Azərbaycanın Baş naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
07.10.2015 [10:09]
Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini önə çəkən Baş nazir Artur Rasizadə siyasi, iqtisadi, mədəni, həmçinin hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələrimizin mövcudluğunu xüsusi vurğulayıb. Qardaş ölkənin hərbçilərindən ibarət nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu deyən Baş nazir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra türkiyəli mütəxəssislərin də yaxından köməyi ilə bu gün artıq respublikamızda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha vurğulayıblar.
Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Türkiyə ilə Azərbaycanın hər zaman beynəlxalq aləmdə bir-birinə dəstək verdiyini məmnunluqla xatırladıb. Son illər qardaş Azərbaycana hərbi-texniki və kadr hazırlığı sahəsində göstərilən yardımlarla yanaşı, keçirilən birgə hərbi təlimlərin də böyük əhəmiyyət daşıdığını qeyd edən türkiyəli qonaq orduda peşəkarlığın artırılmasına xidmət edən belə təlimlərdə çox səmərəli nəticələr əldə olunduğunu bildirib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik, bölgədə sabitliyin qorunub saxlanması və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

