PARLAMENT SEÇKİLƏRİNİN ƏDALƏTLİ VƏ ŞƏFFAF KEÇİRİLMƏSİ ÜÇÜN HƏRTƏRƏFLİ ŞƏRAİT YARADILIB
30.10.2015 [10:39]
“Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün şərait var”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərin monitorinqinə dair hazırladığı aralıq hesabatını təqdim edib. “Seçki-2015.az”-ın məlumatına görə, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, hesabat sentyabrın 1-dən oktyabrın 26-dək olan dövrü əhatə edir. M.Zülfüqarlı sözlərinə görə, monitorinqin nəticələri göstərir ki, Azərbaycanda tam ictimai-siyasi sabitlik mövcuddur: “Bu da onu deməyə imkan verir ki, Azərbaycanda ədalətli seçkilərin keçirilməsi üçün şərait var”.
O deyib ki, sərbəst toplaşma azadlığı Azərbaycan qanunvericiliyi çərçivəsində tam təmin edilib və bununla bağlı hər hansı bir nöqsan yoxdur: “Həm seçkiqabağı təşviqat dövründə, həm də digər dövrlərdə sərbəst toplaşma azadlığı təmin edilir”.
Qeyd olunub ki, bu il Mərkəzi Seçki Komissiyası təqvim planına uyğun olaraq bütün tədbirləri vaxtında yerinə yetirib və daha məhsuldar işləyib. Namizədlərin sənədlərinin yoxlanması və qeydə alınması prosesi də operativ şəkildə həyata keçirilib.
Fransanın “Opinion Way” şirkəti exit-poll keçirəcək
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi və seçki prosesində beynəlxalq təcrübəyə malik olan “Opinion Way” Yenilikçi Araşdırma Şirkətinin “Seçkilər” Media Mərkəzində birgə mətbuat konfransı keçirilib. “Seçki-2015.az” saytının xəbərinə görə, cəmiyyətin seçki prosesinə cəlb edilməsi və noyabrın 1-də keçiriləcək parlament seçkilərində aparılacaq “exit-poll” tədqiqatları barədə məlumat verən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Elçin Salmanov bildirib ki, noyabrın 1-də hər 2 təşkilat 118 dairə üzrə 210 məntəqədə “exit-poll” tədqiqatı aparacaq. Prosesə 800-ə yaxın əməkdaş cəlb olunacaq.
“Opinion Way” Yenilikçi Araşdırma Şirkətinin əməkdaşı Bruno Jeanbart isə bildirib ki, təmsil etdiyi təşkilat bir çox ölkələr üzrə 15 ildən çox seçki təcrübəsinə malikdir. “Azərbaycanda “exit-poll” tədqiqatı aparmaq üçün bütün hazırlıqlar başa çatıb. Hər seçki məntəqəsində 2 müsahibəçi olacaq. “Exit-poll”da təxminən 10 minə yaxın seçicinin iştirak edəcəyini gözləyirik”.
Bruno Jeanbart deyib ki, seçki günü 2 saatdan bir məlumatlar açıqlanacaq. Yekun nəticələr isə seçki başa çatdıqdan 1 saat sonra məlum olacaq.
Jo Anne Barnhart: Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə aparılıb
“Azərbaycanda parlament seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir”. Bu fikirləri “Artur Finkelşteyn və Assosiasiya”nın (“Arthur Finkelstein & Associates”) əməliyyatlar üzrə direktoru Jo An Barnhart “Seçki-2015.az” saytına açıqlamasında deyib. O bildirib ki, təmsil etdiyi qurum “exit-poll” keçirmək üçün ABŞ-dan 25 mütəxəssis dəvət edilib.
“Əməkdaşlarımız arasında professorlar, müəllim və tələbələr də var. Biz 2013-cü ildə keçirilən prezident seçkilərində də burada işləmişik. O zaman da şəffaf seçkilərin keçirilməsinin şahidi olduq. Burada yenidən olmaqdan çox məmnunam. Deyə bilərəm ki, Azərbaycan çox yaxşı seçki keçirmək təcrübəsinə malikdir. Şəffaf mühit seçkinin ədalətli keçirilməsinə zəmin yaradır”, - deyə Barnhart qeyd edib. Qərbin seçkilərlə bağlı Azərbaycana təzyiq cəhdlərinə gəlincə, ABŞ-lı mütəxəssis burada hər hansı çatışmazlıq və nöqsanla rastlaşmadığını bildirib.
ABŞ mütəxəssisləri 1053 məntəqədə “exit-poll” keçirəcəklər
ABŞ mütəxəssisləri 1053 məntəqədə “exit-poll” keçirəcəklər. “Seçki-2015.az” saytının məlumatına görə, bu fikirlər ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” (“Arthur Finkelstein & Associates”) şirkəti və Azərbaycanın “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın oktyabrın 29-da “Seçkilər” Media Mərkəzində birgə keçirdikləri mətbuat konfransında səslənib.
