/ / Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə 818,88 milyard dollar ziyan dəyib
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizə 818,88 milyard dollar ziyan dəyib
19.11.2015 [10:07]
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun indiyə qədər apardığı hesablamalara əsasən, bu işğal nəticəsində əhaliyə 147,8 milyard, dövlətə isə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan vurulub. İşçi qrup dəymiş ziyanın hesablanması istiqamətində işi davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu faktlar Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun hesabat yığıncağında səsləndirilib.
“Silahlı erməni təcavüzü: İtki və tələfatlarımız” mövzusunda keçirilən yığıncaqda İşçi Qrupunun rəhbəri, professor Xanhüseyn Kazımlı məruzə ilə çıxış edib. Məruzədə son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edilib. Bildirilib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımına, habelə təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıblar.
Erməni işğalı nəticəsində dəyən birbaşa maddi zərərlərin və ölkəmizin özünümüdafiə xərclərinin hesablanması istiqamətində artıq bir sıra işlərin görüldüyünü bildirən X.Kazımlı qeyd edib ki, İşçi Qrupu tərəfindən ölkəmizin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə və mülki əhaliyə vurulan birbaşa zərərlərin miqdarı müəyyənləşdirilir.
İşçi Qrupunun hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin mövqeyini xeyli möhkəmləndirir. Bu cür qiymətləndirmə və ortaya tutarlı dəlillərin qoyulması, eyni zamanda, Azərbaycanın beynəlxalq qurumlarda da arqumentlərini gücləndirir, konkret faktlar və sənədlərlə çıxış etməyə imkan verir. Bu faktlar həmçinin dövlət məmurlarının və QHT nümayəndələrinin ölkəmizin haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməsinə də şərait yaradır.
Prezident Administrasiyasının rəsmisi medianın da bu işdə fəallıq göstərməsinin, hesabatda qeyd olunan faktları geniş işıqlandırmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

