Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb
06.12.2014 [12:02]
Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.
Jerar Larşe Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa parlamentinin yuxarı palatasında qəbul etməkdən məmnunluğunu bildirib. Senatın sədri ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin çox yüksək səviyyədə olduğunu, xüsusilə də əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Bu yaxınlarda Fransa Senatında seçkilər keçirildiyini qeyd edən sədr Fransa-Qafqaz dostluq qrupunun tərkibinin də yenidən formalaşdırılacağını, quruma yeni sədr seçiləcəyini söyləyib.
Jerar Larşe Mehriban Əliyevanın həm Azərbaycan parlamentində Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri, həm də Heydər Əliyev Fondunun prezidenti kimi Fransa ilə münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Senatın sədri Azərbaycan iqtisadiyyatının sürətli inkişafını müşahidə etdiklərini deyib. Jerar Larşe Fransanın Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin Fransa ilə siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib və qeyd edib ki, dövlət başçıları arasında yüksək səviyyəli dialoq mövcuddur. Ölkələrimizin iqtisadi sahədə münasibətləri yüksək templərlə inkişaf edir. Hazırda 50-dən artıq fransız şirkəti Azərbaycanda fəaliyyət göstərir. Humanitar sahədə çoxlu layihələr reallaşdırılıb və bundan sonra da həyata keçiriləcək.
Parlamentlərarası münasibətlərin də xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən Mehriban Əliyeva Milli Məclisdə Fransa ilə dostluq qrupunun rəhbəri kimi ölkələrimizin əlaqələrinin daha da inkişafına töhfələr verməyə hazır olduğunu söyləyib. Mehriban Əliyeva bildirib ki, Azərbaycan regionda sülhün və sabitliyin bərqərar olmasının tərəfdarıdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müstəsna əhəmiyyətə malikdir. Ancaq 23 ildən artıqdır ki, davam edən sülh danışıqları Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə heç bir müsbət nəticə verməyib. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə cari ilin oktyabrında Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş Paris görüşündən sonra Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirib. Bu da Ermənistanın təxribat xarakterli addımı idi. Bu cür addımlar sözsüz ki, münaqişənin sülh yolu ilə həllinə əngəl törədir. Azərbaycanın birinci xanımı ölkəmizin bu münaqişənin beynəlxalq hüquq normaları əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha diqqətə çatdırıb. Ümidvar olduğunu bildirib ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaq, işğal olunmuş ərazilərimiz azad ediləcək, qaçqın və məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar.
Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında mədəniyyət, mədəni irsin qorunması və humanitar sahələrdə mövcud əlaqələrdən də söz açıb və Heydər Əliyev Fondu tərəfindən bu silsilədən olan bir sıra layihələrin həyata keçirildiyini qeyd edib. Bu siyasətin bundan sonra da davam etdiriləcəyini söyləyib. Gələn il tarixdə ilk dəfə olaraq Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini və bunun üçün yüksək hazırlıq işlərinin görüldüyünü, dünyanın bir sıra ölkələrində, o cümlədən Fransada bu oyunların təqdimatının keçirildiyini diqqətə çatdırıb.
Birinci xanım Mehriban Əliyeva Jerar Larşeni Azərbaycana, o cümlədən Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.
Sonda mədəniyyət sahəsindəki layihələrin davam etdirilməsi, o cümlədən Fransa Senatında Azərbaycanla birgə tədbirlərin keçirilməsi təklif edilib. Bu təkliflər də bəyənilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

