/ / Beynəlxalq konfrans iştirakçılarına Azərbaycanda məhkəmə sistemində qazanılan nailiyyətlər barədə məlumat verilib
Beynəlxalq konfrans iştirakçılarına Azərbaycanda məhkəmə sistemində qazanılan nailiyyətlər barədə məlumat verilib
20.10.2015 [10:25]
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin beynəlxalq konfransında iştirak edib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda məhkəmələrin üzləşdiyi mövcud problemlərin həlli və ümumi maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Avropanın bir çox ölkələrinin məhkəmə sədrlərinin və rəhbərlərinin iştirak etdikləri tədbirdə məhkəmə sistemində aparılan islahatlar, məhkəmə prosesində gecikmələr, məhkəmələrin səmərəliliyinin artırılması, məhkəmə araşdırması və sübutların müdafiəsində məhkəmə aktlarının səmərəliliyi, mübahisələrin alternativ yolla həlli, məhkəmələr və ictimaiyyət - KİV-lə əlaqələr, məhkəmələrin institusional və hakimin fərdi səviyyədə müstəqilliyi ilə bağlı ən yaxşı təcrübəyə aid təqdimatlar edilib. Qeyd olunub ki, bir sıra Mərkəzi və Şərqi Avropa dövlətlərində konstitusion demokratiya əldə edildikdən sonra, həmin dövlətlərin məhkəmə sistemlərində islahatlar aparılıb. Həmin islahatların nəticəsində məhkəmələrin fəaliyyətində mövcud pozitiv dəyişikliklər müzakirə edilib, bəzi mənfi halların baş vermə səbəbləri araşdırılıb.
Konfransın ilk iclasında Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək iştirakçılara Azərbaycan Respublikasının məhkəmə sistemində son illərdə həyata keçirilən islahatlara və bununla bağlı nailiyyətlərə dair geniş məlumat verib.
Məhkəmə araşdırılması müddətinin azaldılması ilə yanaşı, ədalətliliyin və səmərəliliyin təmin edilməsi, ekspertlərin rolu, şikayətlərin həcminin enməsi məqsədilə islahatların aparılmasının mümkünlüyü geniş müzakirə edilib, vahid məhkəmə təcrübəsinin yaradılmasında Ali Məhkəmənin rolu və işinin təkmilləşdirilməsi məsələlərinə diqqət yetirilib.
Tədbir iştirakçıları məhkəmə araşdırmasında və əldə olunmuş sübutların müdafiəsində məhkəmə qərarlarının faydası barədə müzakirə edərək, təcrübələri barədə və ölkələrində hakimlərin icraatda olan işlərin nəzarət etmə səlahiyyətləri, şahidlərin çağırılması və sübutların təqdim olunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, işə cəlb edilmiş tərəflərin, şahidlərin, ekspertlərin və digər proses iştirakçılarının məhkəmə iclaslarına gəlməmələri nəticəsində işlərə baxılmasının təxirə salınmasının mümkün həlli müzakirə edilib.
Konfrans iştirakçıları məhkəmələrin iş yükünün azaldılması və məhkəmə mübahisələrinin alternativ yollarla həlli kimi, mediasiya institutunun fəaliyyəti mövzusunda fikir mübadiləsi apararaq, həmin işlərdə mediatorların rolunu müzakirə ediblər.
Tədbirə xüsusi qonaq qismində qatılan Çin Ali Xalq Məhkəməsinin sədr müavini mediasiya institutu ilə bağlı geniş məlumat verib.
Konfransda məhkəmə sədrlərinin mətbuat katibləri vasitəsilə ictimaiyyətlə ünsiyyətin artırılması, KİV-lə əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsinə yer ayrılıb. Məhkəmələrdə elektron məhkəmə sisteminin yaradılması və mövcud problemlər müzakirə edilib. Qeyd olunub ki, ictimai dəstək və məhkəmə hakimiyyətinə inam, bu sistemin normal fəaliyyətinin tərkib hissəsidir.
Natiqlər, həmçinin məhkəmə hakimiyyətinin və hakimlərin fərdi səviyyədə müstəqil olmalarının önəmliyindən söhbət açaraq, qarşılaşdıqları problemlərin həllində institusional müstəqilliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Konfransın sonunda iştirakçılar tərəfindən “Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsiplərinə dair” Bəyannamə qəbul edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09

