/ / Dövlət İdarəçilik Akademiyasında “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılışı olub
Dövlət İdarəçilik Akademiyasında “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılışı olub
27.01.2015 [09:56]
Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılış mərasimi olub və “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.
AzərTAc xəbər verir ki, DİA ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış müvafiq Anlaşma Protokoluna uyğun olaraq keçirilən tədbirdə ayrı-ayrı dövlət qurumlarının rəhbərləri, Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin, TODAİE-nin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasətinin, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb.
Dahi rəhbər Heydər Əliyevin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirən rektor Azərbaycanın çox sürətlə inkişaf etdiyini vurğulayıb.
DİA-nın fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən akademik Urxan Ələkbərov bu ali məktəb ilə Türkiyənin müxtəlif təhsil müəssisələri, qurumları, o cümlədən Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə böyük nailiyyətlər qazanıldığını diqqətə çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ölkələrimiz arasındakı tarixi birlikdən danışıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayan Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin müşaviri Əhməd Ərdəm və digər çıxış edənlər “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.
Sonra “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.
Yanvarın 30-dək qeyd edilən proqram çərçivəsində Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun mütəxəssisləri “Dövlət idarəçiliyi islahatları”, “Dövlət idarəçiliyi nəzəriyyələri”, “Dövlətdə qərar qəbulu prosesi”, “Siyasət nəzəriyyələri” və digər mövzularda dərslər keçəcəklər.
Eyni zamanda, “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin fəaliyyət istiqamətləri kimi müəyyən edilən mövzularda birgə araşdırmalar aparmaq, təhsil və araşdırma heyətlərinin mübadiləsini həyata keçirmək, qısamüddətli tədris proqramlarını təşkil etmək, müştərək magistr tədris proqramları hazırlamaq, elmi-praktiki konfranslar, seminarlar keçirmək və s. nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41

