/ / Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif olunub
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif olunub
23.05.2015 [10:21]
Mayın 22-də Bakıda BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni baş ofisinin açılış mərasimi keçirilib.
Mərasimdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı müstəsna roluna və bu sahədə tərəqqinin əldə olunmasında əvəzsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun ali mükafatı ilə təltif edilib.
Mükafat Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq təşkilatların, BMT agentliklərinin, media və vətəndaş cəmiyyəti nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri mərasimdə baş ofisin açılışını bildirən rəmzi lent kəsilib.
Mərasim iştirakçıları yeni ofis binası ilə tanış olublar, fondun fəaliyyətini əks etdirən fotostendlərə baxıblar.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yeni ofisin açılışı münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunu təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə demokratik vətəndaş cəmiyyəti quruculuğu, siyasi dialoq, azad mətbuat inkişaf etməyə başladı. Ulu öndər bu tipli institutların formalaşmasına zəmin yaratdı, onların inkişafını təmin etdi. Belə vətəndaş cəmiyyəti institutlarından biri də bu gün yeni ofisinin açılışında iştirak etdiyimiz Beynəlxalq Avrasiya Mətbuat Fondudur.
Əli Həsənov vurğulayıb ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanda qeyri-hökumət təşkilatlarının klassik nümunəsidir və 20 ildən artıqdır çox səmərəli fəaliyyət göstərir. Mən bu baxımdan Umud Mirzəyevin və onun peşəkar komandasının fəaliyyətini yüksək dəyərləndirir, Azərbaycan hakimiyyəti adından onlara təşəkkür edirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Onlar hər il ayrı-ayrı donorlardan qrantlar alaraq Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini verirlər. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu prosesini bu gün Prezident İlham Əliyev uğurla və dönmədən davam etdirir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, bəzi qərəzli beynəlxalq təşkilatlar guya Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə əngəl törədildiyini, onlar üçün heç bir şəraitin yaradılmadığını iddia edirlər. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yeni ofisinin açılışı belə düşünənlərə ən tutarlı cavabdır. Azərbaycan hakimiyyəti qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını dövlət həyatının ayrılmaz tərkib hissəsi hesab edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaş cəmiyyəti institutları, siyasi partiyalar, azad mətbuat Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissələridir və gələcək inkişafımızı bu institutlarsız təsəvvür etmirik. Məhz Azərbaycanın dövlət siyasətinin yaratdığı münbit şəraitin nəticəsidir ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvlərindən biridir və bu qəbildən digər təşkilatlarımız da vardır. Azərbaycanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları, jurnalist qurumları ölkəmizi beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil edirlər.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, bu gün Azərbaycan Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti ilə səmərəli tərəfdaşlıq və əməkdaşlıq edir. Bu tərəfdaşlıq və əməkdaşlıq sahələrindən biri də qeyri-hökumət təşkilatlarına verilən dəstək, onların fəaliyyətinə hərtərəfli stimul yaradılmasıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu həmin təşkilatlarla Azərbaycanın əlaqələrinə səmərəli dəstək verən qurumlardan biridir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev mərasimdə çıxış edərək bildirib ki, fond Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövründə fəaliyyətə başlayıb. Əsas missiyası postsovet məkanında münaqişə bölgələrindən həqiqətləri dünyaya çatdırmaq olan Beynəlxalq Avrasiya Mətbuat Fondu xarici jurnalistlərin və ictimai xadimlərin özlərinə doğma bildikləri sülh və dostluq məkanı olub. Həmin illəri xatırlayanda bir anlıq BAMF-nin ilk yerləşdiyi məkan - mənim öz evim yadıma düşür. Müharibənin yaratdığı bütün ağrı-acılara baxmayaraq, biz missiyamızın nə qədər ali və sülhsevər olduğunu bildiyimizdən bu yoldan dönmədik, əsla usanmadıq və sülhün təbliği istiqamətində fəaliyyətimizi genişləndirdik. Artıq fəaliyyətə başladığımız tarixdən bizi 23 il ayırır. Bu illər ərzində BAMF beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları, nüfuzlu media təsisatları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb.
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna xidmətləri olduğunu vurğulayan Umud Mirzəyev qeyd edib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olan BAMF, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvüdür. Bu tədbirlə açılışını etdiyimiz BAMF-nin baş ofisi Beynəlxalq Mətbuat İnstitutunun Bakı regional Təşəbbüs Mərkəzinə, BMT-nin İqtisadi-Sosial Şurasının QHT bölməsinin postsovet ölkələri üzrə əlaqələndirici funksiyasına, Beynəlxalq Sülh Bürosunun 18 Qərbi Asiya ölkəsində təmsilçiliyinə ev sahibliyi edir.
Fondun sədri deyib ki, bu illər ərzində BAMF milli və beynəlxalq məsləhətləşmələr sayəsində prioritet sahələr üzrə işlərin yerinə yetirilməsində dövlət, vətəndaş cəmiyyəti və beynəlxalq qurumların birgə fəaliyyətinin model prinsiplərinin yaradılmasında mühüm rol oynayıb. Bu baxımdan 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədləri müəyyənləşdirilərkən xüsusən, müharibədən zərərçəkmiş regionlarda BAMF və tərəfdaşlarının ortaya qoyduğu əməkdaşlıq modeli sosial-iqtisadi, mədəni-humanitar proqramların yerinə yetirilməsi üçün uğurlu bir konsepsiyadır.
Sonra BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək deyib ki, medianın inkişafı sahəsində həyata keçirdiyi işlərə və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfəyə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətini yüksək qiymətləndirirəm. Antonius Broek fond ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək statuslu üzvü BAMF-nin ofisinin açılışı BMT dəyərlərinin təbliği baxımından əlverişli fürsətdir. Azərbaycanda davamlı inkişafın təşviqi və daha çox sosial inteqrasiya, sülh quruculuğu yolunda tərəfdaşlıq bu binanın çətiri altında yeni ideyalarla zənginləşəcək və vətəndaş cəmiyyəti təmsilçiləri BMT və onun agentlikləri arasında əməkdaşlığa yeni üfüqlər açacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək BAMF-nin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, bu qurum çoxfunksiyalı təşkilatdır və bu gün bu ofisin açılması Azərbaycan dövlətinin QHT-lərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Lütful Kabir ofisin açılışı münasibətilə beynəlxalq təşkilatların təbrik məktublarını oxuyub.
Mərasimdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broekə, Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri xanım Malena Marda, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşiyə və ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Stiven Qaysa BAMF-nin fəxri diplomları təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

