Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vitse-spiker: Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir

Vitse-spiker: Heç kim gizli məqsədlərini nə din, nə də siyasi pərdə altında gizlədərək həyata keçirməməlidir

28.11.2015 [11:26]

“Azərbaycanda heç kim öz gizli məqsədlərini nə din, nə də siyasi pərdələr altında gizlədərək həyata keçirməməlidir”.
Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Nardaranda baş verən hadisələrə qiymət verərkən deyib.
Vitse-spikerin sözlərinə görə, gizli məqsədlər əvvəl-axır aşkarlanır və qiymət verilir: “Ona görə də hər bir kəsə Azərbaycandakı demokratik ab-havadan, sərbəst toplaşmaq azadlığından istifadə edərkən qanunun tələblərini unutmamağı tövsiyə edirəm”.
Nardaranda baş verənləri narahatlıq doğuran hadisə sayan B.Muradova bunları hüquqa zidd hərəkətlər sayıb: “Hüquqa zidd hərəkətin isə hüquqi qiyməti verilməlidir. Hesab edirəm ki, müvafiq dövlət qurumları öz vəzifələrini zamanında və uyğun şəkildə yerinə yetirməkdədirlər”.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31