/ / Pyer Tilua: “Sürgün” simfoniyasını yazanda mən azərbaycanlı məcburi köçkünlər haqqında düşünmüşəm
Pyer Tilua: “Sürgün” simfoniyasını yazanda mən azərbaycanlı məcburi köçkünlər haqqında düşünmüşəm
24.09.2015 [12:29]
Məşhur fransız bəstəkar Pyer Tilua Fransa mətbuatına müsahibəsində müəllifi olduğu “Sürgün” əsəri haqqında sualları cavablandırıb.
Jurnalistin “Sürgün” simfoniyasını yazanda kimlər haqqında düşünmüsünüz?” sualına cavabında bəstəkar deyib: “Bu simfoniyanı yazanda mən öz ölkələrini tərk etmək məcburiyyətində qalan bütün insanlar və xüsusilə də azərbaycanlı məcburi köçkünlər haqqında düşünmüşəm. Ermənistanın təcavüzünə məruz qalmış Azərbaycanın 1 milyondan artıq qaçqını və məcburi köçkünü var. Mən siyasətçi kimi yox, musiqiçi kimi danışmaq istərdim. Hesab edirəm ki, bir bəstəkar kimi mənim vəzifəm bugünkü dünyamızı bürüyən problemlərlə bağlı həyəcan təbili çalmaq, bütün xalqları musiqi sevgisi ilə birləşdirməkdir. Musiqi elə bir universal dildir ki, sözlərdən fərqli olaraq heç vaxt insanları yaralamır”.
“Siz simfoniyanızda ənənəvi musiqi alətlərindən istifadə etdiyinizə görə azərbaycanlı solistləri Fransaya dəvət etmisiniz?” sualına məşhur bəstəkar belə cavab verib: “Tar və kamança. Bəli, tar ud musiqi alətinə yaxındır, kamança isə sanki diz üzərinə qoyulan skripkadır. Bu iki musiqi aləti məni çox ilhamlandırır. Notda melodiyalar əsasən muğam musiqisi əsasında qurulub. Bu, mənim çoxdan axtardığım sintezdir. Mənim musiqimin əsas məqsədi ictimaiyyəti oyatmaq, ona musiqi aləminə səyahət etməyə kömək etməkdir”.
Qeyd edək ki, Pyer Tiluanın bədii rəhbəri olduğu “Lamurö” orkestri bu il mövsümü bəstəkarın 10-cu simfoniyası olan “Sürgün” əsəri ilə açıb. Müasir rəqəmsal musiqini özünün simfonik orkestrinə inteqrasiya edən bəstəkar sənətində daha dərinlərə baş vurur və səsin möcüzələrini kəşf edərək tamaşaçıya çatdırır.
On beş ildir Azərbaycanla sıx əlaqələri olan Pyer Tilua ölkəmizlə bağlı “Yanar dağ” və Xocalı soyqırımına həsr edilən “Khodjaly 613” musiqi əsərlərinin də müəllifidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

