Sloveniyanın Azərbaycan ilə dərin köklərə əsaslanan sıx əlaqələri var
19.11.2014 [10:09]
Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbets AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, bu il Azərbaycan ilə Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 23 illiyi qeyd olunur. Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Sloveniyanın Azərbaycan ilə dərin köklərə əsaslanan sıx əlaqələri var. Son iki ildə ölkələrimiz arasında siyasi dialoq intensivləşib, eləcə də iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Bu səbəbdən də Sloveniyanın Bakıda fəxri konsulluğu fəaliyyətə başladı. Düşünürəm ki, fəxri konsulluq iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfələrini verəcək.
Azərbaycan və Sloveniya xalqları bir-birinə çox yaxındırlar. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) İkinci Dünya müharibəsi zamanı Sloveniya ərazilərində faşistlərə qarşı mübarizədə böyük qəhrəmanlıq göstərib.
Biz bir çox sahələrdə ortaq maraqları paylaşırıq. Xüsusilə qeyd etməliyəm ki, Sloveniyada son vaxtlar Azərbaycana maraq xeyli artıb. Azərbaycan hökuməti ölkəniz haqqında məlumatların digər dövlətlərdə olduğu kimi, Sloveniyada da geniş miqyasda təbliğ olunması istiqamətində mühüm işlər görür. Əminəm ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək.
- Azərbaycan ilə Sloveniya iqtisadiyyatın daha hansı sahələrində əməkdaşlıq edə bilər?
- Ölkələrimiz arasında iqtisadiyyatın bir çox sahələrində əməkdaşlıq durmadan genişlənir. Sloveniya şirkətləri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Kənd təsərrüfatı, ərzaq istehsalı sahələrində təcrübə mübadiləsinin aparılması vacibdir. Sloveniyanın məşhur “Riko” tikinti şirkəti bu yaxınlarda Azərbaycanda nümayəndəliyini açacaq.
Azərbaycan ilə Sloveniya Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq edir. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına enerji təhlükəsizliyi, təhsil sahələrində əlaqələr daxildir. Bu, özəl sahələrlə yanaşı, ictimai sektorun inkişafına da müsbət təsirini göstərir. Əczaçılıq sahəsində Sloveniya şirkətləri ilə danışıqlar aparılır. Hər iki tərəf üçün turizm sahəsində qarşılıqlı tərəfdaşlığın inkişafı olduqca əhəmiyyətlidir. Azərbaycan deyəndə hər kəsin gözü önündə ilk növbədə Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi canlanır. Düşünürəm ki, Azərbaycan və Sloveniyanın dağları, dənizi, tərəvəzləri çox oxşardır. Ümumiyyətlə, qarşılıqlı marağın olduğu istənilən sahədə əməkdaşlıq edə bilərik. Bayraqlarımız da oxşardır.
- İkitərəfli əməkdaşlığın gündəliyində hansı məsələlər var?
- Sloveniya şirkətlərinin Azərbaycana olan marağı gündən-günə artır. Onlar Azərbaycan bazarına daxil olmaq, eyni zamanda, buraya sərmayə qoymaqda maraqlıdırlar. Deməliyəm ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi yavaş-yavaş artmağa başlayıb. Biz artıq bir çox sahələrdə müqavilələrin imzalanması üçün ilkin mərhələni başa vurmuşuq. Sloveniyanın “Dual” şirkəti zəlzələyə davamlı idman meydançalarının tikintisi üzrə ixtisaslaşıb. Bu şirkət digər ölkələrlə yanaşı, Azərbaycanda da meydançalar tikmək niyyətindədir. Daha çox diqqətimizi şirkətlər arasında əlaqələrin qurulmasına yönəldəcəyik. Son illərdə ölkələrimiz arasında keçirilən biznes forumlar, qarşılıqlı səfərlər əlaqələrin daha da inkişafına təkan verib. Biznes və turizmin inkişafı bizim üçün əsas prioritet sahələrdir. Yaxın zamanlarda Bakı ilə Lyublyana arasında birbaşa hava reysinin açılmasına çalışırıq. Düşünürəm ki, bu, konkret atılacaq ilk addımlardan biridir.
- Yaxın günlərdə Sloveniyanın Bakıda fəxri konsulluğu və konsulu təqdim olundu. Bunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə nə kimi töhfələri ola bilər?
- Bir ilə yaxın idi ki, fəxri konsulluğun Bakıda açılması üçün danışıqlar aparılırdı. Fəxri konsul Elnur Allahverdiyev daha çox biznes şirkətlərinin bir-biriləri ilə əlaqəli şəkildə işləməsinə çalışacaq. Sloveniyanın biznes şirkətlərinin Azərbaycandan olan ticarət tərəfdaşlarına ehtiyacı var. Azərbaycan iqtisadiyyatının daha da inkişafı baxımından Sloveniya şirkətlərinin ölkənizə cəlb olunması ilə bağlı danışıqlar aparılır. Əminəm ki, qarşılıqlı səfərlərin təşkili, fikir mübadiləsinin aparılması siyasi əməkdaşlığın inkişafına töhfələrini verəcək.
Fəxri konsulluq təbii ki, mədəniyyət, turizm, incəsənət sahələrində münasibətləri daha da inkişaf etdirəcək. Onu da qeyd edim ki, gələn il Azərbaycanda Sloveniya Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
- İki ölkənin media qurumları arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz?
- Azərbaycan ilə Sloveniyanın milli informasiya agentlikləri arasında əlaqələrin inkişafı hər iki dövlət üçün əsas özül ola bilər. AzərTAc-da keçirdiyimiz görüşdə Sloveniyanın xəbər agentliyi ilə əməkdaşlığın qurulması barədə səmərəli müzakirələr aparıldı. Hər iki ölkənin milli xəbər agentliləri arasında münasibətlərin formalaşdırılması ilə bağlı müqavilə və ya memorandumun imzalanması üçün hər cür kömək göstərməyə hazıram. Düşünürəm ki, bu, əməkdaşlığın daha da genişləndirilməsi üçün atılacaq vacib addımdır. Əlbəttə ki, hər iki media qurumunun jurnalistlərinin qarşılıqlı səfərlərinin təşkili mümkündür. Bu, Azərbaycanda və Sloveniyada keçirilən mühüm tədbirlərin işıqlandırılması, təcrübə mübadiləsinin aparılması, mövzuların müzakirəsi baxımından faydalı ola bilər. Mən də ixtisasca jurnalistəm. Təcrübəmə görə deyə bilərəm ki, bu səfərlərin təşkili yeni əməkdaşlığın, ikitərəfli əlaqələrin qurulması üçün çox vacibdir.
- Cənab səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Çox ağrılı, olduqca çətin məsələdir. Öz doğma yurd-yuvalarından didərgin düşən insanların problemlərini anlayıram. Bu münaqişənin hələ də davam etməsi, problemin həllində irəliləyişin olmaması səfir kimi məni məyus edir. Son iyirmi ildə Azərbaycan və Sloveniya münaqişələrdən əziyyət çəkib. Bu problemin xalqlara, dövlətlərə necə mənfi təsir göstərdiyini bilirik. XXI əsrdə belə münaqişələrin olması təəssüfləndiricidir. Ümid edirəm ki, münaqişə sülh yolu ilə həll olunacaq. Beynəlxalq birlik problemin həlli üçün səylərini birləşdirməlidir. Beynəlxalq ictimaiyyət, xüsusilə BMT, ATƏT, Avropa İttifaqı və digər qurumlar münaqişənin həlli üçün daha çox səy göstərməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

