Siyavuş Novruzov: “Milli şura”dakıların əksəriyyəti vətən xainləridir, satqınlardır
06.11.2014 [10:04]
“Bu ilin sonuna, gələn ilin əvvəlinə qədər AXCP və “Müsavat”dan əsər-əlamət qalmayacaq”
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ölkə Prezidentinin Fərmanının partiyaların maliyyələşməsi, onların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində önəmi nədən ibarətdir?
- “Siyasi partiyalar haqqında” qanunda siyasi partiyaların maliyyələşməsi barədə müddəalar konkret şəkildə göstərilib. Qanuna görə, maliyyələşmə əsasən iki formada həyata keçirilir. Birincisi, siyasi partiyaların topladığı ianələr, üzvlük haqları, ikincisi isə, qanunvericiliyə uyğun olaraq dövlət büdcəsindən maliyyələşmə. Bu da parlament seçkilərində iştirak edərək parlamentdə təmsil olunan və yaxud da parlament seçkilərində 3 faizlik baryeri aşan siyasi partiyalara şamil edilir. Hazırki mərhələdə, gündəmə siyasi partiyaların maliyyələşməsində şəffaflığın təmin edilməsi və gəlirləri ilə bağlı hesabatlılıq məsələsi gəlib. Yeni Azərbaycan Partiyasını çıxmaq şərtilə əksər partiyalar öz maliyyə vəsaitlərini cəmiyyətdən gizlədərək aidiyyəti dövlət qurumlarına hesabat verməyiblər. YAP ildə bir dəfə maliyyə gəlirləri haqqında cəmiyyəti məlumatlandırır və bu barədə aidiyyəti qurumlara hesabat verir.
“Siyasi partiyalar haqqında” qanuna əsasən üzvlük haqlarının yığılma forması və miqdarı hər bir siyasi partiyanın Nizamnaməsi ilə tənzimlənməlidir. İanələrin miqdarında isə göstərilir ki, hər bir Azərbaycan vətəndaşı bir və ya iki siyasi partiyaya il ərzində on min manatdan yuxarı ianə yardımı göstərə bilməz. Bu da dünya praktikasına uyğundur. ABŞ-da əsasən seçki dövründə siyasi partiyalara maliyyə yardımları olur ki, bu da bir vətəndaş üçün beş min dollar civarında nəzərdə tutulur. Qanunvericiliyə görə, Azərbaycanda prezident seçkiləri ərəfəsində bir vətəndaş bir namizədin hesabına üç min manatdan artıq maliyyə yardımı göstərə bilməz. Bu baxımdan da siyasi partiyaya vətəndaşların maliyyə yardımının məbləği konkret olaraq müəyyənləşib. Bundan başqa, siyasi partiyalar öz maliyyə gəlirləri ilə bağlı ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına (MSK) auditlə birgə hesabatlarını təqdim etməli, MSK isə öz növbəsində siyasi partiyanın gəlirləri, xərcləri, maddi təminatı haqqında informasiyanı öz rəsmi saytında yerləşdirməlidir. Bununla da istənilən ianə verən, üzvlük haqqı ödəyən şəxs aydın şəkildə etdiyi yardımın hara sərf olunduğunu, hara xərcləndiyini öyrənə biləcək. Bir sıra siyasi partiyalar var ki, Azərbaycan dövlətinin büdcəsindən və yaxud vətəndaşı tərəfindən deyil, ayrı-ayrı beynəlxalq təşkilatlar, xarici kəşfiyyat orqanları tərəfindən dolayı yolla maliyyələşdirilirlər. Bunlar da müxtəlif siyasiləşmiş QHT-lər vasitəsilə həyata keçirilir. Bəzi siyasi partiya nümayəndələri xarici donor təşkilatlarından müxtəlif qrantlar alırlar ki, bu da siyasi partiyaların qeyri-qanuni maliyyələşməsinə gətirib çıxarır. Bütün hallarda ölkəmizdə siyasi partiyaların şəffaflığı təmin olunmalı, ödənilən vəsaitlərin hara xərcləndiyi aydın şəkildə cəmiyyətə açıqlanmalıdır. Bu baxımdan ölkə Prezidentinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər haqqında Fərmanının əhəmiyyəti olduqca böyükdür.
- Gələcəkdə bu amillər siyasi partiyaların işinə hansı təsirləri göstərəcək?
- Bu, tək cəmiyyətlə siyasi partiyalar arasında olan münasibət deyil, eyni zamanda, siyasi partiyaların öz daxilində də üzvlər üçün maliyyə vəsaitinin hara və necə xərcləndiyi məsələsi qaranlıqdır. İstər dövlət büdcəsindən alınan vəsait, istərsə də üzvlük haqları və ianələrdən gələn vəsait. Bəzi partiyaların rəhbər şəxsləri və əhatələrində olan üç-beş adam bütün vəsaiti aralarında bölürlər. Ayrılan maliyyə yardımları ancaq onların cangüdənlərinə, avtomobillərinə sərf olunur ki, bu da digər üzvlər tərəfindən narazılıqla qarşılanır. Ona görə də, bu partiyalardan kütləvi istefalar müşahidə edilməkdədir. Hesabatlılıq olduqda artıq bu kimi qaranlıq məqamlar üzə çıxacaq, hər bir məsələ müsbət şəkildə öz həllini tapacaq.
