“Parlament-2015” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını açıqlayıb
30.10.2015 [10:32]
“Parlament-2015” Seçki Monitorinq Koalisiyası 2015-ci il noyabrın 1-nə təyin olunmuş seçkilərin monitorinqinə dair aralıq hesabatını açıqlayıb. Seçki-2015.az-ın xəbərinə görə, “Seçkilər” Media Mərkəzində keçirilən mətbuat konfransında koalisiya rəhbəri Rufiz Qonaqov bildirib ki, monitorinq Prezident İlham Əliyevin 28 avqust 2015-ci il tarixli Sərəncamına uyğun olaraq 5 QHT-nin iştirakı ilə aparılıb. “Monitorinqin həyata keçirilməsi üçün 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinin ərazisinə ezam edilib. Həmçinin paralel olaraq, KİV və elektron informasiya resurslarında monitorinqin predmetinə daxil olan məsələlərə dair yer alan materiallar izlənilib, yayılan informasiyalar müşahidəçilərin verdiyi məlumatlarla müqayisəli təhlil edilib. Monitorinq çərçivəsində rəy sorğularından da istifadə edilib. Təsadüfi seçmə üsulu ilə hər bir seçki dairəsi üzrə 200 nəfər olmaqla, cəmi 23 600 nəfər respondent arasında sorğu keçirilib. Bundan başqa, monitorinqə cəlb edilmiş ekspert və könüllülülər əhali ilə fərdi söhbətlər aparıb. Müsahibələr hər dairə üzrə 50 nəfər olmaqla cəmi 5900 nəfəri əhatə edib”.
Namizədlərin irəli sürülməsi və qeydiyyatı məsələsinə gəlincə, monitorinqin nəticələrinə görə, bu sahədə hər hansı qanun pozuntusu qeydə alınmayıb. Monitorinq göstərir ki, MSK tərəfindən müşahidəçilər, xarici və yerli KİV-lərin nümayəndələri üçün seçki prosesini əvvəldən axıradək sərbəst müşahidə etmək üçün əlverişli şərait yaradılıb. Seçkiləri izləmək üçün hesabat hazırlanan vaxtadək 63 minədək müşahidəçi MSK-da və Dairə Seçki komissiyalarında qeydiyyatdan keçib. Bundan əlavə, seçkiləri izləmək üçün 40 beynəlxalq təşkilatdan 494 müşahidəçi MSK-da qeydə alınıb.
Milli Məclisə seçkilərdə “exit-poll” keçirmək üçün “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi, “Opinion Way” Sosiloloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birlikdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, “AJF&Associates İnc” təşkilatı (ABŞ) ilə birgə Vətəndaşlarının Müdafiə Liqası MSK-da qeydiyyatdan keçib.
Seçkilərdə 125 mandat uğrunda 767 namizəd mübarizə aparır. 16 siyasi partiya və 1 seçki blokunun namizədləri seçki kampaniyasında iştirak edir. Hər deputat yeri uğrunda 6 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan və seçki yarışmasında iştirak edənlərdən 170 nəfərdən çoxu qadınlardır.
Koalisiya hesab edir ki, ayrı-ayrı namizədlərin və seçkiyə qatılan siyasi partiya və blokların nümayəndələri də nəzərə alınarsa, seçkilərin müşahidəsinin və ictimai nəzarətin yetərincə təmin olunduğunu söyləmək olar. Keçirilən rəy sorğuları zamanı respondentlərin əksəriyyəti, seçki prosesinin ümumilikdə demokratik mühitdə cərəyan etdiyini bildirib.
“Seçkilər” Media Mərkəzi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

