Azərbaycanın beynəlxalq əlaqələri daha da güclənib
15.01.2015 [10:14]
Prezident İlham Əliyev: Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.
Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən il ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor oldu.
Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu başa vurduğumuz 2014-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Xüsusilə, Azərbaycanın əməkdaşlıq əlaqələri daha da möhkəmlənib, beynəlxalq nüfuzu artıb. Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı zamanı dövlət başçısı qeyd edib ki, keçən il beynəlxalq əlaqələrimiz artmışdır: “Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni, fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür”.
2014-cü ildə Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunub
2014-cü il, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi ilə yadda qaldı. Bu kontekstdə ölkəmizin beynəlxalq təşkilatlarda uğurlu təmsilçiliyi xüsusilə vurğulanmalıdır. Bu baxımdan, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi uğurla başa vurmasını qeyd etmək lazımdır. Bəlli olduğu kimi, cari il mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçmişdi. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam etdi. Bununla da BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyasının tarixinə daha bir uğurlu səhifə yazıldı. Ölkəmizin sədrlik müddətində əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər səmərəli olmasını təmin etdi. Çünki müəyyən olunmuş prioritetlər bütün dünya, o cümlədən, ölkəmiz və sözügedən təşkilat üçün kifayət qədər aktual idi. Bu kontekstdə ölkəmiz Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək verdi, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirdi, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım etdi, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verdi, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəklədi. Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə nail oldu. Dolayısıyla, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həm bəhs olunan təşkilat, həm də ölkəmiz üçün olduqca faydalı oldu.
Prezident İlham Əliyev bu məsələlərlə bağlı qeyd edib ki, biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik: “Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir”.
Bir məqama da toxunmaq gərəkdir ki, Azərbaycan beynəlxalq təşkilatlarda təmsilçiliyi çərçivəsində öz öhdəliklərini məhz milli maraqlar əsasında uğurla yerinə yetirib, müstəqil siyasətini müvəffəqiyyətlə davam etdirib. Dövlətimizin başçısının vurğuladığı kimi: “Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında, əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz”.
Azərbaycan beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi tanınır
Ötən il ərzində də Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etdi. Bu baxımdan, ötən il Azərbaycanda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu deyilənləri təsdiq edən əyani nümunə kimi çıxış etdi. Ümumiyyətlə, Forumda 60-dan çox ölkədən minə yaxın qonağın, o cümlədən, nüfuzlu alimlərin, Nobel mükafatçılarının, çoxsaylı yüksək rəsmi şəxslərin iştirak etməsi tədbirin əhəmiyyətindən və miqyasından xəbər verdi. Bu həm də onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin, humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir.
Eyni zamanda, ölkəmizdə Gənclər siyasəti üzrə birinci Qlobal Forum, ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası kimi nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasının, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də sadalananları təsdiq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Atılan addımlar və həyata keçirilən siyasət Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır”.
Azərbaycan regionda sabitləşdirici aktor kimi...
Eyni zamanda, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Xarici siyasət sahəsində ötən ilin göstəriciləri həm də onu deməyə əsas verir ki, həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışarkən ölkəmizin iştirakı ilə gerçəkləşdirilən strateji xarakterli nəhəng layihələrin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Azərbaycanın iştirakı ilə gerçəkləşdirilən nəhəng layihələr mühüm geostrateji maraqların ifadəçisi olmaq etibarilə xüsusilə də Avropada perspektiv enerji təhlükəsizliyinin qarantı kimi çıxış edəcək. Bu kontekstdə davam və inkişaf etdirilən əməkdaşlıq isə tərəfdaşlar arasında praqmatik iqtisadi maraqların uzlaşdırılması və diversifikasiyasına əhəmiyyətli töhfələr verəcək. Bir sözlə, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platforması müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Ötən il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlinin qoyulması çoxşaxəli enerji siyasətinin növbəti uğuru kimi tarixə düşdü. Qeyd etmək lazımdır ki, Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi “Bakı-Tbilisi-Ərzurum” kəmərinin genişləndirilməsini, Trans-Anadolu (TAP) qaz kəmərinin inşasını və bu kəmərin məntiqi davamı olan Trans-Adriatik boru kəməri (TANAP) layihəsinin tikintisini və ümumilikdə, bu layihələrin icrası nəticəsində Xəzər qazının Avropaya nəqlini nəzərdə tutur.
Nəticə etibarilə, əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Dövlətimizin başçısının vurğuladığı kimi: “Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

