata keçirilib, iqtisadi əlaqələrin inkişafına xidmət edən çoxsaylı görüşlər və tədbirlər təşkil olunub. Həmçinin, iki ölkənin işgüzar dairələri və təsərrüfat subyektləri arasında əlaqələr də genişlənib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88,2 milyon ABŞ dolları təşkil edib. Bu baxımdan tərəflər idxal-ixrac əməliyyatlarının və qarşılıqlı xidmətlərin həcminin artırılması istiqamətində zəruri addımlar atmalıdırlar.
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırıb. Qeyd edib ki, son illər neft və qaz, mədəniyyət və elm sahələrində dəfələrlə ortaq tədbirlər keçirilib və bu ənənə davam etdiriləcək. Humanitar sahədə, xüsusilə elmi tədqiqatlar, habelə dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. S.Toylıyev vurğulayıb ki, özəl sektorların da əməkdaşlığa cəlb olunması məqsədəuyğundur.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki ölkə arasında idxal-ixrac münasibətlərinin böyük perspektivə malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır və bu, sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər.
İclasda qeyd olunub ki, əlaqədar nazirlik və qurumlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında daşınan yüklərin həcminin artırılması ilə bağlı işləri davam etdirirlər. Humanitar və təhsil sahələrində də ikitərəfli əlaqələr uğurla inkişaf edir. Hazırda Azərbaycanda 266 Türkmənistan vətəndaşı təhsil alır. Gələcəkdə onların sayının artacağı gözlənilir.
Hökumətlərarası komissiyanın iclasında iki ölkənin təsərrüfat subyektlərinin sənaye və energetika layihələrinə cəlb olunması, neft-qaz sahəsində birgə elmi tədqiqatlar aparılması, treninq, konfrans və simpoziumların keçirilməsi imkanlarının öyrənilməsinə dair əlaqədar nazirlik və dövlət strukturlarına tapşırıqlar verilib. Həmçinin, kənd təsərrüfatı, nəqliyyat və rabitə, ətraf mühitin mühafizəsi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün konkret vəzifələr və tapşırıqlar da müəyyənləşdirilib.
Tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın beşinci iclasının 2015-ci ildə Aşqabadda keçirilməsi ilə bağlı razılığa gəliblər.
Sonda iclasın yekunlarına dair protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

