Mərkəzi Seçki Komissiyasında veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
22.10.2015 [10:52]
2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir.
Oktyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirib, veb-kameralarla bağlı son hazırlıq işləri ilə tanış olublar. Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a məlumat verilib.
Tədbirdə MSK sədri ölkəmizin mühüm ictimai-siyasi hadisə ərəfəsində olduğunu bildirərək qeyd edib ki, seçkilərin hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Azərbaycan aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar baxımından dünyanın bir çox ölkələrinə nümunədir. Ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il Milli Məclisə keçiriləcək seçkilərdə də davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20 faiz) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün proses daim diqqət mərkəzində saxlanılır. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar. MSK sədri Məzahir Pənahov veb-kameralardan istifadə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığa görə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkürünü bildirib.
Nazir Əli Abbasov Azərbaycanın seçkilərdə veb-kameralardan istifadə sahəsində uzunmüddətli təcrübəyə malik olduğunu vurğulayaraq bildirib ki, ölkəmizdə keçirilən seçkilərdə rabitə və informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması seçki sisteminin təkmilləşdirilməsinə, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulmasına, eləcə də seçki prosesində aşkarlığın və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasına xidmət göstərir. Əvvəlki illərdə keçirilmiş seçkilərdə olduğu kimi, bu il Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bütün seçki məntəqələri tam telefonlaşdırılıb və dayanıqlı rabitə əlaqəsi ilə təmin edilib. Veb-kameralardan istifadə prosesində informasiya təhlükəsizliyinin qorunması əsas məqsədlərdən biridir və kibertəhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan rabitəsi böyük təcrübə qazanıb. Seçkilər zamanı müdaxilə hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlər gücləndirilib, üçqat ehtiyatlılıq sistemi qurulub, eyni zamanda, bu istiqamətdə xarici tərəfdaşlarımızla yaxından əməkdaşlıq edilir ki, bu da ehtiyac yarandığı təqdirdə həmin partnyorlara avtomatik müraciət imkanlarını mümkün edəcək və bu istiqamətdə kömək göstərilməsinə şərait yaradacaq. Seçkilər dövründə teleradio yayımının yüksək səviyyədə təşkili və etibarlılığının təmin olunması məqsədilə ilk telekommunikasiya peykimiz olan “Azerspace-1”-in yaratdığı bütün imkanlardan istifadə olunacaq.
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərin müasir telekommunikasiya xidmətləri ilə təminatı istiqamətində görülmüş işlərlə bağlı geniş təqdimatla çıxış edib.
Mərkəzi Seçki Komissiyası və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən birgə təşkil edilmiş tədbir çərçivəsində, həmçinin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun kütləvi informasiya vasitələrinin nümayəndələri üçün birgə brifinqi keçirilib və media mənsubları tərəfindən ünvanlanmış suallar cavablandırılıb.
Qeyd edək ki, veb-kameralarla bağlı texniki hazırlıq işləri tamamilə yekunlaşmaq üzrədir. Veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısı MSK-nın qərarı ilə təsdiq olunduqdan sonra mətbuatda dərc olunacaq, eləcə də Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

