Dmitri Savelyev: Azərbaycan xalqı hazırkı hakimiyyəti tam dəstəkləyir
30.10.2015 [10:31]
Rusiya Federasiyası Dövlət Duması komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Seçki-2015.az saytına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycandakı seçkiöncəsi vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycandakı seçkiöncəsi vəziyyəti çox yaxından izləyirəm, ölkədə keçirilən çoxsaylı statistik sorğuların nəticələrindən xəbərim var. Deyə bilərəm ki, xalq hazırkı hakimiyyəti tam dəstəkləyir. Ümumiyyətlə, Azərbaycanın hazırkı siyasi kursu uzaq perspektivlərə köklənməsi, uzaqgörənliyi və balanslılığı ilə daim bölgədə fərqlənir. Seçkiöncəsi proseslər də onu göstərir ki, bu siyasətə alternativ yoxdur və müxalifətin real güc ortaya qoyacağı sadəcə absurddur. Müxalifətdə adamlar var ki, Qərbdən aldıqları pullar hesabına Azərbaycan xalqını “demokratik dəyərlərin müdafiəsi” adı altında çaşdırmağa cəhd edirlər. Son məlumata görə, Avropa İttifaqı Azərbaycana “KİV-in azadlığının genişləndirilməsi” üçün 5 milyon avro ayırıb. Nəzərə alsaq ki, Avropa yalnız Azərbaycan dövlətinin əleyhinə yazan KİV-ləri müstəqil hesab edir, o zaman bu pulların hara xərclənəcəyi indidən məlumdur.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkini izləməkdən imtina edib. Sizcə bu, prosesin legitimliyini şübhə altına ala bilərmi?
- Adı çəkilən qurumun Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina etməsi açığı mənə çox müəmmalı görünür. Necə ola bilər ki, seçki keçirilmədən əvvəl ona etimadsızlıq ifadə edəsən? Nəzərə almaq lazımdır ki, bunun arxasında da müvafiq məqsədlər dayanır - məsələn, Azərbaycanı dünya arenasında nüfuzdan salmaq və ölkəyə birbaşa siyasi təzyiq göstərmək istəyi. Amma əvvəlcədən deyim ki, bu cür istəklər elə bəri başdan iflasa uğrayıb, çünki Azərbaycana Rusiyadan, İsraildən, Türkiyədən, eləcə bəzi Avropa ölkələrindən çoxsaylı müşahidəçilər gələcək. Onlar da seçki haqda öz fikirlərini təbii ki, deyəcəklər. Onların fikirləri isə legitimlik üçün tam yetərli olacaq.
- Hər dəfə Azərbaycanda seçkilər və ya digər əhəmiyyətli tədbirlər keçiriləndə ölkəyə kənardan təzyiqlər artır. Bunların qarşısını necə almaq olar?
- Şəxsən bizim üçün də burada yeni heç nə yoxdur, Rusiyada da eyni mənzərə müşahidə etmək olar. Görünür Azərbaycan da Rusiya kimi özünün müstəqil siyasəti ilə çoxdan Qərbin bəzi dairələrinin diqqətini çəkib. Rəsmi Bakı daxili və xarici siyasi kursuna hər hansısa müdaxiləyə indiyə kimi yol verməyib. Amma Qərbin buna reaksiyası adekvat deyil. Rəsmi Moskva Prezident İlham Əliyevə Azərbaycanın dinamik inkişafını tam təmin etməyi bacaran dövlət başçısı kimi çox böyük hörmət bəsləyir. Qərbin mövqeyi isə belədir: əsassız ittihamlar, daxili işlərə kobud müdaxilə, hətta hərdən birbaşa hədələmə. Noyabrın 1-də Azərbaycan xalqının Qərbin bu cür ədavət və qərəzinə cavab vermək imkanı olacaq. Mən inanıram ki, Azərbaycan seçiciləri hazırkı hakim partiyanın namizədlərini dəstəkləməklə onlara tutarlı cavab verəcəklər. Avropa və Amerikanın bu cür çirkin təzyiqləri, ikili standartları qarşısında Azərbaycan tək deyil, Rusiya bütün müstəvilərdə Azərbaycanı dəstəkləyir. Bunu mən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi deyirəm.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

