/ / Politoloq Fikrət Sadıqov: “Müsavat”ın seçkidən imtina etməsi seçkiqabağı təşviqat mitinqinin tam iflasa uğraması ilə bağlıdır
Politoloq Fikrət Sadıqov: “Müsavat”ın seçkidən imtina etməsi seçkiqabağı təşviqat mitinqinin tam iflasa uğraması ilə bağlıdır
30.10.2015 [10:28]
Müsavat Partiyasının Milli Məclisə seçkilərdən imtina etmək və üzvlərinin öz namizədliklərini geri götürmələri barədə qərarı, həmçinin hazırkı seçkiləri təxirə salaraq onun 4 aydan sonra keçirilməsi barədə təklifi Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tamamilə ziddir. Bu sözləri “Seçki-2015.az” saytına açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Seçki Məcəlləsinin 73-1-ci maddəsinin (Namizədin namizədlik statusundan imtina etməsi) 73-1.2 bəndinə əsasən, qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır. Həmçinin Məcəllənin 73-1.3. bəndinə görə, qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.
Politoloq bildirib: “Məcəllənin 154-cü maddəsinin (Siyasi partiyanın, siyasi partiyalar blokunun Milli Məclisə seçkilərdə iştirakdan imtina etməsi) 154.1 bəndində qeyd edilir ki, siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədi, qeydə alınmış namizədi geri çağırmaq hüququna malikdir. 154.2-ci maddədə qeyd edilir ki, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiya səsvermə gününə azı 10 gün qalmış istənilən vaxt Mərkəzi Seçki Komissiyasına ərizə verməklə müvafiq siyasi partiyanın səlahiyyətli orqanının qərarı ilə bu siyasi partiyalar blokunun tərkibində seçkilərdə iştirak etməkdən imtina edə bilər.
Müsavat Partiyası yalnız oktyabrın 28-də, yəni seçki gününə cəmi 4 gün qalmış seçki prosesində iştirakını dayandırmaq və namizədlərini geri çağırmaq barədə qərarlar qəbul edib. Üstəlik, namizədin geri çağırılmasına dair qanunda nəzərdə tutulan heç bir məcburedici əsas olmayıb”.
Qeyd edilib ki, bundan başqa, Seçki Məcəlləsinin 145-ci maddəsinə (Milli Məclisə seçkilərin təyin edilməsi) əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir. Konstitusiyanın 84-cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Həmin maddənin 1-ci bəndində bildirilir ki, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
Fikrət Sadıqov deyib: “Göründüyü kimi, Milli Məclisə seçkilərin vaxtı yalnız müharibə şəraitində hərbi əməliyyatlar aparıldığı təqdirdə dəyişdirilə bilər. Beləliklə, Müsavat Partiyasının addımları və təklifləri Azərbaycan Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə tamamilə ziddir”.
Politoloq bildirib ki, “Müsavat” parlament seçkilərində iştirakdan imtina etməklə sadəcə özünü ciddi iflasdan sığortalamağa çalışdı. Birincisi, seçkiyə 4 gün qalmış seçkilərdən imtina qanuna ziddir. İkincisi, Azərbaycanda guya seçki mühitinin demokratik standartlara uyğun gəlmədiyi barədə irəli sürülən iddiaları da ciddi qəbul etmək olmaz. Çünki bu günə kimi seçki prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Seçki prosesini müşahidə edən beynəlxalq müşahidəçilərin rəyləri, ayrı-ayrı qurumların aralıq hesabatları da şəffaf seçki mühitinin mövcud olduğunu təsdiq edir. Mənim fikrimcə, “Müsavat”ın məlum qərarını şərtləndirən başlıca səbəb oktyabrın 25-də keçirilmiş seçkiqabağı təşviqat mitinqinin tam iflasa uğraması oldu. Bildiyiniz kimi, “ana müxalifət” statusuna iddialı olan bu partiya mitinqə cəmi 500-ə yaxın adam çıxara bildi və bununla da özünü çox gülünc vəziyyətə saldı. Onu da qeyd edim ki, aksiyaya insanların cəlb edilməsi prosesinə hakimiyyət tərəfindən heç bir maneçilik törədilmədi. Bu hal “Müsavat”ın cəmiyyətdə heç bir nüfuzunun, elektoratının olmadığını göstərdi. Mövcud vəziyyətdə “Müsavat”ı təmsil edən namizədlərin səsvermədə hər hansı uğur qazanması nonsens olardı. Düşünürəm ki, “Müsavat heç bir real əsası olmayan bəhanələrlə daha böyük biabırçılıqdan sığortalanmaq üçün məlum addımı atmağa məcbur oldu”.
“Seçkilər” Media Mərkəzi
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

