Siyavuş Novruzov: Azərbaycanın sürətli inkişafı çox dövlətləri narahat edir
15.07.2015 [10:09]
İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı ölkəmizin xarici siyasəti və hazırkı geosiyasi vəziyyətlə bağlı bir sıra aktual məsələlərə toxunub.
Dövlət başçısının çıxışına münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib ki, Avropanın ayrı-ayrı təşkilatları və qurumları, erməni lobbisinin vəsaiti hesabına çalışan qüvvələr Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirləri gözdən salmaq məqsədilə qərəzli iş aparırlar. Onun sözlərinə görə, həmin dairələr Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır və ölkəmiz haqqında mənfi imic yaratmağa çalışırlar: “Avropa Şurasının son iclasında Azərbaycanla bağlı qətnamədə əvvəlki prinsiplərindən fundamental şəkildə geri çəkilərək özünün qəbul etdiyi qərarın əleyhinə yenidən qərar qəbul etməsi tam ədalətsiz və qeyri-obyektiv idi. Həmçinin, Almaniya Bundestaqında qəbul edilən qərar da eyni mahiyyət daşıyır. Almaniya Bundestaqı BMT Təhlükəsizlik Şurası və ya dünya yığıncağı deyil. Baxmayaraq ki, bu gün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr belə icra edilmir. Halbuki BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamə qeyd-şərtsiz yerinə yetirilməlidir. Bu gün biz görürük ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan belə ayrı-ayrı ölkələrə qoşun yeridilir, ərazilər işğal edilir, dövlətçilik darmadağın edilir və sairə. Bu gün biz dünyada bunun da şahidi oluruq. Bu baxımdan da Almaniya Bundestaqında hər hansı xarici ölkənin məsələsinin müzakirə olunması, doğrudan da, gülüncdür. Almaniya Bundestaqının qəbul etdiyi hər hansı sənəd yalnız bu ölkənin sərhədləri çərçivəsində şamil oluna bilər. Yəni, bu sənəd nəinki Azərbaycanda, heç Almaniyanın yaxın qonşusu olan ölkələrdə belə keçə bilməz. Bunu Almaniya Bundestaqının üzvləri də çox yaxşı dərk edirlər. Onlar yaxşı bilirlər ki, bu qərarın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur, adi kağız parçasıdır, Azərbaycana qarşı bir qarayaxmadır. Hesab edirəm ki, cənab Prezidentin ötən gün keçirdiyi müşavirədə bu məsələ ilə bağlı mövqeyi bütün Avropaya bir mesaj idi. Yəni, Azərbaycan bütün dünya ilə səmimi və qarşılıqlı tərəfdaşlığa açıqdır. Kim istəyirsə, gəlib Azərbaycanla səmimi münasibətlər qura bilər. Kim istəmirsə, artıq bizim onlarla münasibət qurmaq fikrimiz də yoxdur”.
S.Novruzov qeyd edib ki, bu gün dünya üçün Azərbaycan çox əhəmiyyətlidir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu gün Azərbaycan Avropanın qazla təmin olunmasına görə ayrı-ayrı dövlətlərlə mübarizə aparır. Bəs Avropa bizim üçün nə edir? Bizim üçün fərq etməz, ya Almaniya, ya da Cənubi Koreya, Yaponiya və digər ölkələrlə əməkdaşlıq edək. Bu gün biz Almaniyadan aldığımız malları gedib Cənubi Koreya və Yaponiyadan da ala bilərik. İndi Azərbaycan Almaniyadan kifayət qədər mal alır və əvəzində bu ölkəyə böyük vəsait gedir. İstəsək, sabah gedib o malları Almaniyadan deyil, Yaponiyadan, Cənubi Koreyadan da ala bilərik. Bizim üçün bu gün onlarla alternativ ölkələr var. Ona görə də düşünürəm ki, Avropa dövlətləri Azərbaycanla münasibətlərinə diqqət etməlidir. Kim bizimlə səmimi münasibət qurmaq istəsə, qapımız onlara hər zaman açıqdır. Kim qurmaq istəmirsə, o zaman biz onlardan da əvvəl bu münasibətləri qurmaq istəmirik. Azərbaycan istəyir ki, hər bir dövlətlə, beynəlxalq təşkilatla yaxşı münasibətlər qurulsun. Ancaq bu münasibətlər ədalətli olmalıdır”.
S.Novruzov Azərbaycanın gələcəkdə Avropa Şurası üzvlüyündə qalıb-qalmaması məsələsinə də toxunub: “Biz vaxtilə Avropa Şurasına üzv olmağı özümüz seçmişik. Biz Avropa Şurasına nə isə güdmək üçün getməmişik. Biz Avropa dəyərlərinə olan hörmətimizə görə, eyni zamanda, Azərbaycan dəyərlərinin də Avropada qəbul olunması şərtilə bu təşkilata qoşulmuşuq. Bu gün Azərbaycanın kifayət qədər elə dəyərləri var ki, Avropanın bu dəyərlərə ehtiyacı var. Yəni, Azərbaycan Avropa Şurasına dəyərlərin qarşılıqlı mübadiləsi çərçivəsində üzv olub. Biz Avropa Şurasına daxil olmamışıq ki, kimsə bizə müəllimlik etsin. Kimsə Azərbaycana nəyisə diktə edə bilməz. Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüququ veriləndə dünya ölkələrinin 60 faizində qadınların seçki hüququ yox idi. Azərbaycanda dövlət strukturu demokratik əsaslarla formalaşan zaman dünyanın əksər ölkələrində imperializm hökm sürürdü. Azərbaycanda ilk opera yarananda dünyanın çox yerində heç məktəb yox idi. Mən anlaya bilmirəm ki, Avropa bizə nəyi öyrətmək istəyir. Hesab edirəm ki, Azərbaycanın qədim tarixə malik olması, zəngin mədəniyyəti, müstəqillik mübarizəsi və sürətli inkişafı çox dövlətləri narahat edir. Ona görə də həmin dövlətlər Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirir, ölkəmizi gözdən salmağa çalışırlar”.
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02

