Siyavuş Novruzov: Münaqişə ocaqları həll olunmasa, problemin kökü kəsilməyəcək
03.04.2015 [10:18]
Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarı dünən də öz işini davam etdirib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev təmsil olunublar.
NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında bu gün muzdluların başqa-başqa ölkələrdə vuruşması ilə əlaqədar məsələ müzakirə olunub. Yəni, Avropa İttifaqının ərazisindən insanların ayrı-ayrı dövlətlərdə - Suriyada, İraqda, Ukraynada döyüşlərə cəlb olunması ilə bağlı məsələnin müzakirəsi prioritet olub.
Mövzu ətrafında çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, bu məsələnin kökü araşdırılmalıdır: “Biz istəsək də, istəməsək də dünyada həmişə muzdlular olub və onlar münaqişə ocaqlarında, bu müharibələrdə iştirak etmək üçün cəlb olunublar”.
Millət vəkili deyib ki, bəzi adamlar bunu dini və digər ideologiya ilə əlaqələndirməyə çalışırlar: “Burada əsas rol oynayan puldur, qənimət əldə etməkdir və o sahədə olan insanların psixoloji durumudur. İkinci əsas səbəb isə münaqişə ocaqlarının, yəni bu müharibələrin, nəzarətsiz ərazilərdə baş verən konfliktlərin həll olunmamasıdır. Haradasa münaqişə baş verirsə, muzdlular həmin münaqişədə dərhal iştirak edirlər”.
S.Novruzov seminar iştirakçılarının diqqətinə çatdırıb ki, niyə burada bir neçə ölkənin - Suriya, İraq, Ukraynanın adı çəkilir, amma Dağlıq Qarabağın adı çəkilmir: “Bu gün Ermənistanın çox böyük “praktika”sı var ki, onlar ayrı-ayrı ölkələrdən - Suriya, Livan və s. yerlərdən ASALA təşkilatı vasitəsilə muzdlular tapıb gətirir. Beləcə, işğalçı ölkə öz ərazilərində bu muzdluların iştirakını təmin edir. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu məsələnin kökünün həll edilməsi mümkün deyil. Ümumilikdə, Suriya və İraqda gedən müharibələrdə iştirak edən terrorçuların sıralarında xaricdən, başqa-başqa dövlətlərdən gələn 16 mindən artıq muzdlu fəaliyyət göstərir. Onun da 4 mini Avropa İttifaqı ölkələrinin ərazisindən cəlb olunub. Əgər biz İŞİD-in tərkibinə baxsaq, orada nə dini, nə də ideoloji məsələnin olmadığını görərik. Çünki İŞİD-in tərkibində döyüşən 40 minlik terrorçunun 50 faizindən yuxarısı qeyri-müsəlmanlardır. Yəni, onlar xristianlar, başqa-başqa dinlərə mənsub olanlardır. Bu, sadəcə olaraq, xüsusi yaradılmış bir qurumdur ki, həmin qurum da ayrı-ayrı ölkələr tərəfindən Qərb və müxtəlif dövlətlərə təzyiq göstərməyə hesablanıb”.
YAP İcra katibinin müavini vurğulayıb ki, onun nitqindən sonra Ermənistan nümayəndəsi çıxışında bildirib ki, bu il rəsmi İrəvanda qondarma erməni soyqırımının 100-cü ildönümü qeyd olunacaq: “Mən isə ona cavabımda dedim ki, Ermənistan nümayəndəsi tarixlə bağlı müxtəlif fikirlər yaratmaq istəyir. Əgər tarixdə belə hadisə olmasa idi, muzdlular da olmazdı. 100 il əvvəldən yox, tarixin XX əsrin sonunda Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımı xalqların gözünün önündədir. Hətta bütün dünya bu haqda məlumatlıdır. Bir çox ölkələr artıq Xocalı soyqırımını qəbul edib. Əgər biz işğalçını barmağımızla göstərməsək, onun törətdiyi cinayətləri qeyd etməsək gələcəkdə bu cür hallar çox olacaq. Bu baxımdan da təklif edirəm ki, birinci növbədə xəstəliyin özünü müalicə etmək lazımdır, əksinə onun törətdiyi səbəbləri deyil”.
Deputat bildirib ki, hər bir işğalçı öz adı ilə deyilməli və işğal altında olan ərazilər azad olunmalıdır: “Çünki ora nəzarətsiz ərazilərdir. Dağlıq Qarabağ və ona bitişik olan 7 rayonda qanunsuz silahlar toplanılıb. Bu da nəticədə terrorçu qrupların hazırlanması üçün bir baza rolunu oynayır. Bununla belə, orada narkotik maddələrin dövriyyəsi həyata keçirilir. Çünki o ərazilərə heç kim nəzarət etmir. Orada hazırlanan terrorçular, əsgərlər də Avropanın ayrı-ayrı ölkələrinə yayılır. Bu, tək bizim problemimiz deyil, bütövlükdə Avropanın problemidir. Bu baxımdan da nəzarətsiz ərazilərin aradan qaldırılması, münaqişələrin ədalətli şəkildə həll olunması sözügedən problemin həllinə gətirib çıxara bilər. Məsələn, vaxtilə Çeçenistana bütün dünyanın hər yerindən terrorçular, muzdlu əsgərlər toplaşırdı. Konflikt həll olunan kimi artıq orada muzdlulardan və yaxud ayrı-ayrı ölkələrdən gələn adamlardan istifadə olunmur. Ona görə də, münaqişə ocaqları həll olunmasa bu problemin kökü kəsilməyəcək”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