Konfransda çıxış edən “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycanın mühüm siyasi tədbir ərəfəsində olduğunu bildirib. O vurğulayıb ki, bu günə qədər əhalini maarifləndirmək məqsədi ilə paytaxt Bakıda, eləcə də Lənkəran, Quba və Gəncədə təlimlər keçirilib. Hər iki təşkilat seçkilərdə “exit-poll” keçirmək üçün tam hazırdır.
“Artur Finkelşteyn və Assosiasiya”nın əməliyyatlar üzrə direktoru Jo Anne Barnhart isə Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkilərində də fəaliyyət göstərdiyini qeyd edib. Bakıya gəlməkdən məmnunluğunu bildirən xanım Barnhart seçkilərdə “exit-poll”un 118 dairə üzrə 1053 məntəqədə keçiriləcəyini diqqətə çatdırıb. Ümumilikdə isə prosesə 2 mindən çox işçi cəlb olunacaq.
Mətbuat konfransında o da bildirilib ki, seçki günü hər 3 saatdan bir ictimaiyyətə məlumat veriləcək. Yekun nəticələr isə seçki başa çatdıqdan 2 saat sonra açıqlanacaq.
Rusiyanın “NTV” kanalı: Seçkilərə hazırlıq beynəlxalq standartlara uyğun səviyyədə aparılır
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı Rusiyanın “NTV” kanalı reportaj hazırlayıb. Reportajda seçkilərə hazırlıq prosesinin beynəlxalq standartlara uyğun səviyyədə aparıldığı qeyd olunur. “Seçki-2015.az” saytının xəbərinə görə, reportajda bildirilir ki, 125 mandat uğrunda 800-ə yaxın namizədin mübarizə aparması həm də böyük rəqabət mühitinin yaranmasından xəbər verir. “Seçkilərdə barmaq izlərinin yoxlanması şəffaflığın təmin edilməsinə xidmət edir. Digər tərəfdən, səsvermə prosesi çoxlu sayda ölkədən olan müşahidəçilər tərəfindən izlənəcək”, - deyə reportajda vurğulanır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda son 10 ildə iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist Svitoslav Qordin xüsusilə qeyri-neft sektorunda müşahidə olunan inkişafa diqqət çəkir.
“Seçkilər həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq”
“Azərbaycan və Türkiyənin parlament seçkilərini eyni gündə keçirməsi fərqli təsadüfdür”. “Seçki-2015.az” saytının xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşqun deyib.
Onun sözlərinə görə, Türkiyədəki seçkilərlə bağlı xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsverməsi artıq başa çatıb: “Oktyabrın 25-də biz də Bakıda səsvermə keçirdik. Noyabrın 1-də hər iki ölkədə seçkilər baş tutacaq. Mənim tək arzum seçkilərin sülh və əmin-amanlıq şəraitində keçməsi, vətəndaşın öz iradəsini rahat şəkildə ortaya qoymasıdır. Bütün hallarda nəticə həm Azərbaycan, həm də Türkiyə üçün xeyirli olacaq. Parlament seçkilərinin nəticəsini əvvəlcədən demək mümkün olmasa da, onu qəti demək mümkündür ki, nəticə nə olursa-olsun, Türkiyə-Azərbaycan qardaşlığı daimidir”.
Onur Öymen: Azərbaycana qarşı irəli sürülən əsassız iddialar bəzi qüvvələrin məqsədinə xidmət edir
“Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir”. Bunu “Secki-2015.az” saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen deyib.
Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu qeyd edən O.Öymen bildirib: “Bu inkişaf sosial sferaya təsir etdiyi kimi, siyasi sahəyə də müsbət təsir göstərir. Bu baxımdan, seçkilərin gözəl bir nümunə olacağını hesab edirəm”.
O.Öymən bir sıra Qərb strukturlarının seçkiöncəsi Azərbaycana təzyiqlərindən də danışaraq deyib: “Bu gün Avropada insan haqları və demokratiya kimi dəyərləri siyasi məqsəd üçün alətə çevirənlər mövcuddur. Təəssüf ki, onlara dəstək böyükdür. Çünki bu təşkilatlardan bəzi qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Demokratiya və insan haqları da onlar üçün, sadəcə, məqsədə çatmaq üçün təzyiq vasitəsidir. Bu təzyiq vasitəsindən Türkiyəyə və Azərbaycana qarşı da istifadə edirlər. Hesab edirəm ki, seçki öncəsi insan haqları və demokratiya adı altında Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və təzyiqlər bəzi qüvvələrin siyasi məqsədinə xidmət edir”.
