Avropa Parlamentinin qətnaməsi qərəzlidir və siyasi sifarişə əsaslanır
12.09.2015 [11:40]
Parlament seçkiləri ərəfəsində qəbul olunan bu sənəd ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq məqsədi daşıyır
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur. Digər tərəfdən, Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr, o cümlədən ermənipərəst, islamofob dairələr Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Son vaxtlar Avropanın islamofob dairələrinin, anti-azərbaycançı mərkəzlərinin Azərbaycana qarşı “qara piar” kampaniyası aparması da buna dəlalət edir. Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrup) Azərbaycan haqqında qəbul etdiyi son qətnamə də bunun bariz göstəricisidir.
Məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib ki, Avropa İttifaqının üzvü olmayan Azərbaycan Respublikası haqqında qətnamə qəbul etməklə Avropa Parlamenti, əslində, Azərbaycanın deyil, özünün imicinə ziyan vurur, təşkilatın şəffaflığına və obyektivliyinə kölgə salır. Onun fikrincə, qətnamənin mətnindən görünür ki, sənədi hazırlayanlar ölkəmizdə son vaxtlar gedən proseslərdən bixəbərdirlər və Azərbaycana düşmən kəsilən ünsürlərin qərəzli yazılarına, yalan məlumatlarına əsaslanırlar. Komitə sədri qeyd edib ki, təşkilat açıq şəkildə qərəzli mövqe nümayiş etdirib. Onun sözlərinə görə, Azərbaycan demokratiyanın, insan hüquq və azadlıqlarının qorunmasına dair öz üzərinə götürdüyü öhdəliklərə ardıcıl olaraq əməl edir.
“Bu gün qürurla deyə bilərik ki, müstəqil Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilib. Bütün bunlar onu göstərir ki, məsələ heç də qətnamədə göstərilən kimi deyil. Sadəcə olaraq, Azərbaycanın qlobal iqtisadi və siyasi səhnədə qazandığı heyrətamiz uğurlar bəzi daxili və xarici qüvvələri narahat edir. Onlar ölkəmizin bu uğurlarını qəbul edə bilmir, bəzi təşkilatlarda bir neçə öz mənafeyini güdən insanları ələ alaraq qarayaxma kampaniyası aparmaqla məşğuldurlar”, - deyə E.İbrahimov vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı yap.org.az saytına bildirib ki, parlament seçkiləri ərəfəsində Avropa Parlamentinin ölkəmiz haqqında növbəti dəfə qəbul etdiyi qərəzli qətnamə sifarişlidir. Çünki məqsəd seçki ərəfəsində Azərbaycanın demokratik imicinə zərbə vurmaqdır.
M.İbrahimqızı qeyd edib ki, Azərbaycan dövləti gücləndikcə onun təhlükəsizlik konsepsiyası və doktrinası daha da gücləndirilir. Onun sözlərinə görə, bu da bəzi xarici qüvvələrin və güclərin xoşuna gəlmir. “Ona görə də müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlər edirlər. Avropa Parlamentinin qətnaməsinin mahiyyətində də bu amil dayanır. Azərbaycan dövləti həyata keçirdiyi siyasətdə milli maraqlarımızın təmin olunmasına əsaslanır. Bu səbəbdən, dövlətimiz bu məsələdə daim öz prinsipiallığını qoruyur. Hesab edirəm ki, bundan sonra belə təşkilatlardan ciddi məsələlərlə bağlı obyektiv, ədalətli münasibət gözləmək mümkün deyil. Eyni zamanda, Avropa Parlamentindən də konstruktiv əməkdaşlıq gözləməyə dəyməz”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Milli Məclisin deputatı Rauf Əliyev də qeyd edib ki, Avropa Parlamentində qəbul olunmuş qərəzli sənəd Azərbaycanın inkişafını istəməyən qüvvələrin əməlidir. Onun sözlərinə görə, Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir.
“Bu hücumlar I Avropa Oyunları zamanı daha çox baş verdi. Bu tədbirin belə möhtəşəm, təkrarsız, milyonlarla tamaşaçını heyran qoyan formada keçirilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırdı. İndi də ölkəmizdə keçiriləcək parlament seçkiləri ərəfəsində həmin qüvvələr “fəallaşıblar”, - deyə R.Əliyev vurğulayıb.
“Avropa Parlamenti Azərbaycanla bağlı qəbul etdiyi qərəzli və sifarişli qətnaməsi ilə ölkəmizə münasibətdə özünün ikiüzlü mahiyyətini bir daha nümayiş etdirmiş oldu”. Bu fikri isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev deyib. A.Quliyev qeyd edib ki, qətnamədə səslənən ittihamlar o qədər absurddur ki, onları şərh etməyə belə dəyməz: “Mən bilmirəm, bundan sonra Avropa Parlamenti və Avropa İttifaqı hansı üzlə Azərbaycanla əməkdaşlıqdan və tərəfdaşlıqdan danışacaq? Təəssüflər olsun ki, Avropa Parlamenti bu qətnamə ilə təkcə Azərbaycandakı deyil, bütövlükdə bölgədəki maraqlarına ciddi zərbə vurmuş oldu”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

