Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Keçmiş müavini Əli Kərimliyə qarşı sərt ittihamlar səsləndirir

Keçmiş müavini Əli Kərimliyə qarşı sərt ittihamlar səsləndirir

27.02.2015 [01:02]

AXCP sədri avtoritar idarəçilik tətbiq etməklə yanaşı, partiya üzvlərinə qarşı çirkin kampaniyalar da həyata keçirir
Radikal müxalifət düşərgəsindən qopmalar sürətlə davam edir. Bu kontekstdə növbəti istefa sədası da AXCP-dən gəldi. Məlum olduğu kimi, partiya sədrinin keçmiş müavini Razi Nurullayev bir neçə gün öncə bəyanat verərək AXCP-dən ayrıldığını bildirib. Bu isə gözlənilən idi. O mənada ki, hələ ötən ilin sonundan partiyada davam edən qurultay mübarizəsi, AXCP sədri Əli Kərimlinin avtoritar idarəçilik üsuluna etirazlar artıq açıq şəkildə eşidilməyə başlanıb.
AXCP-dən istefa verən Razi Nurullayev istefasının səbəblərini öz bəyanatında açıq şəkildə bildirib. Onun bəyanatında səsləndirilən ittihamlar isə radikal düşərgə daxilində, o cümlədən, AXCP-də necə acınacaqlı bir vəziyyətin olduğunu bir daha açıq şəkildə cəmiyyətimizə nümayiş etdirdi.
“Demokrat” Əli Kərimlinin antidemokratik idarəçiliyi...
R.Nurullayev öz bəyanatında öncə AXCP sədri Əli Kərimlinin avtoritar düşüncəsi, nəinki cəmiyyətin digər kəsiminə, iqtidara və ya digər müxalif qüvvələrə, eyni zamanda, öz partiyadaşlarına belə qısqanclığı, fikir müxtəlifliyinə dözümsüzlüyü, aqressiyası haqda bəhs edib. Bildirib ki, Əli Kərimli AXCP-də daxili avtoritarizm yaradıb və bu partiyada heç bir daxili demokratiya yoxdur: “Partiyada azad söz də yoxdur. Təəssüf edirəm ki, Əli bəyin tənqidə və fərqli fikrə də dözümü yoxdur. Partiya dediyimiz bir səhmdar təşkilat kimi qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Buna qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Buna təhamül edəmədi”.
Əslində Ə.Kərimlinin “dözümsüzlük” məziyyətləri barədə deyilənlər heç də yeni deyil. Belə ki, hələ bir müddət öncə bu partiyadan istefa vermiş Asəf Quliyev, Şakir Abbasov da bu barədə öz fikirlərini bildirmişdilər. Ə.Kərimlinin hər kəsə qısqanc münasibəti, “odu öz qarşısına çəkməsi”, xarici dairələrdən aldığı pulları, o cümlədən, partiyaya və nəzarətində olan qəzetin adına edilən ianələri mənimsəməsi onun siyasi kimliyini açıqlayan komponentlərdir. AXCP-yə özünün şəxsi kooperativi kimi yanaşan Əli Kərimli bir az “başını dirçəltmək” istəyən, ona etiraz etmək “hüquq”unu özündə tanıyan şəxsləri min bir yolla partiyadan uzaqlaşdırır. Görünür, R.Nurullayev də Ə.Kərimlinin “maraqlarına” etiraz etdiyi üçün onun hədəfinə çevrilib.
AXCP sədri yaxınındakı hər kəsi potensial rəqibi sayır
Keçmiş sədr müavini bəyanatında bildirib ki, Ə.Kərimli partiyada öz “kult”unu yaradıb və hər kəsi də məcburi bu “kult”un təbliğatçısına çevirib. O deyib ki, fərqli danışan və sədrin şəxsi təbliğatında iştirak etməyənlər Əli Kərimlinin göstərişi ilə bütünlüklə partiyanın fəaliyyətindən kənarda saxlanılır: “Niyə siz məni və yüzlərlə cəbhəçini məcbur etməlisiniz ki, biz sizin razılaşmadığımız və əksinə olduğumuz fikri və düşüncələrinizi paylaşaq və təbliğ edək? Niyə hər zaman siz deyən düzdür?”
Bəli, göründüyü kimi, Ə.Kərimlinin “mən harda varamsa müxalifət oradır” mərəzi partiya daxilində də inkişaf etdirilib. Adını “demokrat” qoyub kiçik bir qruplaşma daxilində belə ən böyük avtoritara çevrilməyə cəhd göstərən Ə.Kərimli o qədər cılız mənəviyyata sahibdir ki, onun sözünü təsdiqləməyəni “xain” elan edir. Bunun nəticəsidir ki, illərdir onun müavini olmuş şəxslərin hər biri bu partiyadan gedir. Asim Mollazadə, Qüdrət Həsənquliyev, Qulamhüseyn Əlibəyli, Şakir Abbasov, Asəf Quliyev, Fuad Mustafayev də məhz bu üzdən AXCP-ni tərk etmişdilər. R.Nurullayev Ə.Kərimlinin öz ətrafındakılara potensial rəqib kimi baxdığını vurğulayıb.
