Siyavuş Novruzov: Onları maliyyələşdirən sponsorların arasında erməni mənşəli insanlar var
07.03.2015 [11:28]
“Azərbaycana qarşı kampaniyaya başlayan QHT səviyyəli təşkilatların idarə heyətində, onları maliyyələşdirən sponsorların arasında erməni mənşəli insanlar var”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Human Rights Watch” və digər təşkilatların I Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı kampaniya aparmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, erməni lobbisini narahat edən bu oyunların, məhz Azərbaycanda keçirilməsidir: “Söhbət bu oyunların Avropanın 50 ölkəsində yox, məhz Azərbaycanda keçirilməsindən gedir. Çünki belə oyunları ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan və idmana yüksək qayğı göstərən ölkələrdə keçirirlər. Bu gün Azərbaycan yüksək iqtisadi inkişafa malik olan sabitlik adasıdır. Bu keyfiyyətlər Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyinə zəmanət verir. Hansı ki, bununla bağlı bizim gözəl təcrübəmiz də var”.
S.Novruzov qeyd edib ki, 2012-ci ildə Bakıda keçirilən “Eurovision” müsabiqəsindəki təşkilatçılıq dünyaya bir nümunə oldu.
“Ona qədər bir çox ölkədə keçirilmişdi, amma Azərbaycandakı kimi təşkilatçılıq yox idi. Məhz həmin ildən sonra müsabiqənin bu səviyyədən aşağı keçirilməməsi qərarı verildi”, - deyə millət vəkili bildirib.
YAP İcra katibinin müavini Azərbaycana qarşı kampaniyada “sapı özümüzdən olan baltaların” da yer aldığını vurğulayıb. Onun sözlərinə görə, media prinsiplərindən xəbərsiz olan bəzi KİV-lər, Əli Kərimli və onun ətrafı, bir sıra QHT-lər bu kampaniyada əsas rolları paylaşır: “Hətta həmin təşkilatlara məlumat göndərən, teleqram vuran da bunlardır. Onlar da bu “informasiyalar” əsasında təxribat törədirlər. Mən tarixi bir məqamı xatırlatmaq istəyirəm. Ümummilli lider Heydər Əliyev Siyasi Büronun üzvü olanda ermənilər Ona qarşı azərbaycanlıların əli ilə kampaniya aparırdı. Belə ki, İrəvana gedən azərbaycanlıların pasportları bir saatlığına ermənilər tərəfindən yığılırdı. Bu pasportlar vasitəsilə Qorbaçova və digərlərinə Heydər Əliyevin əleyhinə olan teleqramlar vurulurdu. Nəticədə azərbaycanlıların mövqeyinin belə olduğu rəyi yaranırdı. İndi də eyni ssenaridir. Əli Kərimli, onun ətrafındakı insanlar, bir neçə QHT və media orqanı da məhz belə teleqramlar vurur, Azərbaycanda müxalifət partiyalarının bu oyunların keçirilməsinə qarşı olduğu rəyi yaradılır. Bu şərəfsizliyin bariz nümunəsidir”.
S.Novruzov I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin təbliğatı baxımından böyük rol oynayacağını qeyd edib.
“50-dən artıq ölkə Azərbaycan həqiqətlərini görəcək, Dağlıq Qarabağ problemi, erməni işğalı haqda məlumatlandırılacaq. “Eurovision” müsabiqəsi zamanı səhnəyə çıxan hər bir müğənninin dili ilə işğal olunmuş rayonlarımız təqdim olunur, Qarabağ məsələsi vurğulanırdı. Hətta Ermənistanın İctimai Televiziyası belə bu görüntüləri yaymağa məcbur idi. Çünki müsabiqənin qanunu budur. Bu cür təbliğat milyardlarla pul xərclənsə belə mümkün olmur. İdman oyunları bu işdə xüsusi çəkiyə malikdir. Çünki dünyada idman ictimaiyyəti böyükdür. Bu gün Yunanıstan filosofları və qədimliyi ilə tanınmaqla yanaşı, I Dünya Olimpiya Oyunlarının ilk keçirildiyi yer kimi də tanınır. İlk Avropa Oyunlarının keçiriləcəyi məkan isə Azərbaycan olacaq. Erməni lobbisini və onlara bağlı olanları bu fakt narahat edir. Canında, damarında azərbaycanlı qanı axan hər kəs buna sevinir. Erməni qanı olanlarsa kədərlənir”.
S.Novruzov heç nəyə baxmayaraq, Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

