Müsavat Partiyasının dəfn mitinqi
16.12.2014 [09:38]
“Mitinq” bir daha təsdiqlədi ki, ölkədəki ictimai rəyi nəzərə almayan, “fəaliyyəti”ni xaricdən gələn sifarişlər əsasında quran partiyaya Azərbaycan cəmiyyətindən heç bir dəstək yoxdur
Sonuncu qurultayından sonra partiyadaxili böhrana tuş gələn “Müsavat” öz varlığını populist əməllərlə təsdiqləməyə çalışır. Elə partiyanın dekabrın 14-də Beynəlxalq İnsan Haqları Günü münasibətilə paytaxtın Yasamal rayonundakı “Məhsul” stadionunda düzənləmək istədiyi “mitinq” də buna əyani sübutdur.
Öncə qeyd edək ki, cəmiyyətə varlığını bu “mitinq”lə göstərmək niyyətində olan “Müsavat” daha acınacaqlı duruma düşüb. Yəni, Azərbaycan cəmiyyəti bir daha şahidi oldu ki, artıq “Müsavat”ın, sözün əsl mənasında, hay-hayı gedib, vay-vayı qalıb. El içində deyildiyi kimi, yaxşı bir yiyə istəyir ki, dəsmal götürüb bu partiyanın gününə ağlasın.
Sinəsinə döyən “Müsavat” meydana heç bir dəfn mərasimindəki qədər də adam yığa bilmədi
Gözlənildiyi kimi, “Müsavat” yeni rəhbərliklə ilk mitinq “sınağından” üzüqara çıxdı. Belə ki, partiyanın bəh-bəhlə bəyan etdiyi “mitinq”ə heç bir dəfn mərasimindəki qədər də adam toplaşmadı. Düzdür, mitinqdən sonra “Müsavat”da məşhur bir mahnının sözlərini dəyişərək “sayın nə fərqi var ki” şəklində zümzümə edirlər. Ancaq bu, yalnız Arif Hacılının dəstəsi üçün təskinlik sayıla bilər. Fakt isə faktlığında qalır. Əgər bir partiya müvafiq qurumlarla əvvəlcədən razılaşdırılmış mitinqə heç dəfn mərasimindəki qədər də iştirakçı cəlb edə bilmirsə, onda onun cəmiyyətdəki hansı reytinqindən söhbət açmaq mümkündür? Arif Hacılının “Məhsul” stadionuna yığdığı azsaylı iştirakçıları “Müsavat”ın qərargahına çox asanlıqla sığışdırmaq mümkün idisə, bəs onda mitinq şousu oynamaq nəyə lazım idi?
Siyasi müşahidəçilər “Müsavat”ın son “mitinq”ini müxtəlif nöqteyi-nəzərlərdən qiymətləndirirlər. Mitinqlə bağlı ən kəskin reaksiyalar isə elə radikal düşərgə təmsilçilərinin özlərindən gəlib. “Müsavat” başqanlığına sabiq namizəd Səxavət Əlisoy haqqında bəhs olunan “mitinq”i “saxtakar başqanın inauqurasiya-üzəçıxarma mərasimi” kimi səciyyələndirib. Onun sözlərinə görə, ciddi tədbirlər keçirməyə “saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir”.
“Müsavat”ın baş qaxıncı olan “mitinq”i bu partiyanın əbədi “mehriban düşməni” olan AXCP-də əməlli-başlı sevinc ovqatı yaradıb. “Cəbhəçi”lər sosial şəbəkələrdə, nəzarətlərində oln KİV-lərdə uğursuz mitinqə görə Arif Hacılını, bütövlükdə “Müsavat”ı ələ salırlar. Məsələn, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı özünün növbəti “Facebook” statusunda belə yazıb: “Məncə, hər bir mitinq təşkilatçısı iştirakçıların sayını mediaya deməlidir. Deməmək sayın azlığından utanmağı göstərmək üçündürsə, utanmağına dəyməz, çünki hər kəs “adamsızlığı” gördü”.
Beləliklə, dekabrın 14-də “Məhsul” stadionunda düzənlənən “mitinq”i “Müsavat”ın dəfn mitinqi” kimi səciyyələndirmək daha doğru olardı. Yeri gəlmişkən, “Məhsul” stadionundan qeydlərini təqdim edən müxalifətyönümlü KİV-lərdən birinin əməkdaşı mitinqə gələn azsaylı iştirakçıların üz-gözlərində ancaq kədər sezdiyini yazıb. Necə də yerinə düşən bənzətmədir. Dəfn mitinqi o qədər təsirli alınıb ki, iştirakçıların özləri də mütəəssir olublar...
