/ / Ermənipərəst Yunusov-Barseqyan ailəsi hər zaman Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqedə olub
Ermənipərəst Yunusov-Barseqyan ailəsi hər zaman Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqedə olub
18.08.2015 [10:09]
Bu ailənin ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyasının arxasında Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı dayanır
Xəbər verildiyi kimi, bir müddətdir ki, həbsdə olan və bir sıra ittihamlarla təqsirləndirilən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun rəhbəri Leyla Yunusova və həyat yoldaşı Arif Yunusovun törətdikləri cinayətlər sübuta yetirilib. Məhkəmənin hökmü ilə Leyla Yunusova 8 il 6 ay, Arif Yunusov 7 il həbs cəzası alaraq azadlıqdan məhrum ediliblər. Vurğulayaq ki, Leyla Yunusova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirli biliniblər. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.
Arif Yunusov Arşalyus Barseqyanın oğludur
Ümumiyyətlə, Yunusovların həyatında ermənilərlə işbirliyi, onlardan “qidalanma” hər zaman öz “aktuallığını” qoruyub. Xatırladaq ki, 1990-cı illərdə Azərbaycanın milli maraqlarına xəyanət edən, ermənilərin açıq dəstəkçisi kimi çıxış edən Leyla-Arif Yunusov cütlüyü hələ o dövrdə Azərbaycan dövlətinin “məsum ermənilərə qarşı təmizləmə siyasəti həyata keçirdiyini” iddia edirdi. Hətta bu tezis əsasında xarici dövlətlərdə mətbuat konfransları düzənləyən, o dövrün reallıqlarını təhrif edərək ermənilərin xeyrinə təbliğat aparan cütlük sonradan, 1992-ci ildən AXC-”Müsavat” hakimiyyətində təmsil olunmağa başladılar. Arif Yunusov Prezident Aparatının baş analitiki, Leyla Yunusova isə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri “təyin” olundular. Erməni ailəsində böyüyüb tərbiyə almış Seyfulla Yunusovla erməni Arşalyus Arsenovna Barseqyanın övladı olan Arif Yunusov həmin vaxt hətta Prezident Aparatının baş analitiki kimi “qohumları”, yəni ermənilərlə üçüncü dövlətin ərazilərində görüşürdü. Onun erməni təəssübü çəkməsi həyatının bütün dövrlərində özünü aşkar şəkildə büruzə verib. Ermənistandakı, o cümlədən, Moskvadakı erməni mənbələrindən onun bank hesabına köçürülən pullar bu insanın hansı “yuvanın quşu” olduğunu ortaya qoyur.
Şuşa xəyanəti Leyla Yunusovanın Müdafiə Nazirliyinə gəlişindən 5 gün sonraya “təsadüf” etdi...
İstər siyasi kimliyi, istərsə də genetik kökünün hara bağlı olduğu illərdir Azərbaycan cəmiyyətinə bəlli olan Yunusovlar ailəsinin qaranlıq, çirkab dolu, anti-Azərbaycan fəaliyyəti artıq gün kimi ortadadır. Təkzibolunmaz faktları özünün dili ilə etiraf edən, ermənilərlə işbirliyi ilə “fəxr edən”, Azərbaycan dilindən “yalnız söyüş söymək üçün” yararlanan bu cütlüyün əməlləri hər məqamda özünü büruzə verib və verməkdədir. Daim antimilli layihələrdə ön səflərdə yer alan, xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərini yerinə yetirən Yunusovlar ailəsinin artıq “erməni pərdəsi” deşilib.
Qeyd edək ki, L.Yunusovanın anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Göründüyü kimi, bu şəxsləri milli zəmində Azərbaycanla bağlayan hər hansı amil mövcud deyil.
L.Yunusovanın ermənilərə göstərdiyi xidmətin də miqyası Arif Yunusovun xidmətlərindən geri qalmır. Elə Qarabağ müharibəsi zamanı bir sıra strateji nöqtələrimizin ermənilər tərəfindən işğalının əsas səbəbi məhz L.Yunusova olub. Onun Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşı olmasının ardından Azərbaycanın silahlı birləşmələrinin gizli əməliyyatları iflasa uğradı. L.Yunusovanın bu nazirliyə gəlişindən 5 gün sonra isə Şuşa xəyanəti baş verdi. Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesablarına köçürüb.
L.Yunusova xarici dövlətlərin xüsusi xidmət orqanlarının əsas “istinad nöqtəsi” idi
1993-cü ildə MN-dən qovulduqdan sonra isə L.Yunusova “vətəndaş cəmiyyətinin nümayəndəsi” kimi ermənilərə xidmət göstərməyə başladı. Yunusovların Bakıda yerləşən təşkilatının ofisi bir çox Qərb ölkələrinin xüsusi xidmət orqanları rezidentlərinin oylağına çevrildi. Xarici kəşfiyyat orqanlarının bütün rezidentləri burada müəyyən məbləğ ödəyərək Azərbaycandakı daxili siyasi vəziyyətə və Qarabağ cəbhəsində baş verənlərə dair müntəzəm informasiyalar, analitik material və arayışlar alırdılar. Verilən xəbərlər və arayışlar isə birmənalı şəkildə Barseqyan-Yunusovların qohumları olan ermənilərin maraqlarına xidmət göstərirdi...
Leyla Yunusovanın erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. O, erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən isə Leyla Yunusova Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib.
Bundan başqa, Leyla Yunusovanın xaricdə yaşayan ermənilər və onların əsas dəstəkçiləri ilə münasibətləri hər zaman ən üst səviyyədə olub. Məsələn, vurğulamaq yerinə düşər ki, Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova erməniəsilli “QHT-çi”nin ən yaxın rəfiqələrindən sayılırdı.
Laura Baqdasaryan-Leyla Yunusova əməkdaşlığı Azərbaycan dövlətinə qarşı hazırlanmış layihə idi
L.Yunusovanın Azərbaycana qarşı fəaliyyətinin əsas prioriteti isə dövlətimiz haqqında yalan kampaniyası aparmaq, şər-böhtan yaymaq idi. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycan haqqında casus materialları yayırdı. L.Yunusovanın Ermənistanın “Region” araşdırma mərkəzi ilə münasibətləri daha “sıcaq” olub. Belə ki, mütəmadi olaraq bu qurumun rəhbəri Laura Baqdasaryanla əlaqələr saxlayan L.Yunusova hətta onlarla birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib.
L.Yunusova ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda çıxış edib, rəhbəri olduğu “Sülh və Demokratiya İnstitutu” adlı qurumun Əkrəm Naibovun müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Bundan başqa, anti-azərbaycançı mərkəzlərin dövlətimizin uğurlarına, ölkəmizdə keçirilən tədbirlərə qarşı apardığı kampaniyada ön sıralarda yer alan L.Yunusova “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edərək Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