“Virtual cəbhənin sədri” və ya “layk”lama əməliyyatı
Bu məqamda vurğulayaq ki, Əli Kərimli artıq özünün də, rəhbərlik etdiyi partiyanın da Azərbaycanın siyasi palitrasından silindiyini dərk edir. Elə bu səbəbdəndir ki, AXCP adlı virtual qruplaşma sosial şəbəkələri özünə “ünvan” seçib. Məsələn, R.Nurullayev bildirib ki, Ə.Kərimli rəyasət heyətinin iclaslarını yalnız “facebook”da “layk” əməliyyatına həsr edirdi. Belə demək mümkündürsə, artıq Ə.Kərimli özü də hiss edir ki, sosial şəbəkədə müzakirə predmetindən başqa heç bir məna kəsb etmir. Bunu R.Nurullayevin açıqladığı digər detal da təsdiqləyir. Keçmiş AXCP-çi bildirib ki, xalq bu partiyanı dəstəkləmir: “Xalq bizimlə deyil. Biz meydanlara da “sən öl, mən öl” ilə adam yığırdıq. Əgər xalq bizimlə deyilsə, bizim çağırışımıza lal və kar qalırsa, o zaman bu günah sizdədir. Çünki siz xalqı inandırmalısınız, lider kimi sizi önə vermişdik, amma bəs bu inamı niyə qaytara bilmirsiniz? Xalqın inamı qırılıb, inanmır və buna görə xalqı qınaya bilmərik. Çünki ona çox yalan vədlər vermisiniz. Çox”.
Bəli, bu faktın özü Ə.Kərimlinin danışdığı yalanları növbəti dəfə ifşa edir. Hətta icazəli aksiyalara belə adam toplaya bilməyən Ə.Kərimli, görəsən, hansı partiyadan danışır?
Qadın müşavirinə qarşı apardığı kaset şantajı Ə.Kərimlinin əsl simasını üzə çıxarır
Yeri gəlmişkən, Əli Kərimli hətta öz ətrafındakıları belə çirkin əməllərlə şantaj etməkdən çəkinmir. İrəli sürülən fakt isə bunu növbəti dəfə sübuta yetirdi. Belə ki, R.Nurullayev Əli Kərimlinin keçmiş müşaviri Zərifə Məhəddinovanı da müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı əxlaqsız kaset şantajı etdiyini deyib. Məsələ ilə bağlı açıqlama verən keçmiş AXCP üzvü Zərifə Məhəddinova da ona qarşı kaset şantajının olduğunu dolayısı yolla təsdiqləyib: “Gah deyirlər Zərifə xüsusi bir missiya ilə aramıza girib, gah MTN-ə işlədiyimi deyirlər. Gah da əllərində mənim haqqımda kompromat disk olduğunu deyirlər. Mən heç nədən çəkinmirəm, vicdanım təmizdir. Bu cür əxlaqa, mədəniyyətə sığmayan hərəkətlərə son qoyulmalıdır. Başlarına 5-10 şilləvuran, şər atan, böhtan yağdıran yığıb saxta profillərdən təhqir etməyə nə var...”
Bəli, artıq Ə.Kərimlinin bu addımı nə siyasi etikaya, nə də insanlığa sığır. Müşaviri olmuş bir xanıma qarşı bu cür şantaj kampaniyası təşkil edən birisinə nə ad vermək olar?... Bax budur Əli Kərimlinin əsl “siması”. Bu fakt, deyilən sözlər bir daha təsdiq edir ki, artıq bu şəxs üçün heç bir dəyər mövcud deyil.
Fuad Qəhrəmanlı da AXCP-dən ayrılmağa hazırlaşır
Sonda onu da qeyd edək ki, AXCP-dən verilən istefa heç də R.Nurullayevlə yekunlaşmayacaq. Daha doğrusu, partiya daxilindən yayılan məlumatlarda yaxın vaxtlarda Ə.Kərimlinin digər müavini Fuad Qəhrəmanlının da AXCP-dən ayrılacağı bildirilir. Qeyd edilir ki, artıq Ə.Kərimlinin yeni hədəfi məhz F.Qəhrəmanlıdır. Partiyadaxili qruplaşmaların birinə rəhbərlik edən müavininin “Azadlıq” qəzetində daha çox təbliğ olunması, partiya adından çıxışlar etməsi artıq Ə.Kərimlinin kürkünə birə salıb. Bu il keçirilməsi planlaşdırılan qurultaya qədər F.Qəhrəmanlıdan da yaxasını qurtarmağa çalışan Ə.Kərimli artıq ona qarşı da müəyyən addımlar atmağa başlayıb. Belə ki, sosial şəbəkələrdə AXCP-dən olduğu bilinən bir neçə profildən F.Qəhrəmanlıya qarşı ittihamlar səsləndirilir. Bu isə onu deməyə əsas verir ki, yaxın günlərdə Ə.Kərimli F.Qəhrəmanlının açıqlamalarının qəhrəmanı statusunda yenidən gündəmə gələ bilər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31