Leonid Slutski: ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir
03.11.2015 [10:17]
“Bundan öncə Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqi seçki təcrübəsinin təkmilləşdiyini göstərib. Seçkilər seçicilər və seçki komissiyalarının üzvləri üçün rahat keçir. Artıq öncəki seçkidə seçki qutularından tutmuş seçki məntəqəsinin təşkilini əhatə edən seçki texnologiyası prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı bütün beynəlxalq standartlara cavab verib”.
APA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri, Azərbaycan Milli Məclisinə seçkilərdə MDB Parlamentlərarası Assambleyasından beynəlxalq müşahidəçilər qrupunun əlaqələndiricisi Leonid Slutski deyib.
Azərbaycanı ardıcıl inkişaf edən və artım müşahidə olunan iqtisadiyyata malik ölkə kimi xarakterizə edən L.Slutski qeyd edib ki, bu gün Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti Prezident İlham Əliyevin, dövlət başçısının kursu ətrafında birləşib. Onun sözlərinə görə, bütün bunları o və Rusiya Dövlət Dumasındakı həmkarları Azərbaycan xalqının rifahına, iqtisadiyyat və sosial sahəsinin inkişafına yönəlik böyük prezident proqramının tərkib hissəsi kimi qəbul edir.
L.Slutski həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə etməmək qərarına toxunub: “Bu qərar ən azından qəribədir. Halbuki DTİHB vaxtilə ATƏT məkanında müxtəlif səviyyəli seçkilərin demokratikliyini müşahidə etmək üçün yaradılmışdı”.
Qərbin Azərbaycana qarşı münasibətinə gəldikdə isə rusiyalı deputat Azərbaycan dövlətinin rəhbərinin müstəqil siyasətinin Qərbdə müəyyən dairələri razı salmadığını, həmin dairələrin davranışları ilə özlərini bugünkü Azərbaycanın və Azərbaycan rəhbərliyinin yürütdüyü kursun opponentləri kimi göstərdiyini bildirib: “Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, biz bu xətti qeyri-obyektiv və destruktiv hesab edirik. Çünki bu xətt Azərbaycan rəhbərliyinin Azərbaycanın postsovet məkanında ən inkişaf etmiş ölkə olmasına, Xəzər regionunda və regiondan kənarda ən ciddi tərəfdaşa çevrilməsinə yönəlik addımlarını dəstəkləmək əvəzinə istənilən uğurlarını tənqid və qeyri-obyektiv qətnamələrin qəbulu üçün predmet kimi təqdim olunur”.
L.Slutskinin fikrincə, Milli Məclisə seçkilər Azərbaycan cəmiyyətinin böyük əksəriyyətinin Prezidentin yürütdüyü kursun, dövlət başçısının ətrafında birləşməsini və şübhəsiz ki, bu gün tətbiq olunan seçki texnologiyalarının müasirliyini nümayiş etdirir. Bütün bunların fonunda, DTİHB sadəcə neqativ məqamlar tapa bilməyəcək, belə məqamlar yoxdur: “Görünür elə bu səbəbdən, DTİBH-dən olan həmkarlarımız belə qərara alıblar ki, bir halda ki neqativ yoxdur, onda Azərbaycana getməyə ehtiyac yoxdur. Çünki çətin olacaq. Hər dəfə barmaqdan neqativ sormaq daha da çətinləşəcək. Əslində bu neqativ mövcud da deyil. Qaranlıq otaqda qara pişik axtarmaq çətindir, xüsusən də o orada yoxdursa”.
Azərbaycanın uğurlarının, xüsusən də seçki təcrübəsinin inkar edilməsini DTİHB-dən olan həmkarlarına yaraşdırmadığını deyən L. Slutski qeyd edib ki, bununla da bugünkü DTİHB Azərbaycanın imicinə, MSK-ya qarşı deyil, özünə qarşı işləyir. “ATƏT DTİHB özünü Qərbdən gələn sifarişləri yerinə yetirən qurum kimi göstərir. Bu mövqe DTİHB-ni gözdən salır və deməyə əsas verir ki, bugünkü DTİHB artıq tükənib. DTİHB siyasi sifarişləri yerinə yetirmək əvəzinə obyektiv, qərəzsiz və peşəkar qiymətləndirmə, o cümlədən ATƏT ölkələrində müxtəlif səviyyəli seçkilərin qiymətləndirilməsi üçün işləməlidir”, - deyə o vurğulayıb.
Rusiyalı deputatın sözlərinə görə, bu gün Azərbaycan dövləti və cəmiyyəti o qədər ardıcıl inkişaf edir ki, bunu hansısa yolla inkar etmək cəhdləri Azərbaycana qarşı deyil, bu siyasəti həyata keçirməyə çalışan beynəlxalq təşkilatlara və strukturlara qarşı işləyir. O qeyd edib ki, Milli Məclisə seçkilər Azərbaycan dövlətinin bugünkü uğurlarının, o cümlədən seçki qanunvericiliyi səviyyəsinin və onun demokratik seçkilərin beynəlxalq hüquqi standartlarına uyğunluğunun etiraf edilməsində növbəti mərhələ olacaq.
“Bu gün Azərbaycan dövləti və cəmiyyəti istənilən insinuasiyalardan və gerçəkliyi inkar etmək cəhdlərindən güclüdür. Əminəm ki, bu, demokratik yolla seçilmiş parlament olacaq və Rusiya üçün dost, qardaş ölkədə parlamentarizmin inkişafına xidmət göstərməkdə davam edəcək. İnanıram ki, Azərbaycana qarşı, habelə parlament seçkilərinə qarşı istənilən çirkli və əsassız böhtanlar istənilən beynəlxalq meydançalarda fiaskoya uğrayacaq. Bu cür cəhdlər artıq iflasa uğrayıb”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

