SEPARATİZM NEQATİV GEOPOLİTİK FAKTOR KİMİ
06.01.2015 [09:46]
Müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövcud olan dağıdıcı faktorlardan biri də separatizmdir. Separatizm formasından və səviyyəsindən asılı olmayaraq, beynəlxalq təhlükəsizlik balansına mənfi təsir edən amillərdəndir. Tarixin müxtəlif dönəmlərində baş qaldırmış separatist meyillər bəzən kiçikmiqyaslı - məhəlli müharibələrə, bəzənsə millətlərarası ciddi qarşıdurmalara səbəb olmuşdur. Məsələn, tarixi təcrübədir ki, bir sıra imperiyalar separatist tendensiyalar nəticəsində parçalanmışdır. Bundan başqa, geniş mənada separatizm faktiki olaraq bir sıra xalqların tarixində hərəkətverici (əslində, dağıdıcı) təsir qüvvəsi kimi çıxış etmişdir. Məsələn, bir sıra dövlətlər məhz separatizm nəticəsində yaranıblar. Amma separatist hərəkətlənmələrin fonunda yaranan dövlətlərin daim münaqişə və qarşıdurma içində olması da faktdır. Hər halda, XXI əsrdə separatist meyillərə əsaslanan aktların ciddi qarşıdurma və qeyri-sabitliyə səbəb olması amilini nəzərə alsaq, qeyd edə bilərik ki, bölücülük dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı təhdid olmaqla yanaşı, millətlərarası ziddiyyət və qarşıdurmaların da mənbəyini təşkil edir...
NEOİMPERİALİST EKSPANSİYA KONTEKSTİNDƏ SEPARATİZM...
Əslində, separatizmin əsasında neoimperializm kontekstində dünyanı idarə etmək iddiasında olan aktorların milli və transmilli ambisiyalarının reallaşdırılması naminə atılan addımlar dayanır. Məsələn, Britaniya Hindistanında müsəlmanlarla hindular arasında olan çəkişmələr 2 dövlətin - Hindistan və Pakistanın yaranmasına səbəb oldu. Bu nəticənin əsasında isə imperialist Britaniya siyasətinin dayandığı hər kəsə məlumdur. Bununla yanaşı, Hindistan Banqladeşə dəstək verməsəydi, Banqladeş dövləti yaranmazdı. Göründüyü kimi, separatizm “zəncirvari proses” kimi davam edən destabillik mənbəyidir.
DÖVLƏT İÇİNDƏ “DÖVLƏT”
Etimoloji mənada separatizm suveren bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlət qurmaq və ya milli, etnik zəmində parçalanma tendensiyası yaratmaq məqsədilə başladılan hərəkətlənmədir. Yəni dövlət içində “dövlət” yaratmaqla bir dövlətin suverenliyi təhlükə altına atılır, bundan sonra isə separatizmə təkan verən güc mərkəzləri bu amildən maksimum səviyyədə yararlanmağa çalışırlar. Bununla da regional miqyaslı, qlobal xarakterli ziddiyyətlər və münaqişələrin “toxumu səpilir”.
Deməli, separatizm açıq müstəvidə cərəyan edən müharibədən belə daha ciddi fəsadlara səbəb ola bilir. Ən azından separatizmin “boğulmuş” (sonrakı qarşıdurmalara səbəb olan gizli motivlər-N.Q.) rüşeymlərinin daha uzunmüddətli konfliktlərə səbəb olduğu heç kəsə sirr deyil. Ona görə də, separatizm dünyada qarşısı alınması zəruri olan başlıca təhdidlərdəndir.
ERMƏNİSTANIN İŞĞALÇI SİYASƏTİNƏ PARALEL SEPARATİZM FAKTI
Bu baxımdan, Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi nəticəsində yaranmış qondarma, separatist “Dağlıq Qarabağ” da faktiki destabillik mənbəyidir. İşğal məhsulu olan bu qurumun mövcudluğu beynəlxalq hüquq normalarının növbəti dəfə ayaqlar altına alınmasının bariz təcəssümü və təzahürüdür.
Dolayısıyla, qondarma “Dağlıq Qarabağ”ın mövcudluğu Azərbaycanın ərazi bütövlüyünün pozulduğunu göstərən bir nömrəli dəlildir. BMT başda olmaqla qlobal miqyasda sülh və sabitliyin təmin olunması missiyasına xidmət etdiyini iddia edən aktorlar isə hələ də “səssizlik siyasəti” yeritməkdə davam edirlər. Beynəlxalq hüquq normalarında birmənalı şəkildə təsdiq və müəyyən olunur ki, separatizm bir dövlətin ərazi bütövlüyünün pozulmasına səbəb olan əsas amildir və bu, yolverilməzdir. Amma buna baxmayaraq, qondarma “Dağlıq Qarabağ”ın “sərbəst” fəaliyyət göstərməsinə nəinki mane olunmur, hətta bəzi hallarda buna şərait yaradılır. Məsələn, vaxtaşırı qondarma qurumda seçkilərin keçirilməsi bütövlükdə beynəlxalq hüquq normalarına ziddir. BMT-nin nizamnaməsində bu barədə qeyd edilir: “Beynəlxalq hüququn müstəqil subyektlərinin ərazi bütövlüyünü pozan addımlar qəti şəkildə yolverilməzdir. Dövlətlərin razılığı olmadan onun sərhədləri daxilində hər hansı bir akt həyata keçirilə bilməz”.
Bundan başqa, ATƏT-in Helsinki Yekun Aktı və Paris Xartiyasında da milli dövlətlərin sərhədləri daxilində dağıdıcı məqsədlərə xidmət edən aktlar qəti şəkildə pislənilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28

