Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib
03.09.2015 [14:17]
Bu fikir Nazirlər Kabinetində keçirilən görüşdə səslənib
Sentyabrın 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun 3-cü iclasının önəmindən danışan Əli Əhmədov tədbirdə bir sıra əhəmiyyətli məsələlərin müzakirə edildiyini vurğulayıb. Baş nazirin müavini əminliklə qeyd edib ki, iclasda qəbul edilən qərarlar üzv ölkələrin hər birində öz müsbət təsirini göstərəcək. İclasın nəticələri gələcək fəaliyyəti üçün əsas olacaq.
Qadın problemlərinin hər zaman dünyada diqqət mərkəzində olduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov deyib ki, Asiya qitəsi, Şərq ölkələri bu məsələyə xüsusi həssaslıqla yanaşırlar. YAP sədrinin müavini-icra katibi İCAPP-ın bu məsələyə bu cür diqqət göstərməsinin də sevindirici hal olduğunu qeyd edib.
Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verildiyini bildirən Əli Əhmədov vurğulayıb ki, ona görə də İCAPP-ın bu həssas mövzuda tədbirinin Bakıda keçirilməsi heç də təsadüfi deyildir. Baş nazirin müavini ölkəmizdə qadın problemlərinin həlli istiqamətində görülən işlər barədə də qonaqlara məlumat verib.
“Bakı artıq İCAPP-ın tədbirlərinin keçirildiyi mərkəzə çevrilib”,- deyən İCAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eui-yonq təşkilata verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Bakı iclasının bir çox önəmli məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını söyləyən baş katib İCAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə ətraflı məlumat verib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Qadın Qolunun sədr müavini Məryəm Göka, Nepal parlamentinin üzvü Sucata Koirala və başqaları ölkəmizdə gedən inkişaf prosesinin şahidi olduqlarını, bunun onlarda xoş təəssürat yaradığını, paytaxt Bakının möhtəşəmliyinə heyran qaldıqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