- Deyə bilərikmi, AXCP və Müsavat partiyalarından davamlı istefalar nəticəsində bu partiyalar 2015-ci il parlament seçkilərinə qədər siyasi arenadan silinəcəklər?
- Müsavat Partiyasında keçirilən antidemokratik, ədalətsiz seçkilər oradakı funksionerlərin etirazı ilə qarşılandı və bu da nəticədə istefalara səbəb oldu. İsa Qəmbər başqanlıqdan getmək istəmədiyi üçün partiyanın qurultayının keçirilməsinə əngəl olmağa çalışırdı. Bunu da müxtəlif bəhanələrlə, yer, məkan bəhanələri ilə ertələyirdi. Hətta qurultayı başqa ölkədə keçirmək şousu belə düzənləmişdilər. Qurultayı parlament seçkilərinə qədər uzatmaq istəyirdilər. Lakin partiya üzvlərinin təkidli tələbləri qarşısında məcbur olub, qurultayı keçirtdilər. Qurultayda İsa Qəmbərin tərəfdarının partiyaya başqan gətirilməsi niyyəti öndə dayanırdı. Bunu da müxtəlif saxta yollarla etdilər. Bu insanlar ömür boyu saxtakarlıqla məşğul olublar. Başqan seçkilərində bu bir daha aydın şəkildə özünü göstərdi. Narazılıqlar pik həddə çatdığından, hətta bu günə qədər rəhbər strukturlar formalaşmayıb. Bütün bunlar həmin partiyadan istefaların güclənməsinə səbəb oldu. “Müsavat”ın tərkibində ya müxtəlif fraksiyalar yaranacaq, ya da ümumiyyətlə dağılaraq, tarixin arxivinə atılacaq. AXCP-yə gəlincə, bunlar partiyaya bir növ gəlir mənbəyi kimi baxırlar. Onlar partiyaya siyasi əqidə birliyi, xalqın hər hansı bir probleminin qaldırılması, alternativ təkliflərin verilməsi baxımından deyil, öz məqsədlərini həyata keçirən qurum kimi baxırlar. Erməni lobbisi tərəfindən mitinqlərə ayrılan vəsaiti də mənimsəyiblər. Azərbaycanda insan haqlarının qorunması adı altında bir çox məsələləri ortaya ataraq özlərinə vəsait yığmaqla məşğuldurlar. Əli Kərimli və onun ətrafındakıların pul mənimsəməsini AXCP-nin rayon təşkilatlarının nümayəndələri də etiraf ediblər. Həmin partiya üzvləri bir daha əmin oldular ki, bu insanların məqsədi ölkəmizdə demokratiyanın inkişafı, siyasi sistemin möhkəmləndirilməsi, azad, ədalətli seçkilər deyil, özlərinin gəlir mənbələrini artırmaqdır. Bu ilin sonuna, gələn ilin əvvəlinə qədər AXCP və “Müsavat”dan əsər-əlamət qalmayacaq.
- Eldar Namazovun Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla görüş keçirməsi və saziş imzalamasının arxasında hansı görünməyən məqamlar dayanır?
- Bunun arxasında görünməyən məqamlar çoxdur. Eldar Namazovun nə hüquqi, nə də mənəvi haqqı yoxdur ki, nəinki Dağlıq Qarabağla bağlı, Azərbaycanın bir kəndi, bir küçəsi haqqında hansısa sənədə imza atsın. Bu insanın təşkilatı cəmiyyətimiz tərəfindən tanınmır. Özünə gəlincə, hər zaman dövlətimizin əleyhinə işləyən bir insan kimi xarakterizə olunur. Ömrü boyu provokasiyalarla məşğul olub, gah Rusiya kəşfiyyat orqanlarına xidmət edib, gah da ermənilərə. Bu adam Azərbaycan siyasi səhnəsinə naşı kimi gəlib, naşı kimi də gedəcək. Bu insanın iş görmək qabiliyyəti yoxdur. Bunlar gizli yolla dövlət sirlərini ermənilərə ötürməklə məşğuldurlar. Eldar Namazovun David Şahnazaryanla saziş imzalamasının arxasında, əslində Leyla Yunusu sığortalamaq dayanır.
- Siyavuş müəllim, “Milli şura”nın noyabrın 10-na təyin olunan mitinqi digərlərindən nə ilə fərqlənəcək?
- Bu işlər bir-birilə bilavasitə bağlıdır. Bir tərəfdən, Avropanın bəzi təşkilatları vergidən yayınan Leyla Yunusun azadlığa buraxılmasına çalışır, digər tərəfdən, Eldar Namazov ermənilərlə görüş keçirir, digər bir tərəfdən isə Əli Kərimli və “Milli şura” dəstəsi öz işini görür. “Milli şura”nın tərkibində olanların böyük əksəriyyəti vətən xainləridir, satqınlardır. Bunlar öz toplantılarını da erməninin sahibi olduğu oteldə keçirtməklə məşğuldurlar. Bu baxımdan da həmin mitinqdən heç nə gözlənilmir.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20

