Azərbaycanın Baş nazirinin müavini Tbilisidə keçirilən İpək Yolu Forumunda iştirak edir
16.10.2015 [10:52]
Oktyabrın 15-də Tbilisidə İpək Yolu Beynəlxalq Forumu işə başlayıb.
Forumda Azərbaycanın Baş nazirinin müavini Abid Şərifovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edir.
Gürcüstan hökumətinin təşəbbüsü, Çin hökuməti və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə keçirilən tədbirdə 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının yüksək vəzifəli şəxsləri də daxil olmaqla 1000-ə yaxın qonaq iştirak edir.
Tbilisidəki Ş.Rustaveli adına Akademik Teatrda reallaşan açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, İpək Yolunun bərpasının təkcə Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropa ilə Asiyanın inkişafında mühüm rol oynayacağını bildirib.
Baş nazirin müavini Abid Şərifov tədbirdə çıxış edərək deyib ki, İpək Yolunun bərpası ilə əlaqədar ilk beynəlxalq forum 1998-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilib. Bu tədbir hər bir ölkədə sülhün təmin olunmasında, əməkdaşlığın inkişafında tarixi rol oynayıb. Həmin tədbirdə bir sıra mühüm sənədlər, o cümlədən Bakı Bəyannaməsi imzalanıb və bu sənədlər İpək Yolunun bərpası istiqamətində möhkəm hüquqi baza yaradıb. Azərbaycan öz coğrafi vəziyyətinə görə beynəlxalq nəqliyyat sistemində mərkəzi mövqedədir. Nəqliyyat daşınmalarının genişlənməsi, Avropa-Qafqaz-Asiya dəhlizinə diqqətin artırılması üçün mühüm layihələr reallaşdırıb.
Bildirilib ki, bu gün Prezident İlham Əliyev ölkənin nəqliyyat sektorunun inkişafına böyük diqqət göstərir. Azərbaycanda qəbul olunmuş Dövlət proqramı çərçivəsində son 10 ildə nəqliyyat kompleksinin inkişafına 15 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Ötən illər ərzində Avropa-Qafqaz-Asiya dəhlizi vasitəsilə yük daşınması əhəmiyyətli dərəcədə artıb. 1995-ci ildə regional seqmentdə yük daşınması 335,0 min ton olduğu halda, son 10 ildə bu rəqəm 10-12 milyon tona çatıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Gürcüstan və Türkiyə rəhbərliyinin dəstəyi ilə çox mühüm bir layihənin - Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi həyata keçirilir. Bu layihə tam reallaşdıqdan sonra Asiyadan Avropaya yük daşınması sahəsində məsafə əsaslı dərəcədə azalacaq.
Sonra Abid Şərifov Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Forumda digər ölkələrin rəsmi şəxsləri və nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri də çıxış ediblər.
Tədbir işini panel iclaslarla davam etdirib.
Oktyabrın 16-da davam edəcək Forum çərçivəsində keçiriləcək panel iclaslarda “Ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsində İpək Yolunun yeni imkanları”, “Nəqliyyat və infrastruktur: ölkələr arasındakı ticarət dövriyyəsinə dair yeni tələblər”, “İpək Yolu boyunca ticarət dövriyyəsini gücləndirmək məqsədilə mövcud problemlərin həllində birgə əməkdaşlıq”, “İpək Yolu və energetika: kəmərlər və sərhədsiz elektrik enerjisinin ticarəti” və “Gürcüstanın investisiya imkanları” mövzularında diskussiyalar aparılacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

