/ / Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının ilk təqdimatı
Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının ilk təqdimatı
22.10.2014 [10:06]
Oktyabrın 21-də Bakı Slavyan Universitetində (BSU) akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.
AzərTAc xəbər verir ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.
Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni baxış ortaya qoyulub. Müəllif kitabda Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə baş verən hadisələrə obyektiv münasibət bildirib. Akademik R.Mehdiyev bu kitabı yazarkən həm Azərbaycanda, həm də xarici ölkələrdə səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb. Eyni zamanda, kitabda ilk dəfə olaraq, dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib.
Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə dərin təşəkkürünü bildirib.
Təqdimat mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov çıxış edərək deyib ki, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabı Azərbaycan tarixşünaslığında və şərqşünaslığında mövzuya dair mükəmməl və ən bitkin baxışdır, desək yanılmarıq. Kitabda aydın şəkildə görürük ki, Ramiz Mehdiyev özündən əvvəl bu mövzuya müraciət etmiş şərqşünasların, mütəxəssislərin fikirlərini elmi süzgəcdən keçirərək çox maraqlı və dəyərli nəticələrə gəlib. Akademik özündən əvvəlki tədqiqatçıların fikirlərinin bəziləri ilə razılaşır, bəzilərini isə qətiyyətlə qəbul etmir. Ancaq bir məsələni xüsusi vurğulamaq lazımdır ki, akademik Ramiz Mehdiyevin baxışı bir dövlət xadiminin baxışıdır. Doğrudur, alimlərin, tədqiqatçıların bu barədə fikirləri də qiymətlidir, onlar bizim əvəzsiz mənbələrimizdir və Azərbaycan tarixi üçün onların xidmətlərini heç kim dana bilməz. Lakin indiyədək Şah İsmayıl Səfəvi mövzusunda yetkin, siyasi cəhətdən kamil hazırlanmış bir baxışın olmadığını da etiraf etmək lazımdır. Akademik Ramiz Mehdiyevin yeni fundamental kitabı bu boşluğun aradan qaldırılması istiqamətində mühüm bir addımdır.
Kitabın hələlik birinci hissəsi çap olunsa da, yaxın vaxtlarda onun ikinci hissəsinin nəşri də nəzərdə tutulub. Bu kitabda tamam fərqli bir baxış ortaya qoyulub. Akademik Ramiz Mehdiyev bu əsərində bir çox gənc tədqiqatçıların fikirlərinə münasibət bildirib, nümunə göstərib. Bu da çox maraqlıdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Gövhər Baxşəliyeva, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, professor Sahibə Qafarova və BSU-nun kafedra müdiri, professor Məmməd Əliyev çıxışlarında kitabın elmi əhəmiyyətindən danışaraq əsəri tariximizi təhrif edənlərə tutarlı cavab kimi qiymətləndiriblər.
Diqqətə çatdırılıb ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir. Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: “Qərəzsiz və nifrətsiz”, “Səfəvilər sülaləsinin etnik mənsubiyyəti”, “Səfəviyyə” ordeninin yaranması və siyasiləşməsi”, “Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi”, “İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması”, “Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış”, “Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi”.
Bildirilib ki, Şah İsmayıl Xətai Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Hakimiyyətdə olduğu illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə mübarizə aparan Şah İsmayıl Xətainin xidmətləri milli tariximizin müxtəlif dönəmlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır.
Müəllif əsəri iki hissəyə bölüb. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti nəzərdən keçirilir. Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılıb, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanıb.
Kitabın ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilib.
Vətən tarixinə konseptual yanaşma, Səfəvilər dövrü haqqında milli və dünya tarixşünaslığında mövcud ədəbiyyatın təhlili, geniş erudisiya, zəngin elmi biliklər və dövlət idarəetmə təcrübəsi, ən başlıcası isə dərin azərbaycançılıq ruhu müəllifə tariximizin bu dönüş mərhələsi haqqında son dərəcə məntiqi, dəqiq və inandırıcı nəticələrə gəlməyə imkan verir.
Qeyd edilib ki, akademik Ramiz Mehdiyevin tarixi əsərlərindən sonra Azərbaycan tarixinə, onunla bağlı olan hadisələrə azərbaycançılıq mövqeyindən yanaşılması prosesi daha da genişlənəcək və dərinləşəcək.
Natiqlər kitabın başqa dillərə də tərcümə olunmasının vacibliyini söyləyiblər.
Tədbirdə çıxışlar ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mərasimə yekun vuran BSU-nun rektoru qeyd edib ki, “Şərq-Qərb” nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislərin - tarixçilərin və şərqşünasların, habelə geniş oxucu kütləsinin marağına səbəb olacaq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

