/ / Türkiyə-Ermənistan sərhədlərinin açılmasını gündəmə gətirənlər heç bir nəticə əldə edə bilməyəcəklər
Türkiyə-Ermənistan sərhədlərinin açılmasını gündəmə gətirənlər heç bir nəticə əldə edə bilməyəcəklər
25.11.2014 [09:40]
Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Son illərdə türk dünyasının birliyini istəməyən, Azərbaycan-Türkiyə qardaşlığı kimi dünyaya örnək ola biləcək münasibətləri pozmağa çalışan qüvvələr hər vəchlə dövlətlərimiz arasında nifaq yaratmağa cəhd göstərsələr də, bu iki xalqın birliyi və həmrəyliyi həmin qüvvələrin niyyətlərini puç edib.
Əlbəttə, hər iki dövlətin münasibətlərinin bugünkü yüksək səviyyəsi tarixi köklərə bağlılığı ilə yanaşı, dərin, ciddi siyasi-ideoloji prinsiplərə əsaslanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir”, Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamı artıq münasibətlərimizin dəyərləndirilməsində bir aforizmə çevrilib. Qətiyyətlə demək mümkündür ki, XXI əsrdə ölkələrmiz arasındakı münasibətlər bu iki nəhəng şəxsiyyətlərin bəyan etdiyi ideoloji prinsiplərin ruhuna uyğun inkişaf edir.
Amma yuxarıda qeyd etdiymiz kimi, müəyyən qüvvələr bu qardaşlıq münasibətlərinə kölgə salmağa çalışırlar. Bu prosesdə isə işğalçı Ermənistan amilindən istifadə olunur. Məlum olduğu kimi, 1993-cü ildə Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyə bu dövlətin təcavüzkar siyasəti ilə əlaqədar sərhədlərini bağlayıb. Təbii ki, sərhədlərin bağlanması işğalçı ölkə üçün ciddi çətinlik yaradıb. Buna görə də, beynəlxalq müstəvidə Türkiyəyə sərhədləri açması üçün müxtəlif təzyiqlər göstərilib. Bunun nəticəsi olaraq bir neçə il öncə Türkiyə ilə Ermənistan arasında Sürix protokolu da imzalandı. Amma Azərbaycan və Türkiyə cəmiyyətinin etirazları nəticəsində bu protokol qüvvəyə minmədi. Eyni zamanda, Türkiyə rəhbərliyi bir daha bəyan etdi ki, sərhədlər yalnız Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra açıla bilər.
Amma son günlər sərhədlərin açılması mövzusu yenidən gündəmə gəlib. Belə ki, bir neçə gün öncə Türkiyədə Ankara Universiteti ilə “Hrant Dink Vəqfi”nin birgə keçirdiyi “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi” adlı beynəlxalq konfransın keçirilməsi buna sübutdur. Həmin konfransda sərhədlərin açılmasına dair çağırışlar səslənib. Konfransa Türkiyə, Ermənistan, ABŞ və Fransanın müxtəlif universitetlərindən nümayəndələr qatılıb. Çıxışçılar əsasən heç bir şərt olmadan iki ölkə sərhədlərinin açılmasının tərəfdarı qismində mütəmadi olaraq mövqe ortaya qoyan şəxslər olub. Amma bu çağırışlar elə Türkiyə cəmiyyətində də etirazla qarşılanır.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu bildirib ki, Türkiyədə heç bir “möhürlü qapı” yoxdur: “Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır. Bu günə qədər ermənilərin bizə qarşı yönəltdikləri “soyqırımı” iddialarını puça çıxarmaq üçün ən önəmli arxivlər qapısı möhürlü Boston arxivi və daşnakların digər ölkələrdəki arxivləridir”.
O qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənistanın Türkiyəyə qarşı “soyqırımı”, torpaq iddiaları olduğunu xatırladan millət vəkili deyib ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır: “Türkiyə təbii ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana sanksiya tətbiq etməli idi və bu sanksiya da tətbiq edilib. Burada heç bir möhürlü qapıdan da söhbət gedə bilməz. Ermənistan Türkiyəyə hər hansı əl uzadırsa, Türkiyənin o əli sıxmasından söhbət gedə bilməz. Möhürlü qapılar, yəni sərhədlər möhürlü şəkildə qalmalıdır, bunun da günahkarı Ermənistandır”.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) baş katibinin müavini Abbas Bozyel deyib ki, Türkiyədəki ermənipərəst qüvvələr əsla xalqın yaddaşını silə bilməz. A.Bozyel qeyd edib: “Bu gün Türkiyədə belə konfransların keçirilməsi bir daha onu göstərir ki, Türkiyənin dövlətçiliyinə düşmənçilik bəsləyən qüvvələr var”.
