Milli Məclisdə “Uşaqların zorakılıqdan müdafiəsi”nə həsr olunmuş “dəyirmi masa” keçirilib
19.11.2015 [10:08]
Noyabrın 18-də Milli Məclisdə “Uşaqların zorakılıqdan müdafiəsi”nə həsr olunmuş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Avropa Şurasının Bakı ofisinin, hüquq mühafizə orqanlarının, QHT-lərin nümayəndələri iştirak ediblər.
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. S.Fətəliyeva qeyd edib ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur. Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür.
Sevinc Fətəliyeva bildirib ki, bu gün müzakirə olunan “Uşaqların zorakılıqdan müdafiəsi” iki mövzunu özündə əks etdirir. Bunlar uşaqlara qarşı zorakılıqla mübarizə və uşaq hüquqlarının müdafiəsidir. Deputat tədbirin iki tarixi günə - Avropa Şurasına üzv ölkələrdə, Azərbaycanda da qeyd olunan uşaqların cinsi zorakılıqdan və istismardan müdafiəsi və BMT-nin “Uşaq hüquqları Konvensiyası”nın qəbul olunması günlərinə təsadüf etdiyini bildirib. Uşaq hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş beynəlxalq və dövlətdaxili sənədlərin hazırlanmasında baza sənədi rolunu oynayan BMT-nin 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsi, daha sonra - 1989-cu ildə “Uşaq hüquqları Konvensiyası” qəbul edilib.
“Dəyirmi masa”da Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanın bu sahədə mükəmməl qanunvericilik bazasına malik olduğunu, yeni qanun layihələri üzərində işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının əhəmiyyətini yüksək qiymətləndirib.
Uşaqlara qarşı zorakılıqdan danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanda bu sahəyə həssas münasibətin göstərildiyini bildirib: “Biz mövcud nöqsanları və çatışmazlıqları aşkarlayıb həll edirik. Məlumdur ki, Azərbaycanda insan haqları diqqət mərkəzində saxlanılır. Bunun ən vacibi isə uşaq hüquqlarının qorunmasıdır. Bu sahədə dünyada mövcud olan qanunvericilik bazasından yararlanırıq. Kifayət qədər qanunlar qəbul etmişik. Fəaliyyətimizi həm Avropa Şurası səviyyəsində, həm də ölkə daxilində davam etdirəcəyik ki, uşaqlara qarşı zorakılıq halları minimuma endirilsin”.
Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç çıxışında Avropa Şurasının Azərbaycan ilə əlaqələrə mühüm önəm verdiyini bildirib. O, hazırkı dövrdə insan hüquqlarının müdafiəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Azərbaycanda uşaq hüquqlarının qorunması və təmin edilməsi üçün əlverişli mühitin yaradıldığını deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların dövlət siyasətində prioritet istiqamətlərdən olduğunu bildirib.
“Dəyirmi masa”da digər çıxış edənlər də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinin zəruriliyindən danışıb, birgə fəaliyyətin səmərəli olacağına əminliklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