Uğurlu gənclər siyasəti seçki prosesində də özünü göstərir
“On milyona yaxın əhalisi olan Azərbaycanda parlament seçkilərinə yüksək maraq var. Bu həm də müxtəlifliyin və azad ab-havanın göstəricisidir. Deputatlığa namizədlər onlar üçün ayrılmış yerlərdə azad şəkildə öz seçiciləri ilə görüşür, platformalarını onlara çatdırır, təbliğat-təşviqatlarını qururlar. Namizədlərin hər birinə öz fikirlərini ifadə edə bilmələri üçün kifayət qədər şərait yaradılıb. Bütün bunlar seçkiöncəsi təbliğat-təşviqat kampaniyasının şəffaf, bərabərhüquqlu səviyyədə aparılmasının göstəricisidir”. Bu barədə “Secki-2015.az” saytına açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf bildirib.
O, Azərbaycanda sosial şəbəkələr üzərindən də seçki kampaniyasının yüksək səviyyədə aparıldığını söyləyib. Onun sözlərinə görə, namizədlər arasında gənclərin, demək olar ki, hamısı sosial şəbəkələrdə aktivlik nümayiş etdirirlər: “Onlar öz platformalarını aydın şəkildə bölüşərək, seçicilərinə verdikləri dəyəri nümayiş etdirirlər. Azərbaycanda azad internetin 2015-ci il parlament seçkiləri prosesinə verdiyi töhfə əyani olaraq göz qarşısındadır”.
AGAT sədri V çağırış Milli Məclisə seçkilərdə həm hakim Yeni Azərbaycan Partiyası və digər siyasi təşkilatlar tərəfindən, həm də özləri tərəfindən müstəqil şəkildə namizədliyi irəli sürülən çoxsaylı gənclərin olmasına da diqqət çəkib.
N.Xələf deyib ki, budəfəki parlament seçkilərində namizədliyi irəli sürülən gənclərin sayı daha çoxdur: “Azərbaycanda aparılan uğurlu gənclər siyasəti parlament seçkiləri prosesində də özünü göstərir. Gənclərin öz namizədliklərini irəli sürməsi, bu əzmi özündə tapması müsbət göstəricidir. Demək ki, Azərbaycanda gənclərə açıq meydan verilib. Bu, çox təqdirəlayiq haldır ki, gənclər özlərinə inanır, yaradılan şəraitdən müsbət mənada istifadə edirlər. Digər müsbət hal ondan ibarətdir ki, Milli Məclisə namizədliyini irəli sürən kəslərin sırasında xanımlar da az yer almır. 2010-cu ilin parlament seçkiləri kapmaniyasında bu göstərici digər çağırışlardan yüksək idi. Ancaq bu il fərq müsbətə doğru daha da hiss olunur. Məncə, bu xanımların əksəriyyəti Azərbaycanda elmin, səhiyyənin, təhsilin, həyatımızın digər sferalarının inkişafına böyük töhfələr vermiş, həm də dövlətimiz qarşısında yüksək xidmətləri olan, ən başlıcası isə müvafiq dairələrdə seçicilərin etimadını qazana biləcək insanlardır. Güman edirəm ki, Azərbaycan İslam dünyasında ilk demokratik respublika olduğu kimi, bu istiqamətdə də adını tarixə yazan məmləkət olacaq”.
Bəzi hallarda xarici qüvvələrin Azərbaycandakı seçki prosesinə qarayaxma cəhdinə, proses başa çatmamış onun legitimliyini şübhə altına salmaq istiqamətində bəyanatlar verməsinə münasibət bildirən N.Xələf deyib ki, onların bu davranışları heç bir halda seçki prosesinin ahənginə, Azərbaycan seçicisinin iradəsinə hər hansı formada təsir edə bilməyəcək: “Azərbaycanda baş verən proseslərə ən yaxın, elə Azərbaycan vətəndaşının özüdür. Onun acısını da, şirinini də yaşayan bu xalqdır. Biz hər bir hadisəni, hansısa problemi, yaxud xırda qanun pozuntusunu o qüvvələrin özündən yaxşı görür və anlayır, qanun çərçivəsində həllinə çalışırıq. Azərbaycanın bu qədər “qeydinə qalan” həmin qüvvələr həqiqətən, bu ölkəni, bu xalqı düşünürlərsə, Qarabağ məsələsinə güclü nəzər yetirsinlər. Qarabağ müharibəsində 1 milyondan artıq insan yurd-yuvasından didərgin düşüb. Heç onların durumu ilə maraqlandıqlarını biz görmürük. Belə olan halda həmin xarici dairələrin qərəzli bəyanatları nə dərəcədə ciddiyə alına bilər?”
