/ / Mübariz Qurbanlı: İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır
Mübariz Qurbanlı: İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır
27.11.2015 [10:06]
“İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”. Bunu “Trend”ə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Nardarandakı hadisəyə münasibət bildirərkən deyib.
M.Qurbanlının sözlərinə görə, hüquq-mühafizə orqanları qanunauyğun olaraq tədbirlər keçirərkən kriminallaşmış elementlər mühafizə orqanlarına qarşı qeyri-qanuni hərəkətlərə yol veriblər: “Nardaranda törədilmiş hadisələrə görə din pərdəsinə bürünmüş, din adı altında radikal hərəkətlərə yol verənlər günahkardırlar”.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir: “Azərbaycanda dini etiqad azadlığı təmin olunub. Ölkəmizdə din adı altında öz mənfur niyyətlərinə, çirkin əməllərinə haqq qazandırmaq, bəraət qazandırmaq və din pərdəsi altında öz məqsədlərinə çatmaq istəyənlər var, lakin Azərbaycan xalqı buna razı olmayacaq, Azərbaycanda qanun pozuntularının qarşısı qətiyyətlə alınacaq. Azərbaycanda 2000-dən çox məscid var, Azərbaycanda hər kəsin dini etiqad azadlığı təmin olunub”.
M.Qurbanlı əlavə edib ki, bu gün bəziləri qondarma təşkilatlar yaradırlar: “Onlar dindarlar adından çıxışlar etmək istəyirlər. Sual olunur: bu adamların din adından çıxış etməyə haqları varmı? Bir yerdə toplaşaraq dövlət quruluşumuza, konstitusiya quruluşumuza, eyni zamanda, milli, dini zəmində ölkəmizdə mövcud olan sabitliyə ziyan vuran çağırışlar etməyə haqları varmı? Əlbəttə, yoxdur!”.
Komitə sədri Azərbaycanda ictimai-siyasi, iqtisadi sabitliyinin olduğunu bildirib və qeyd edib ki, bu sabitliyi, xalqın təhlükəsizliyini hüquq-mühafizə orqanları mütəmadi qoruyur: “Belə olan şəraitdə kimlərsə hansısa məscidə gələrək burada özbaşına moizələr oxuyur. Axı qanun var. Və qanunun tələbinə görə, hər hansı bir məsciddə, hər hansı bir dini məbəddə yalnız Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi şəkildə təyinat alan şəxslər hər hansı xütbələr, moizələr oxuya bilərlər. Lakin qeydiyyatı olmayan və heç bir səlahiyyəti, heç bir hüquqi ünvanı olmayan bir yerin adını dini ibadət yeri qoyaraq oraya toplaşır, milli, dini baxımdan hiddət yaradan, qarşıdurma yaradan, eləcə də milli maraqlarımıza, milli dövlətçilik prinsiplərimizə zidd olan çağırışlar edirlər. Eyni zamanda, silaha əl atırlar, silahdan istifadə edirlər. Faktiki olaraq hansısa xarici dairələrin sifarişlərini yerinə yetirirlər. Belə olan təqdirdə, bizim ictimai təhlükəsizliyimiz üçün hüquq-mühafizə orqanlarımız haqlı olaraq qanunauyğun şəkildə, əhalinin xahişi ilə orada tədbirlər keçirir”.
M.Qurbanlının sözlərinə görə, polisə müqavimət göstərməyə, zorakılıq etməyə, silah işlətməyə heç kim dəstək verə bilməz: “Cinayət əməllərinə yol verənlərə qarşı hüquq-mühafizə orqanlarının atdığı bu addımları ictimaiyyət də dəstəkləyir. Hesab edirəm ki, Nardaranda əhalinin də böyük əksəriyyəti bu cür radikal və ekstremist çağırışlar edənləri, onların hüquq-mühafizə orqanlarımıza qarşı bu cür hərəkət etmələrini heç vaxt dəstəkləməyəcək. Çünki Azərbaycanda xalq sabitliyin nə dərəcədə əhəmiyyətli olduğunu bilir. Ona görə də ictimai-siyasi sabitliyə qarşı yönələn belə hərəkətlər cəzasız qalmayacaq və qalmamalıdır”.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

