J.Qolubitskaya: Ölkələrimiz arasında nəinki dostluq və anlaşma, həm də əməkdaşlıq var
07.11.2015 [10:12]
Rusiyanın “Moskovski komsomolets” qəzetinin müxbiri Janna Qolubitskaya Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunun işində iştirak edib və təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
O deyib: “Həmişə olduğu kimi, Azərbaycan tərəfi təşkilati dəqiqliyi və qonaqpərvərliyi ilə seçilib: RAGB-in VI Forumu çərçivəsində bütün tədbirlər hərtərəfli hazırlanıb. Hər şey elə düşünülüb ki, Forum nümayəndələri tematik seksiyaların iclasları arasında dincəlməyə imkan tapsınlar, axı gənclərin böyük toplantısının iştirakçıları Rusiyanın bütün regionlarından, habelə Azərbaycandan gəliblər”.
Məlum olduğu kimi, Forumun keçirildiyi gün Misirdə sərnişin təyyarəsi qəzaya uğrayıb və Rusiya vətəndaşları həlak olublar.
Ölkədə matəmin növbəti gün elan edilməsinə baxmayaraq, RAGB-in sədri forum iştirakçıları üçün konserti təxirə salmağı qərara aldı.
Janna Qolubitskaya RAGB-in sədri Leyla Əliyevaya həssas münasibətinə görə xüsusilə təşəkkür edib. O deyib: “Qardaş xalqın kədəri səmimi idi. Gözü, qulağı və qəlbi olan insan boş bəyanatı əsl canıyananlıqdan hər zaman seçə bilər. Mən orada olan azərbaycanlıların gözlərinin yaşardığını gördüm. Mən də Xocalı qurbanlarının xatirə axşamında ağlayırdım. Axı biz hamımız canlı insanlarıq! Hələ ki canlıyıq. Əgər bir-birimizin müsibətinə sevinməyə başlasaq, onda bu kiçik Yer kürəsi çox tezliklə məhv olacaq”.
Buna baxmayaraq Forum bütün elan edilən iclasları öz qaydasında başa çatdırdı. Janna Qolubitskaya, həmçinin seksiyaların işində fəal iştirak edib, çıxışlarında Azərbaycanın çox gözəl turizm imkanlarının, demək olar ki, Rusiyada tanınmamasına heyrətini və təəssüfünü bildirərək, Bakıya və Azərbaycanın bəzi rayonlarına bir neçə səfərinin təəssüratlarını bölüşüb. J.Qolubitskaya hesab edir ki, indiki iqtisadi və siyasi vəziyyətdə, məsələn, “Şahdağ” dağ-xizək bazası olduqca bahalı Alp və Pireneyə real alternativ ola bilər. “Burada qış istirahəti üçün nümunəvi şərait yaradılıb. Bundan əlavə, Azərbaycan həm də əla Xəzər çimərlikləri, “Naftalan” müalicə nefti, qastronomik, enoqastronomik və ya ekoloji turizm nümunələri deməkdir”, - deyə o, əlavə edib.
J.Qolubitskaya hesab edir ki, “Azərbaycanın turizm məhsulları, əlbəttə ki, Rusiya turoperatorlarının təklifləri arasında mövcuddur, lakin daha çox ümumi siyahıda, fəal irəliləmə siyasəti olmadan. Bu gün Rusiyada səyahət jurnalistlərinin və turizm sahəsində ekspertlərin təşəbbüs qrupu yaradılıb. Bu qrup Azərbaycanın potensialı ilə tanışdır və informasiya boşluğunu doldurmağa hazırdır”.
J.Qolubitskaya RAGB-in Forumunun bütün iştirakçılarına və şəxsən Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyevaya Forumun gözəl təşkilinə görə təşəkkür edib.
AZƏRTAC-ın müxbirinin həmsöhbəti, həmçinin qeyd edib ki, Forumun seksiyasında onun çıxışından dərhal sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri seksiyadakı çıxışda səsləndirilən təkliflərə maraq göstəriblər və şəxsən nazir Əbülfəs Qarayevə çatdırmaq üçün təkliflərin tezislərini göndərməyi xahiş ediblər.
Janna Qolubitskaya sonda deyib: “Çox xoşagələn haldır ki, ölkələrimiz arasında nəinki dostluq və anlaşma, həm də əməkdaşlıq var”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

