/ / YAP Qadınlar Şurasının “Seçkilərdə qadın namizədlərə dəstək olaq” mövzusunda növbəti tədbiri keçirilib
YAP Qadınlar Şurasının “Seçkilərdə qadın namizədlərə dəstək olaq” mövzusunda növbəti tədbiri keçirilib
17.10.2015 [13:41]
Nurlana Əliyeva: Parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifə kimi yazılacaq
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında partiyanın Qadınlar Şurasının “Seçkilərdə qadın namizədlərə dəstək olaq” mövzusunda növbəti tədbiri keçirilib. Tədbirdə YAP-ın Səbail, Nəsimi, Nizami və Binəqədi rayon təşkilatlarının fəal qadınları iştirak ediblər.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva çıxış edərək bildirib ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının hər bir üzvü seçkilərin bütün mərhələlərində xüsusi fəallığı ilə seçilir, görülən işlərə öz töhfəsini verməyə çalışır. Onun sözlərinə görə, partiyada təmsilçilik faizi yüksək olan qadınların seçki hazırlığı, prosesə böyük töhfələr vermək istəyi diqqətdən yayınmır. “Bugünkü tədbir qadınların seçkilərdə fəal iştirak etmək istəyinin göstəricisidir. Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizin malik olduğu imkanlar hər bir sahədə uğurlu addımların atılmasına əsas yaradır. Parlament seçkilərinə hazırlıq prosesi bir daha ölkəmizin demokratiya təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır və bu inam ifadə edilir ki, 1 noyabr parlament seçkiləri Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifə kimi yazılacaq”, - deyə YAP Qadınlar Şurasının sədri bildirib.
N.Əliyeva qeyd edib ki, partiya tərəfindən irəli sürülən namizədlər sırasında əvvəlki seçkilərlə müqayisədə qadınlar daha çox təmsil olunurlar: “2010-cu ildə keçirilən parlament seçkilərində qadın namizədlərin sayı 19 nəfər idisə, bu gün həmin rəqəm 30-a yaxındır. Hazırda parlamentdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınlarımızı çox ruhlandırır. Mehriban xanım Əliyeva qanunvericilik fəaliyyəti ilə yanaşı, müxtəlif ölkələrdə keçirdiyi möhtəşəm tədbirləri ilə Azərbaycan qadınlarının nəyə qadir olduğunu nümayiş etdirir. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə xeyriyyəçilik bir hərəkata çevrilib. Onun ən nüfuzlu beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla rəhbərliyi Azərbaycan qadınına qürur gətirir”.
Tədbirdə çıxış edən YAP-ın 21 saylı Nəsimi birinci Seçki Dairəsi üzrə deputatlığa namizədi, partiyanın Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib ki, namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi seçki qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var: “Bu təcrübəyə əsasən deyə bilərik ki, bu gün Azərbaycan vətəndaşlarının siyasi aktivliyi, seçkilərə siyasi baxışı xeyli yüksəlib. Seçkilərin şəffaf, ədalətli keçirilməsi isə müstəqil dövlətimizin sarsılmaz iradəsinin göstəricisidir. Sevindirici haldır ki, qadınlarımız ictimai-siyasi proseslərdə fəaldır. Xüsusilə partiyamızı təmsil edən qadınların fəallığı yüksək qiymətə layiqdir”.
YAP-ın 25 saylı Nizami ikinci Seçki Dairəsi üzrə deputatlığa namizədi, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxışında ölkəmizdə uğurlu qadın siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, partiyamızda cəmiyyətdə tanınmış, nüfuzlu, ziyalı qadınlar təmsil olunurlar. S.Vəliyevanın sözlərinə görə, seçici olaraq da qadınların üstünlüyü yüksəkdir: “İnanırıq ki, qadınlarımız bu potensialdan yüksək səviyyədə istifadə edəcək və noyabrın 1-də partiyamızın namizədlərinə səs verəcəklər”.
Tədbirdə, həmçinin YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının üzvü Məlihə Əsədova və YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının üzvü Sabirə Haqverdiyeva çıxış edərək qadınların seçkilərdə fəallığı ilə bağlı fikirlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

