GUARDIAN “iş başında” yaxalandı
19.06.2015 [17:46]
GUARDIAN “iş başında” yaxalandı
İsrailli fotoreportyor Tomer İfrah onun “The Guardian” qəzetində dərc edilmiş Azərbaycan haqqında fotoreportajına verilmiş şərhlərin ona məxsus olmasını təkzib edib. Fotoreportyor “Region Plus” jurnalının müxbirinə verdiyi müsahibədə bildirib ki, Britaniya qəzeti Bakının ünvanına tənqidin əks olunduğu bütöv abzasları onun sözləri kimi təqdim edib.
“Region Plus” jurnalı “The Guardian”ın dərc etdiyi reportajı onun “The Calvert Journal”da dərc edilmiş orijinal variantıyla müqayisə etdikdən sonra yol verilmiş saxtakarlığı üzə çıxarıb.
Məlum olub ki, daha əvvəl T. İfrahın Azərbaycan haqqında reportajı Avropanın müxtəlif mətbu nəşrlərində dərc edilib və yalnız müəllifin müsbət rəyləri ilə müşayiət olunub.
“The Guardian” bu materialı “The Calvert Journal”dan götürərək yenidən dərc edib və oraya Azərbaycan əleyhinə replikalar əlavə edib ki, erməni mətbuatı da dərhal bundan “faydalanıb”. Üstəlik “The Guardian” materialın adını dəyişərək, israilli jurnalistin fotoreportajının ümumi üslubu və mənası ilə heç bir əlaqəsi olmayan fərqli başlıqla dərc edib.
- Tomer, Britaniyanın “The Guardian” qəzetində dərc edilmiş fotoreportajın sizə aidiyyəti varmı, qəzet Azərbaycan haqqında reportajınızın bu şəkildə dərc edilməsini sizinlə razılaşdırıbmı?
- Azərbaycan haqqında fotoreportajımı mən əvvəlcə “The Calvert Journal”ın (TCJ) müəllifinə təklif etdim. Baş ofisi Londonda yerləşən bu jurnal böyük nüfuza malikdir, əsasən Rusiya və keçmiş Sovet İttifaqı ölkələri haqqında reportajlara üstünlük verir. Jurnal, həmçinin “The Guardian” və“Business Insider” kimi jurnallarla da əməkdaşlıq edir. Onlar “The Calvert Journal”da dərc edilmiş materiallardan istədiklərini seçərək təkrar dərc edirlər. Mənim Azərbaycan haqqındakı fotoreportajımla da bağlı eyni hal baş verdi. “The Calvert Journal”ın müəllifi məndən müsahibə aldıqdan sonra reportajım və müsahibəm “The Calvert Journal”ınhttp://calvertjournal.com/features/show/4162/contemporary-azerbaijan-tomer-ifrah-photography-diary-travel saytında dərc edildi.
Bir neçə gün sonra dünyanın müxtəlif guşələrindən çox xoş şərhlər daxil olmağa başladı. “The Calvert Journal”ın müəllifi mənimlə əlaqə saxlayaraq bildirdi ki, Britaniyanın “The Guardian” nəşri Azərbaycan haqqında fotoreportajımla maraqlanıb. O, mənim reportajımın orada dərc edilməsinə razı olub-olmadığımı soruşdu. Mən razılaşdım (bu günə qədər digər materillarımı da “The Guardian” təkrarən dərc edib). Lakin mən bu məsələ ilə bağlı “The Calvert Journal”ın müəllifindən başqa heç kimlə təmasda olmamışam.
-“The Guardian” qəzetində dərc edilmiş materialda məhz hansı sitatlar sizə aid deyil?
- Bu reportaj "The Moscow Times” nəşri, Amerikanın səyahətlər haqqında "Roads&Kingdoms" kitabı, "The Guardian” qəzeti, Almaniyanın həftəlik “Die Welt” qəzeti də daxil olmaqla, 10 müxtəlif mətbu orqanında dərc edilib. Mənim Azərbaycan haqqında təəssüratlarım çox gözəl idi və bütün bunlar bu mətbu orqanların səhifələrində öz əksini tapmışdı. Mən bu nəşrlərə müxtəlif müsahibələrimdə öz təəssüratlarımı və təcrübəmi bölüşmüşəm, bu, “The Calvert Journal”a verdiyim müsahibəyə də aiddir. “The Guardian” qəzetində dərc edilmiş mətnin digər hissəsinə görə isə məsuliyyəti bu qəzet daşıyır .
- Baş verən bu insidentlə bağlı hər hansı tədbir görəcəksinizmi?