Onun sözlərinə görə, ölkənin şərqini erməni torpaqları kimi qəbul edib Ermənistan konstitusiyasına salan, qardaş dövlət olan Azərbaycan torpaqlarını işğal edən bir dövlətlə Türkiyə hər hansı ünsiyyət qura bilməz: “Bu gün Türkiyədə belə tədbirlərin keçirilməsinə baxmayaraq, ölkə siyasətinin və türk millətinin Ermənistana qarşı mövqeyi əsla dəyişən deyil”.
Cümhuriyyət Xalq Partiyasının Adana millət vəkili, Türkiyə Xarici İşlər Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri Faruk Loğoğlu isə bildirib ki, Türkiyə-Ermənistan sərhəd qapılarının möhürlü olması Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin nəticəsidir: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün o qapılar həmin vaxt bağlanıb”.
F.Loğoğlu deyib ki, bu cür konfransların Türkiyənin rəsmi xarici siyasətinə heç bir təsiri yoxdur, olmamalıdır və ola bilməz: “İşğal faktı aradan qaldırılmayıb. İndi sərhədlərin açılması barədə hər hansı söhbətin getməsi Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaqdır. Türkiyə Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, beynəlxalq hüquq normalarına əsasən Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz geri çəkilsin. Amma Ermənistan bu xəbərdarlıqlara və torpaqların işğaldan azad edilməsi barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərarların heç birinə əməl etməyib. Ona görə də Türkiyənin belə konfranslar nəticəsində möhürlü qapıları açmaq barədə düşünməsi Ermənistanı işğalçı siyasətinin genişləndirilməsi istiqamətində cəsarətləndirə bilər. Digər tərəfdən, işğal edilmiş torpaqlar qardaş Azərbaycanın torpaqlarıdır. “Möhürlü qapılar” adı altında konfranslar nəticəsində Türkiyənin rəsmi siyasətinə dəyişikliklər edilməsi qardaş Azərbaycanla Türkiyə arasında münasibətlərin kəskinləşməsinə və pisləşməsinə səbəb ola bilər. Bu da qəbuledilməz durumdur”.
Bu məsələnin yenidən gündəmə gəldiyi üçün çox güman ki, Türkiyənin rəsmi dairələri də öz mövqelərini ortaya qoyacaqlar. Artıq Türkiyənin Baş naziri Əhməd Davudoğlu dolayısı ilə öz mövqeyini ifadə edib. Belə ki, bu günlərdə ABŞ-ın vitse-prezidenti Cozef Baydenin iştirakı ilə İstanbulda keçirilən Atlantik Şurası Enerji və İqtisadi Zirvəsində çıxışı zamanı Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub. O, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticələri və təcavüzkar tərəfin regionda yaratdığı problemlər barədə iştirakçılara ətraflı məlumat verib. “Çoxları Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçəkləşəcəyinə inanmırdı. Lakin bu sülh və inkişaf boru xətti həyata keçirildi və onun fəaliyyətə başlaması Azərbaycan, Türkiyə və Gürcüstana böyük mənfəət verməyə başladı. Ermənistan isə Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi və bu təcavüzkar siyasətini israrla davam etdirdiyi üçün regiondakı iqtisadi layihələrdən məhrum olub”, - deyə Baş nazir diqqətə çatdırıb. Əlbəttə ki, Azərbaycan cəmiyyəti inanır ki, Türkiyə dövlətinin rəhbərliyi bu məsələyə bir daha öz mövqeyini açıq və qəti şəkildə bildirəcək. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə Ermənistanın işğalçı siyasətinin davam etdiyi təqdirdə sərhədlərin açılmayacağını qətiyyətlə bəyan edib. Təbii ki, bu, dövlətin rəsmi mövqeyi bir daha Azərbaycan-Türkiyə dostluğunun pozulmasına cəhd göstərən xarici qüvvələrin məqsədlərinə çatmaması üçün tutarlı cavab ola bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10

