Qaxda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb
30.04.2015 [09:56]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Qax şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.
İki gün davam edəcək tədbirdə Qax, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, fəal dindarlar, ilahiyyatçılar, həmçinin Komitənin rəsmiləri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbiri Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb. Bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkə iqtisadiyyatı gündən-günə güclənir. Digər bölgələr kimi, bu gün Qax rayonu da yeni inkişaf mərhələsini yaşayır, hər yerdə abadlıq, quruculuq işləri gedir, əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır.
Azərbaycan xalqının çox qədim tarixə malik olduğunu vurğulayan Komitə sədri bildirib ki, Qax rayonu bu tarixi yolun ən bariz nümunələrini özündə əks etdirir. Bu bölgədə hər daşın altında bir tarix vardır. Bu gün Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir.
Qeyd olunub ki, milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Çünki hazırda dünyada İslam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır. Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən bəzi qüvvələr din vasitəsilə ölkəmizdə təxribat törətmək istəyirlər. Lakin belə qüvvələr heç zaman məqsədlərinə çata bilməyəcəklər. Onların qarşısı hər zaman qətiyyətlə alınır və alınacaq.
Konfransda Milli Məclisin deputatı Azər Kərimli və digərləri çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi və tolerantlıq mühitinin qorunması istiqamətində görülən işlərdən danışıblar.
Aprelin 30-da konfrans işini plenar iclaslarda davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