- Mən bu məsələni“The Calvert Journal”ın müəllifi ilə aydınlaşdırmağa hazırlaşıram, çünki o, müsahibəmin “TheGuardian” qəzetində dərc edilməsi ilə bağlı təmasda olduğum yeganə insandır.
Lakin bir məsələdən razıyam ki, “The Guardian” qəzetində dərc olunmuş materialla bağlı daxil olan şərhlərin əksəriyyəti mənim Azərbaycan haqqındakı fotolarımla əlaqədardır. Şərhlərdə bu yerlərin çox maraqlı olduğu bildirilir. İnsanlar bu ölkəyə heyran qalıblar, şərhlərin hamısı fotolara aiddir. Adətən fotoreportaj olan yerdə künc və ya aşağı hissələrdə yazılmış kiçik mətnlər o qədər də nəzərə çarpmır.
Zəhmət olmasa, planlarınızla bölüşərdiniz. Azərbaycanda həyata keçirmək istədiyiniz layihələriniz yenə varmı?
Əlbəttə! Mən bunu çoxdan planlaşdırıram. Bu, Azərbaycanın tarixi və eləcə də müasir Azərbaycan haqqında landşaft layihəsidir. Bu dəfə bu, rəngli, orta formatlı film olacaq. Mən bütün araşdırmaları aparmışam və layihəyə başlamağı səbirsizliklə gözləyirəm. Planlaşdırdığım layihə KİV-də, sərgilərdə, onlayn qaydada beynəlxalq aləmin daha çox diqqət mərkəzində olacaq. Ancaq mənim ən başlıca məqsədim Azərbaycanın tarixindən bəhs edəcək kitabdır. Bu, uzun illər nəticə verəcək layihədir. İndi mən San Paoloda layihə üzərində işləyirəm, amma mənim əsas prioritetim Azərbaycandır. Mən həqiqətən də işə başlayacağım günü səbirsizliklə gözləyirəm.
İndi isə «The Guardian»da dərc edilmiş reportajda T. İfrahın haqqında bəhs etdiyi saxtakarlıqları təqdim edirik
1.«The Calvert Journal» qəzetindəki normal başlığı «The Guardian» nəşri antiazərbaycan sərlövhəsi ilə əvəz edib (narıncı rənglə qeyd edilib)
2. a) «The Guardian» T. İfrahın demədiklərini onun ayağına yazır. Guya fotoqrafa məxsus olan iki cümləlik sitatın (narıncırənglə qeyd edilib) birinci cümləsindı müəllifin sözləri təhrif edilib (burada tamamilə neytral different (yəni, tam fərqli mənzərə ilə rastlaşdım) sözü neqativ məna verən confounded (yəni, gördüklərimdən məyus oldum) sözü ilə əvəz edilib). İkinci cümlədə isə T.İfrahın ümumiyyətlə demədiyi sözlər onun ayağına yazılır:People live in poverty… (camaat kasıbçılıq içində yaşıyır)
b)Bu sitatdan dərhal sonra «The Guardian» özlərinin uydurduğu daha bir cümləyə yer verir (yaşıl rənglə qeyd edilib). Üstəlik sitatı qəzet adətən istifadə erdiyi dırnaq işarəsilə deyil, çox çətin seçilən dırnaqla işarələyib ki, bundan da belə təəsürat yaranır ki, sitatdan kənar ifadələr də T. İfraha aiddir.
P.S. Son ay ərzində Britaniyanın “The Guardian” qəzeti Azərbaycan haqqında 40-dan çox məqalə dərc edib. Əslində, Avropa nəşrinin ilk Avropa Oyunlarının keçirildiyi ölkəyə bu qədər yüksək maraq göstərməsində təəccübülü heç nə yoxdur. Qəribəsi isə budur ki, Britaniya nəşrinin materiallarında Avropa Oyunları mövzusuna cəmi bir neçə dəfə toxunulub ki, o da Azərbaycana hücumlara bir səbəb kimi. Əlbəttə, bu və ya digər ölkənin ünvanına tənqid normal haldır, amma bu tənqid açıq-aydın şəkildə çərçivədən çıxırsa, bu halda oxucunun bir ölkənin nəşrinin başqa dövlətə nə üçün belə "böyük qayğı" göstərməsini düşünməyə haqqı var. T.İfrahın fotoreportajı ilə bağlı hadisədə olduğu kimi, saxtakarlığın aşkar edilməsi heç suallar üçün də yer qoymur – “The Guardian” təkcə mənəvi-etik normaları deyil, həm də Britaniya qanunvericiliyini pozur. Britaniyaya, eləcə də dünya oxucusuna nə dərəcədə hörmət etməmək lazımdır ki, ona bu cür yalanı sırıyasan.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13

