Britaniyalı idman jurnalisti: Bakı dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim edir
25.06.2015 [09:48]
Press Association agentliyinin müxbiri Mark Stanifort ilə AZƏRTAC-da keçirilən görüşdə Azərbaycanda mətbuat və söz azadlığının, fikir plüralizminin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan da bəhs olunub
Bakı birinci Avropa Oyunlarına Olimpiya Oyunları səviyyəsində ev sahibliyi edir. Doğrudan da əsrarəngiz məkanlardır. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi jurnalistlər üçün hər cür şərait yaradıb. Bakıda dünya səviyyəli yarışlar keçirilir.
Bu fikirləri iyunun 24-də Böyük Britaniyanın Press Association agentliyinin idman jurnalisti Mark Stanifort AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla görüşündə səsləndirib.
Baş direktor qonağa AZƏRTAC-ın fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, AZƏRTAC dünyanın informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir.
Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Baş direktor ilk Avropa Oyunlarının London, Sidney Olimpiya Oyunları ilə müqayisə olunmasından qürur duyduğunu bildirib. Məlumat verilib ki, Bakıda keçirilən Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq Forumlarının və digər tədbirlərin əhatə dairəsi və miqyası ildən-ilə genişlənir. Bu forumlarda nüfuzlu siyasətçilər, dövlət xadimləri, elm adamları, Nobel mükafatı laureatları iştirak edirlər.
Görüşdə Böyük Britaniyanın Press Association agentliyi ilə AZƏRTAC arasında sıx əlaqələrdən də bəhs olunub. Qeyd edilib ki, bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşalla səmimi dostluq münasibətləri əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda keçirilən iclaslarında Klayv Marşal da fəal iştirak edib.
Britaniyalı jurnalistə, həmçinin, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlər, mətbuat və söz azadlığının, fikir plüralizminin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən mütəmadi tədbirlər barədə də məlumat çatdırılıb. Təəssüflə vurğulanıb ki, Azərbaycanın demokratiyanın inkişafı sahəsində çox qısa müddətdə gördüyü işlər və əldə etdiyi uğurlar bəzən diqqətdən kənarda qalır, yaxud bu məsələyə yanaşmada ikili standartlar özünü büruzə verir.
Press Association agentliyinin idman jurnalisti Mark Stanifort görüşdən və səmimi söhbətdən məmnunluğunu dilə gətirib. “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasimini böyük maraqla izlədiyini söyləyən M.Stanifort yarışların keçirildiyi arenaların mükəmməlliyindən, Oyunların cəlbedici və maraqlı olmasından, reklam roliklərinin göz oxşamasından danışıb. O, Bakının dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim etdiyini deyib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27

