Bakıda Azərbaycan Rus İcmasının IV qurultayı keçirilib
15.11.2014 [11:44]
Noyabrın 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Rus İcmasının IV qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultayı Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin açıb.
O qeyd edib ki, qurultay ərəfəsində icmanın bütün şəhər və rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib, yığıncaqlarda Azərbaycan Rus İcmasının tərkibinə daxil olan 40 təşkilatdan 310 nümayəndə seçilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qurultayın fəxri nümayəndələridir.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
M.Zabelin qurultayın gündəliyini və katibliyin tərkibini elan edib.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qurultay nümayəndələrini salamlayıb.
Rusiyalı diplomat Rus İcmasına göstərilən böyük diqqətə görə Azərbaycan hökumətinə və xalqına təşəkkürünü bildirərək qeyd edib ki, həmvətənlərin dəstəklənməsi Rusiya hökumətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Rusiya bundan sonra da başqa ölkələrdə, o cümlədən Azərbaycanda yaşayan həmvətənlərlə mədəni və tarixi əlaqələri davam etdirəcək. V.Doroxin deyib ki, Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkədir və burada müxtəlif millətlərdən olan insanlar respublika hökumətinin köməyi sayəsində öz identikliyini qoruyub saxlamaq və inkişaf etdirmək imkanına malikdirlər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Bakı və Xəzəryanı Yeparxiyanın protoiereyi Sergey Ferştand, Ümumrusiya Azərbaycanlılar Konqresi sədrinin müavini İlqar Hacıyev, Xaricdəki Həmvətənlər Fondunun nümayəndəsi Vladimir Pozdorovkin təmsil etdikləri qurumlar adından qurultay nümayəndələrinə təbrik məktublarını oxuyublar.
Moskva Hökumətinin nazir müavini Yevgeni Yarusov Azərbaycan Rus İcmasının sədri Mixail Zabelinə, İcmanın sədrinin birinci müavini Boris Voroninə, Azərbaycanın Rusdilli Ali Məktəblərinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakuninaya, “Russkiy Azerbaydjan” filminin rejissoru Cavid İmamverdiyevə və başqalarına Moskva Hökumətinin fəxri fərmanlarını təqdim edib.
Qurultayda Azərbaycan Rus İcmasının ötən dövrdəki fəaliyyəti barədə hesabat dinlənilib, İcmanın Respublika Şurasının yeni heyəti və rəhbərliyi seçilib.
Rus İcmasının başçısı Mixail Zabelin hesabat məruzəsində Azərbaycanda yaşayan ruslara göstərilən diqqətə və hörmətə görə Respublika rəhbərliyinə təşəkkürünü bildirib. O, Rus İcmasının həyatında Bakı və Xəzəryanı Yeparxiyanın da böyük rolu olmasını qeyd edib.
M.Zabelin deyib: “Biz respublika rəhbərliyinin, Prezident İlham Əliyevin dövlətimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə, ölkəmizin ərazi bütövlüyünün qorunmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş fəaliyyətini tamamilə dəstəkləyirik və ümid edirik ki, bu məsələ tezliklə öz ədalətli həllini tapacaq, Azərbaycan torpaqları işğaldan azad ediləcək”.
Müasir Azərbaycanın bütün dünyaya dini tolerantlıq modeli, millətlərarası münasibətlərin inkişafının yüksək səviyyəsi nümunəsi göstərdiyini vurğulayan M.Zabelin deyib: “Dinlərarası dialoq daha da güclənir. Multikulturalizm, dinlərarası dialoq, xalqlarımız arasında dostluq və qardaşlıq bizim dövlətimizi daha da möhkəmləndirir”.
Azərbaycan Rus İcmasının başçısı Rusiya universitetlərinə daxil olmuş tələbələrə göstərilən maddi köməyə görə Heydər Əliyev Fonduna və Fondun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Rus İcmasının sədri vurğulayıb ki, ötən qurultaydan sonrakı dövrdə Bakı şəhərinin Pirallahı rayonunda və Mingəçevir şəhərində Rus İcmasının təşkilatları yaradılıb.
İcmanın rəhbəri deyib: “Bu gün icma 60 mindən çox insanı əhatə edən 46 şəhər, rayon və regional təşkilatı birləşdirir. İcmanın strukturuna uyğun olaraq onun 1350 nəfər fəal üzvü var. Gördüyümüz kimi, icma iri kütləvi təşkilata çevrilib”.
Qurultay İcmanın son beş ildəki fəaliyyətinə yekun vurub.
Qurultayda qəbul edilmiş qətnamədə Rus İcmasının respublika şurasının işi qənaətbəxş hesab edilib. Təşkilatın rus dilinin, rus mədəniyyətinin və ənənələrinin təbliği, gənclərin Rusiya ali məktəblərində təhsil almağa göndərilməsi, “Moskva merinin təqaüdü” layihəsinin həyata keçirilməsi, icmanın təşkilati cəhətdən möhkəmlənməsi üzrə fəaliyyəti müsbət qiymətləndirilib. Qurultayda respublikada rus dilindən istifadə edilməsinin genişləndirilməsi və dərinləşdirilməsi üçün bütün imkanların səfərbər edilməsinin zəruriliyi vurğulanıb. Rusların ölkədə dövlət dili olan Azərbaycan dilini öyrənmələrinə kömək göstərməyin zəruri olması da qeyd edilib. Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə hazırlıq dövründə böyük qələbənin əhəmiyyətinin, faşizmin darmadağın edilməsində sovet ordusunun rolunun təbliğinə yönəlmiş tədbirlər hazırlamaq, müharibə və əmək veteranlarına diqqəti artırmaq, onlara maddi kömək və sosial yardım göstərilməsi. bu şəxslərin müalicəsinin və istirahətinin təşkili üzrə təsirli tədbirlər görmək lazımdır. Respublikanın ictimai təşkilatları, milli və mədəni mərkəzlər, həmvətənlər təşkilatları ilə daha sıx əlaqə yaratmağın zəruriliyi vurğulanıb.
M.Zabelin yekdilliklə qarşıdakı beş il üçün İcmanın sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10