Maksim Şevçenko: Parlament seçkiləri Azərbaycanın müasir tarixində yeni imtahan olacaq
“Parlament seçkiləri Azərbaycanın müasir tarixində yeni imtahan olacaq”. Rusiyalı jurnalist, ictimai-siyasi xadim, Rusiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko “Seçki-2015.az” saytına açıqlamasında belə deyib.
O bildirib ki, çətin geosiyasi vəziyyətdə, həmçinin ərazilərinin 20 faizinin işğalına baxmayaraq, Azərbaycan inkişaf edir: “Mənə elə gəlir ki, Azərbaycan xalqı bu dəfə də müdrik seçim edəcək”.
Qərbin seçkiöncəsi Azərbaycana qarşı təzyiq cəhdlərinə gəlincə, rusiyalı jurnalist bildirib ki, bu, Moskva ilə Bakı arasında müşahidə olunan siyasi yaxınlaşmadan yaranan qıcıqlanmanın nəticəsidir. “Qərb bu yaxınlaşmadan çox narahatdır. Amma rəsmi Bakının Qərbin nazı ilə oynamaq niyyəti yoxdur. Azərbaycan rəhbərliyi başa düşür ki, Qərb bu ölkənin ən başlıca probleminin həllində maraqlı deyil. Dağlıq Qarabağ münaqişəsi isə Qərb üçün, demək olar, xal toplamaq üçün vasitədir”, - deyə M.Şevçenko vurğulayıb.
“Müsavat” seçki marafonuna pul qazanmaq üçün qoşulmuşdu
“Müsavat Partiyası əvvəlcədən seçkidə uğur qazanmaq gücündə olmadığını anlayırdı”. Bu barədə “Seçki-2015.az” saytına açıqlamasında “Müsavat” başqanının keçmiş müşaviri Səxavət Əlisoy deyib. Onun sözlərinə görə, cəmiyyət indiki “Müsavat”ın hansı gücə sahib olduğunu yaxşı bilir: “Sadəcə olaraq, onlar düşünürdülər ki, Milli Məclisdə bir mandat qazansalar, qanunvericiliyə uyğun olaraq partiya dövlət büdcəsindən maliyyələşəcək. Bunu partiyada gedən söhbətlərdən də anlamaq mümkün idi. Yəni bu adamları düşündürən millət vəkili olmaq, yaxud ölkənin inkişafı üçün qanun layihələri ilə çıxış etmək yox, sadəcə, pul qazanmaq idi. Son anda qalib gələ bilməyəcəklərini gördükləri üçün geri çəkildilər”.
S.Əlisoy qeyd edib ki, Müsavat Partiyasının seçkidə iştirakdan geri çəkilmələrinin səbəbi olaraq açıqladığı məqamlar köhnə nağıllardır: “Bu nağılları illərdir danışırlar, indi də ortaya atıblar”.
Rusiyanın Birinci kanalının Azərbaycandakı seçkilərlə bağlı reportajı
Rusiyanın Birinci kanalı noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq prosesindən bəhs edən reportaj hazırlayıb. “Secki-2015.az” saytı xəbər verir ki, reportajda Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə bir mandat uğrunda orta hesabla altı namizədin mübarizə aparacağı bildirilir. Hələ ki, namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirirlər.
Reportajda həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı haqda məlumat verilir. Vurğulanır ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılır.
Kanal Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun fikirlərinə də yer verib. M.Pənahov qeyd edir ki, Milli Məclisə beşinci seçkilərdə iştirak üçün iki minə qədər namizəd sənədlərini MSK-ya təqdim edib. Lakin çoxları qalib gəlmək şanslarının az olduğunu anlayaraq, namizədliklərini geri götürüblər. İndi seçki bülletenində 767 namizədin adı var. Beləliklə, hər bir dairəyə 6-dan çox namizəd düşür. Ümumilikdə bunun özü ciddi rəqabətdir. Seçkidə 22 siyasi təşkilat mübarizə aparacaq. Onlardan yeddisi bir koalisiyada birləşir. Lakin ekspertlər indidən proqnozlaşdırırlar ki, seçkinin real favoriti Yeni Azərbaycan Partiyasıdır.
“Biz ən azı əvvəlki parlament seçkilərindəki nəticələri təkrarlamaq istəyirik. Ötən dəfə partiyamız 71 mandat qazandı, bu, yerlərin 60 faizindən çoxu deməkdir”, - deyə telekanal Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun fikirlərinə də yer verib.
Reportajda qeyd olunur ki, seçkiləri 500-ə qədər beynəlxalq müşahidəçi izləyəcək. Ənənəvi olaraq parlament seçkiləri həmişə əhalidə böyük marağa səbəb olur. Mərkəzi Seçki Komissiyası seçkidə 50 faizdən çox seçicinin iştirak edəcəyini proqnozlaşdırır.
Səhifəni hazırladı:
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

