Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur
16.10.2015 [10:06]
Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu ölkəmizdə vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiyini göstərir
Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini strateji prioritet kimi müəyyənləşdirib
O da qeyd edilməlidir ki, müasir dünya siyasətində etibarlı tərəfdaş, regional güc mərkəzi və nüfuzlu dövlət kimi tanınan Azərbaycan Respublikasının xarici siyasət kursu milli maraqlara əsaslanır. Müəyyən olunmuş hədəflər və strateji prioritetlər əsasında reallaşdırılan xarici siyasət kursunun ən mühüm istiqamətlərindən birini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi təşkil edir. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet məsələdir. Bu səbəbdən Azərbaycan diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Yeri gəlmişkən, Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzi Azərbaycan əhalisi arasında keçirdiyi sorğunun nəticələrini dərc edib. Məlumatda deyilir ki, seçicilərin təxminən 80 faizi hesab edir ki, Azərbaycan hazırkı hakimiyyət orqanlarının rəhbərliyi altında düzgün istiqamətdə irəliləyir və Dağlıq Qarabağ münaqişəsi ölkə gündəmində ən vacib məsələdir.
Qeyd edək ki, ictimai rəy sorğusu 5,1 milyon azərbaycanlı seçicinin qərarına təsir göstərən geniş əhatəli məsələlər üzərində cəmləşib. “Ölkə düzgün istiqamətdə irəliləyirmi” sualına iştirakçıların 77,1 faizi müsbət cavab verib. Sorğu edilənlərin 41,3 faizi deyib ki, onları narahat edən ən mühüm məsələ beynəlxalq qətnamələrin Ermənistan işğalçı ordusunun dərhal çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal altında saxlamasıdır. “Arthur J.Finkelstein & Associates” beynəlxalq mərkəzin icraçı direktoru Corc Bernbaum vurğulayıb ki, “rəyi soruşulan hər beş seçicidən biri qeyd edib ki, Dağlıq Qarabağ problemi dövlət qarşısında ölkə iqtisadiyyatı ilə bağlı məsələlərdən daha mühüm məsələ olaraq qalır”.
Bəli, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini strateji prioritet kimi müəyyənləşdirib. Təsadüfi deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi mütəmadi olaraq beynəlxalq arenada gündəmə gətirilməkdə və müxtəlif beynəlxalq toplantıların aktual müzakirə predmetlərindən birini təşkil etməkdədir. Müxtəlif zaman müddətlərində Dağlıq Qarabağ münaqişəsinin həlli problemi istər BMT Baş Məclisinin geniş çərçivəli toplantılarında, istər digər beynəlxalq təşkilatların sessiyalarında, müxtəlif dövlətlərin qanunvericilik orqanlarında - parlamentlərində, istərsə də dövlətlərarası ikitərəfli və çoxtərəfli görüşlərdə ən yüksək səviyyə və formada gündəmə gətirilib.
Regional güc mərkəzi olan Azərbaycan sabitlik adasıdır
Sirr deyil ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Başqa sözlə, Azərbaycanın milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir.
Eyni zamanda, siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları son 12 il ərzində həyata keçirilən siyasəti dəyərləndirərkən ictimai-siyasi sabitlik amilinə xüsusi diqqət yetirirlər. Azərbaycan bu gün müasirləşən, sürətlə inkişaf edən, ictimai-siyasi sabitliyin mövcud olduğu bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, beynəlxalq aləmin Azərbaycana diqqəti kifayət qədər artıb. Ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə və Azərbaycanın inkişafı olduqca yüksək qiymətləndirilməkdədir.
Yeri gəlmişkən, bəhs olunan sorğu çərçivəsində geosiyasi məsələlərlə bağlı respondentlərin 81,7 faizi qeyd edib ki, Azərbaycan regionda sabitlik adasıdır, bir çox ölkələr bu regionda qeyri-sabit durumdadır. Respondentlərin 71 faizi Avropada baş verən hadisələri nəzərə alaraq ölkənin indiki rəhbərliyinin Azərbaycanda immiqrasiya böhranının yayılmasının qarşısını almağa hazır və iqtidarı olduğunu vurğulayıb.
Azərbaycanda həyata keçirilən milli inkişaf siyasətinin alternativi yoxdur
Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı iqtidarın siyasi kursunun alternativsiz olduğunu bildirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində bu reallığı ifadə edirlər. Bəhs olunan sorğuda da bu məqamlar yer alıb. Məlumata görə, seçicilərin 74,4 faizi öz seçimini müəyyən edərək Yeni Azərbaycan Partiyasının namizədlərini üstün tuturlar. Sorğu iştirakçılarına onların Prezident İlham Əliyevin indiki işini necə dəyərləndirdikləri barədə də sual verilib. Respondentlərin 82,1 faizi “yaxşı” və “əla” cavablarını veriblər.
Beləliklə, Amerikanın nüfuzlu “Arthur J.Finkelstein & Associates” ictimai rəyin öyrənilməsi beynəlxalq mərkəzinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğu ölkəmizdə vətəndaşların iqtidara mütləq inam və etimad bəslədiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09

