Bakıda “Sağlam gənclik, sağlam gələcək” mövzusunda forum keçirilib
11.12.2014 [10:20]
Dekabrın 10-da Bakıda “Sağlam ailə” tibb mərkəzinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Sağlam gənclik, sağlam gələcək” mövzusunda beynəlxalq forum keçirilib.
AzərTAc xəbər verir ki, forum Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyasının dəstəyi ilə təşkil olunub.
Forumda gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, AQUPDK-nın sədr müavini Aynur Sofiyeva, ARGTMŞ-ın sədri Şahin Seyidzadə və başqaları Azərbaycanda səhiyyə sahəsində görülən işlər barədə çıxış ediblər. Onlar Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına, tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına və tibbi təhsilin keyfiyyətinin yüksəldilməsinə diqqət və qayğısından söhbət açıblar. Respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar, bu sahədə qəbul edilən dövlət proqramları xüsusi qeyd edilib. Hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. Çıxışlarda gənclər arasında sağlam həyat tərzinin təbliğinin, ölkəmizdə idman sahəsinin inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Dövlət qurumları, özəl sektor və gənclər təşkilatlarının bu sahədə birgə əməkdaşlığının vacibliyindən danışılıb.
Bildirilib ki, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Hazırda ölkədə sağlamlıqla bağlı keçirilən tədbirlərin əsas təşkilatçıları gənclər təşkilatlarıdır. Gənclərin pis vərdişlərdən yayındırılması, erkən nikahların qarşısının alması, onlar arasında fiziki və mənəvi sağlamlıqla bağlı təbliğat işləri aparılmalıdır.
Gənclərin sağlamlıq məsələlərinə xüsusi önəm verilməsinin zəruriliyini diqqətə çatdıran natiqlər qeyd ediblər ki, onların sağlamlığını, müxtəlif mənfi hallardan qorunmasını təmin etmək cəmiyyətin əsas vəzifələrindən biridir. Ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Çünki sağlam nəslin formalaşması gələcəyimizin uğuru deməkdir.
Gənclər təşkilatları və özəl şirkətlər gənclərin sağlamlıqlarının qorunması istiqamətində birgə fəaliyyət göstərməlidir.
Forum çərçivəsində gənclərin narkomaniya, QİÇS və digər zərərli vərdişlərdən profilaktikasının yolları müzakirə olunub, müvafiq təqdimatlar keçirilib, gənclər praktiki biliklərdən faydalanıblar.
Tədbirdə Almaniya, Avstriya, Azərbaycan, Rusiya, Böyük Britaniya, Xorvatiya, Estoniya və Ukraynadan dəvət olunmuş tibb mütəxəssislərinin, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliği, gənclər arasında tibbi maarifləndirmənin aparılması mövzularında çıxışları olub.
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

