Bahar Muradova: Bütün provokasiyaları özlərinin başında çatlayacaq
29.01.2015 [09:58]
“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycana qarşı hədələyici bəyanatları bu ölkənin daxilində baş verən hadisələrlə birbaşa bağlıdır”. Bu fikirləri SİA-ya Milli Məclisin vitse-spikeri Bahar Muradova işğalçı dövlətin rəhbərinin “Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik” bəyanatına münasibətini bildirərkən deyib. Bahar Muradova hesab edir ki, Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası ətrafında yaşanmış məlum insident bu ölkənin siyasi durumunda, sözün həqiqi mənasında bir çaxnaşma yaratdı: “Əgər nəzərə alsaq ki, işğalçı dövlət hər dəfə daxili siyasi vəziyyəti öz xeyrinə dəyişmək və yaxud da diqqətləri ayrı yönə çəkmək üçün təmas xəttində provakasiyalara əl atıb, o zaman bu kimi halların bir neçə dəfə təkrarlandığını xatırlaya bilərik. Öz vətəndaşı qarşısında olan öhdəliklərini yerinə yetirə bilməyən, ölkəni dərin iqtisadi böhrana salan, özünün müstəqil mövqeyi olmayan, istər daxili, istərsə də xarici siyasətində başqa maraqlara xidmət edən qərarlar qəbul edən Sarkisyanın hansı “siyasi təfəkkür”ə, “insani keyfiyyətlər”ə malik olması hər dəfə aşkara çıxarılıb”.
Vitse-spiker, eyni zamanda, ermənilərin xoşbəxt xalq olmadığını da vurğulayıb: “Düşünürəm ki, ermənilər bədbəxt xalqdır. Hər zaman özlərinin başqa xalqlar və dövlətlər tərəfindən təzyiqə məruz qaldıqlarını dünyaya çatdırmaq, sübut etmək üçün əslində, həmin təzyiqləri özləri özlərinə təşkil ediblər. Savadsız, səriştəsiz, bacarıqsız rəhbərlərinin sayəsində çətin durumla üz-üzə qalan xalq kimi hələ də düşdükləri çərçivədən çıxa bilməyiblər. Narazı xalqın səsini boğmaq məqsədilə xırda, lokal döyüş səhnələri yaratmaqla, şoularla diqqətləri oraya yönəltmək bunların adətinə çevrilib”.
“Hazırkı hadisələrin Ermənistan-Azərbaycan sərhədində baş verməsi burada hansısa məqsədlərin güdüldüyünün aşkar göstəricisidir”, - deyə qeyd edən Bahar Muradova bildirib ki, bəzi fikirləri diplomatik tərzlə, siyasi ifadələrlə söyləmək mümkün olduğu halda, Sarkisyan öz “təfəkküründən” çıxış edərək, Azərbaycanla hədə dilində danışmağa üstünlük verir: “Azərbaycana qarşı qabaqlayıcı tədbirlər görəcəyik” nə deməkdir? Atəşkəsi pozmaq, sərhəddə insidentlər yaratmaq, dinc əhaliyə hücum, terror təşkil etmək həmin ifadələrdə öz əksini tapır. Yəni, onun bəyanatları bilavasitə təcavüzkar işğalçılıq siyasətinin əsas mahiyyətini ortaya qoyur”.
Milli Məclisin vitse-spikeri Serj Sarkisyanın daha öncələr işlətdiyi bir ifadəsini xatırladaraq deyib ki, ən təcavüzkar, başqa ölkələrin ərazisinə iddia edən, bu və ya digər maraqlar güdən ölkə rəhbərinin, siyasətçisinin belə bu cür ifadələr işlətdiyinin şahidi olmamışıq: “Bir müddət əvvəl Ermənistan prezidenti söyləmişdi ki, biz Azərbaycanın inkişaf etmiş bölgələrini bir gündə xarabalığa çevirə bilərik. Ölkələri viran qoymaq, maddi, mədəni abidələri məhv etmək, insanlara qarşı soyqırımı aktı törətmək Xocalı hadisələrinin iştirakçısı olan Sarkisyanın xislətidir. O, bu açıqlamaları ilə öz xislətini ortaya qoyub. Bu cür xislətlə özlərini sığortalaya bilməyəcəklərini yaxşı dərk etsinlər. Çünki Azərbaycan ordusu regionda ən güclü ordudur. Əgər onlar döyüş əməliyyatlarının bərpasından çıxış edərək belə fikirlər səsləndirirlərsə, əmin olsunlar ki, bütün provokasiyaları elə özlərinin başında çatlayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16