“Müsavat” uğursuz mitinqlə ictimai rəyi nəzərə almadığını bir daha təsdiqlədi
Uğursuz “mitinq”, eyni zamanda, “Müsavat”ın cəmiyyətə, ictimai rəyə sayğısız yanaşmasını növbəti dəfə təsdiqlədi. O mənada ki, hər bir ictimai-siyasi aksiya kimi, mitinq keçirilməsinə də cəmiyyətdən sosial sifariş gəlməlidir. Halbuki bu gün Azərbaycan cəmiyyətində hər hansı kütləvi aksiya, o cümlədən də, mitinq keçirilməsinə sosial tələb yoxdur. İnsanlar ölkədəki möhkəm daxili sabitliyi yüksək dəyərləndirir və bu sabitliyin pozulmasına yönələn hər hansı cəhdi kəskin şəkildə pisləyirlər.
Azərbaycan demokratiya yolu ilə irəliləyən hüquqi dövlətdir. Ölkəmizdə heç kəs siyasi baxışlarına görə təqib olunmur. “Müsavat”çıların mitinqdə “siyasi məhbus” adı ilə azadlıq istədikləri Xədicə İsmayılovaya, Leyla Yunusovaya, Arif Yunusova və digərlərinə gəldikdə isə, bu şəxslərin barələrində həbs qətimkan tədbirinin seçilməsi heç də onların siyasi fəaliyyətləri ilə bağlı deyil. Onlar konkret cinayət əməllərində təqsirli bilinirlər. Azərbaycan cəmiyyəti də o mövqedədir ki, kiminsə jurnalist və yaxud “hüquq müdafiəçisi” olması onun yol verdiyi cinayətin məsuliyyətindən yayınmasına əsas yaratmamalıdır. O başqa məsələdir ki, yuxarıda adlarını çəkdiyimiz şəxslər Azərbaycanın imicinə xələl gətirməyə hesablanan donosçuluq əməllərinə görə xaricdəki antimilli mərkəzlər tərəfindən himayə olunurlar. Beləliklə, aydın görünür ki, “Müsavat” Azərbaycan cəmiyyətinin ictimai rəyini nəzərə almır və “fəaliyyətini” xaricdəki antimilli dairələrdən gələn sifarişlərə uyğun qurmaq üçün böyük canfəşanlıq göstərir.
Bəs qaçqın və məcburi köçkün düşən, əsir götürülən soydaşlarımızın hüquqları niyə radikalların yadına düşmür?
Bu məqamda, “Müsavat”ın başbilənlərinə sual vermək istərdik: Əcəba, insan hüquqları nədən yalnız Leyla Yunusovaya, Arif Yunusova, Xədicə İsmayılovaya şamil edilməlidir? Görəsən, konkret cinayət əməllərinə görə həbsə alınan bu şəxslərin hüquqlarının qorunması üçün mitinqdə az qala yaxa cıran Arif Hacılı, İsa Qəmbər nədən 1 milyon qaçqın soydaşımızın, erməni əsirliyində qalan kəlbəcərli girovların da hüquqlarının qorunmasının zəruriliyini “yaddan çıxartdılar”. Yox, əlbəttə ki, yaddan çıxartmadılar, sadəcə, öz çıxışlarında məlum dairələrdən gələn sifarişləri təkrarladılar.
Digər tərəfdən, İsa Qəmbər “Bakı-2015”i boykot edək” çağırışı səsləndirməsi bəlli məqamlardan xəbər verir. Xatırladaq ki, indiyədək bu qəbildən olan çağırışlar yalnız Ermənistan cəmiyyətindən, xaricdəki antimilli mərkəzlərdən gəlib. “Müsavat”ın mitinqi bu siyahıda yeni halqadır. Bu məqamda “Eurovison-2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizdəki “beşinci kolon” təmsilçilərinin boykot canfəşanlığı yada düşür. Ssenari yenidən təkrarlanır. Avropanın, dünyanın nəzərləri Azərbaycana dikildiyi, ölkəmizin təbliği baxımından əlverişli məqam yarandığı bir vaxtda İsa Qəmbər və “Müsavat”ın digər funksionerləri Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxırlar. Bu, boykot çağırışını səsləndirənlərin ölkəmizin, xalqımızın bədxahlarının, beynəlxalq miqyasda Azərbaycanın müsbət imicinə xələl gətirmək istəyənlərin xorunda yer almalarının təsdiqidir. Açıq görünür ki, “Bakı-2015”ə qarşı çıxanlar beynəlxalq erməni lobbi şəbəkəsinin dirijor çubuğunun “otur, dur” işarəsi ilə hərəkət edirlər. Ancaq Azərbaycanın düşmənlərinin və onların ölkəmizdəki züy tutanlarının, o cümlədən də “Müsavat” təmsilçilərinin boykot canfəşanlığı əbəsdir. Şübhə yoxdur ki, Birinci Avropa Oyunları ən yüksək səviyyədə keçəcək və Azərbaycanın xoş məramının, ölkələr, xalqlar arasında sülh, əməkdaşlıq çağırışlarının təntənəsinə çevriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

