Dərman vasitələrinin yeni qiymətləri vətəndaşların maraqlarına uyğundur
04.08.2015 [01:41]
Musa Quliyev: Tarif Şurasının qərarı bu sahədə neqativ halların qarşısını alacaq, dərmanların qiyməti daha da ucuzlaşacaq
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı dərman preparatlarının qiymətlərinin tənzimlənməsi və bir sıra çatışmazlıqların aradan qaldırılmasına dair tapşırıqlar vermişdi. Artıq bu məsələ ilə bağlı müvafiq addımlar atılmaqdadır.
Belə ki, iyulun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanılıb. Tarif Şurasının Katibliyindən bildiriblər ki, iclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il sentyabrın 15-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqustun 10-dək müəyyən edilib.
Qeyd edək ki, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.
Onu da bildirək ki, məsələ ilə bağlı hələ iyulun 14-də səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə Səhiyyə Nazirliyində geniş toplantı keçirilmişdi. Toplantıda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdi. Dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə əlaqədar iyulun 31-də nazirlikdə müşavirə keçirilib.
İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə atılan addımı sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyində, bundan başqa müvafiq əmrlə bu sahə üzrə geniş məsələləri əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq, Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin olunması, standart formaya uyğun gəlməyən reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılıb. Planda, həmçinin, tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alıb və bu sahədə görüləcək işlər əksini tapıb. Sənəd tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndirilməsinə xidmət edəcək. Tədbirlər Planına əsasən, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində müraciətlərin qəbulu üçün elektron səhiyyə, “Qaynar xətt”, əhalidən daxil olan məktublar və digər vasitələrlə gələn müraciətlər dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Tarif Şurasının qərarının əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, ölkəmizdə dərmanların dövriyyəsi, istehsalı və istehlakı məsələləri “Dərman vasitələri haqqında” qanunla tənzimlənir: “Ölkə Prezidentinin təşəbbüsü ilə parlamentin yaz sessiyasında bu qanuna əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, dərmanların qiymətlərinin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilməlidir. İndiyə qədər isə qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənirdi. Amma son illərin təcrübəsi göstərdi ki, bazar münasibətlərində süni surətdə qiymət artırılması halları baş verirdi, dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Eyni zamanda, dərmanların bahalığı əhali üçün çətinliklər törədirdi. Ona görə də, bu məsələ hökumətin diqqətində idi. Cənab Prezidentin göstərişi ilə Tarif Şurasında bu məsələ ciddi müzakirə olunub. Qonşu ölkələrin təcrübəsi də öyrənilib. Geniş araşdırmaların nəticəsi olaraq Tarif Şurası belə bir qərar qəbul edib”.
Qərarın vətəndaşların maraqlarına uyğun olduğunu deyən M.Quliyev qeyd edib ki, dərmanların qiymətlərinin tənzimlənməsi, ilk növbədə, bu sahədə möhtəkirliyin qarşısını alacaq, ölkənin hər yerində eyni dərman eyni qiymətə satılacaq. Ən əsası isə, dərmanların qiyməti daha da ucuzlaşacaq.
Millət vəkilinin fikrincə, bu qərardan sonra dərman şirkətləri, apteklər və həkimlər arasında rast gəlinən qeyri-sağlam əməkdaşlıq da aradan qalxacaq: “Heç kəsə sirr deyil ki, bir çox dərman şirkətləri öz dərmanlarını daha çox və baha satdırmaqdan ötrü müxtəlif klinikalarla, həkimlərlə qeyri-qanuni əməkdaşlıq edirlər. Onlar dərmanların satışından əldə olunan vəsaitlər hesabına həkimlərə müəyyən faizlər verirlər. Eyni tərkibli olmasına baxmayaraq, həkimlər ucuz yox, bahalı dərmanları xəstələr üçün yazırdılar. Tarif Şurasının qərarı bu halları aradan qaldıracaq. Digər tərəfdən, müəyyən dərmanların başqa ölkələrdə də hansı qiymətə satılması öyrənilib və bu, Azərbaycandakı qiymətlərlə müqayisə olunub. Məlum olub ki, ölkəmizdə dərmanlar başqa ölkələrlə müqayisədə baha satılır. Yəni bu məsələlər geniş araşdırılıb və dərmanların optimal qiymətləri müəyyənləşdirilib”.
M.Quliyev onu da deyib ki, bu sahədə qiymət tənzimlənməsi dərman biznesi ilə məşğul olan sahibkarlara da zərər vurmayacaq.
Bu gün Azərbaycan bazarında 4 mindən çox dərmanın qeydiyyatda olduğunu deyən komitə sədrinin müavini bildirib ki, öncə 250 dərman preparatının qiyməti tənzimlənir. Çünki 4 min adda dərmanın qiymətinin eyni vaxtda tənzimlənməsi mümkün deyil. Həmin 250 dərman isə digərləri ilə müqayisədə daha zəruri olanlardır. “İlk olaraq 250 dərmanın qiymətinin tənzimlənməsi o demək deyil ki, o biri dərmanların satışına qadağa qoyulacaq. Həmin dərmanlar da satılacaq. Amma vaxt gəldikcə, onların da qiyməti tənzimlənəcək. Bu qədər dərmanın qiymətini eyni vaxtda tənzimləmək mümkün deyil. Qiymət tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi çox doğru qərardır. Eyni tərkibli dərmanların qiymətinə gəlincə, bu məsələ də tənzimlənir. Əgər hansısa dərmanın qiyməti dövlət tərəfindən tənzimlənməyibsə, eyni tərkibli və tənzimlənən dərman hansı qiymətə satılırsa, o dərmanın qiyməti buna uyğun olmalıdır. Yəni tənzimlənən dərmanın qiymətindən yuxarı olmamalıdır. Təbii ki, bu məsələyə müvafiq dövlət qurumları tərəfindən nəzarət də olacaq. Səhiyyə, Vergi, İqtisadiyyat və Sənaye nazirlikləri vəziyyətə ciddi nəzarət edəcək”, - deyə M.Quliyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

