Naxçıvan Beynəlxalq Hava Limanının Aerovağzal binasında yenidənqurma işləri aparılır
13.11.2015 [10:11]
Naxçıvan Muxtar Respublikasında hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır. Naxçıvan Beynəlxalq Hava Limanında xidmət şəraitinin müasirləşdirilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Aerovağzal binasında yenidənqurma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov binada aparılan yenidənqurma işləri ilə tanış olublar.
Məlumat verilib ki, yenidənqurma işləri çərçivəsində 2 keçid körpüsü və 2 teleskopik trap quraşdırılıb. Binada sərnişin qəbulu və yola salınması üçün lazımi tədbirlər görülüb, eskalator, 2 lift və ümumi uzunluğu 41 metr olan baqaj konveyeri quraşdırılıb, ana-uşaq otağı, tibb məntəqəsi, geniş və işıqlı gözləmə zalları istifadəyə verilib. Yeni teleskopik traplar vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Ən müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcəkdir.
Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı istifadəyə verilib, sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb. Gözləmə zalında elektron gömrük və miqrasiya xidmətlərinin göstərilməsi üçün Azərbaycan, ingilis və rus dillərində informasiya köşkü qurulub. Sərhəd nəzarəti məntəqəsi üçün ayrılan xidməti otaqlarda da lazımi şərait yaradılıb.
Binada təhlükəsizlik tədbirlərinin də ən müasir tələblər səviyyəsində həyata keçirilməsi nəzərə alınıb, videonəzarət sistemi quraşdırılıb, xüsusi dizaynla tərtib olunmuş “Duty free” mağazaları və kafelər fəaliyyətə başlayıb.
Yenidənqurma işləri başa çatdırıldıqdan sonra illik sərnişin və yükdaşıma dövriyyəsi artacaq, Aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 500 nəfərə çatdırılacaqdır.
Ali Məclisin Sədri Aerovağzal binasında yenidənqurma işləri aparılarkən sərnişindaşıma və aviasiya təhlükəsizliyi ilə bağlı tədbirlərin mühəndis-texniki tələblər səviyyəsində başa çatdırılması barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25

