Con Şan: Azərbaycan Cənubi Qafqazda Çinin vacib tərəfdaşıdır
28.11.2015 [11:34]
Xəbər verdiyimiz kimi, noyabrın 26-da Pekində Azərbaycan-Çin ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 5-ci iclası keçirilib.
İki ölkə arasında iqtisadi və ticarət münasibətlərinin daha da genişləndirilməsi üçün yaradılmış komissiyanın növbəti iclasının gündəliyində əsasən nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Çindən Avropaya və əksinə istiqamətdə yüklərin daşınmasında nəqliyyat-logistika imkanlarından istifadə, kənd təsərrüfatı, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu kimi məsələlər daxil idi.
Komissiyanın Çin tərəfdən həmsədri, kommersiya nazirinin müavini Con Şan ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Azərbaycanın Cənubi Qafqazda Çinin vacib tərəfdaşı olduğunu qeyd edən C.Şan dövlət başçılarının iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi ilə bağlı mövqelərinə istinad edərək, müvafiq qurumların bu istiqamətdə fəaliyyətini genişləndirməsinin vacibliyini vurğulayıb. Əlavə edib ki, bu istiqamətdə hökumətlərarası komissiyanın üzərinə böyük iş düşür.
Baş nazirin müavini, komissiyanın Azərbaycan tərəfdən həmsədri Abid Şərifov ölkəmizin son illər iqtisadi inkişafı barədə məlumat verərək, dünyada hökm sürən maliyyə-iqtisadi böhranına baxmayaraq Azərbaycanın stabil inkişafının təmin edildiyini diqqətə çatdırıb. Çin ilə münasibətlərin genişlənməsinin Azərbaycanın beynəlxalq əməkdaşlığında prioritet istiqamət olduğunu qeyd edən A.Şərifov ölkəmizdə Çin kapitalı ilə yaradılmış onlarla şirkətin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanın Avropa-Qafqaz-Asiya yük daşımaları dəhlizindəki əlverişli mövqeyindən istifadə etməklə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin, kənd təsərrüfatı və alternativ enerji sahələri üzrə birgə müəssisələrin yaradılmasının, qarşılıqlı sərmayə qoyuluşunun artırılmasının, bu istiqamətdə Azərbaycanda yaradılmış sənaye və kimya parklarına Çin şirkətlərinin cəlb olunmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin işğalçı Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinin bölgədə sülhə və sabitliyə təhlükə olduğunu, iqtisadi inkişafa maneə yaratdığını bildirib.
Azərbaycan tərəfdən komissiyanın üzvləri çıxışlarında ölkəmizin nəqliyyat-logistika imkanları, yük daşımalarında əlverişli mövqeyi və infrastrukturun inkişafı, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat veriblər. Qeyd olunub ki, yüklərin Azərbaycan üzərindən Avropaya və əksinə istiqamətdə daşınması nəticəsində vaxt itkisi 3 dəfəyə yaxın azala bilər. Bundan başqa, daşımalar üzrə maliyyə məsrəfləri də əhəmiyyətli dərəcədə azalar.
İclasda enerji sahəsində əməkdaşlıq imkanlarından, o cümlədən alternativ və bərpa olunan enerji sahəsi üzrə birgə fəaliyyət, qarşılıqlı sərmayə qoyuluşları, sənaye və kənd təsərrüfatı sahəsində birgə müəssisələrin yaradılması, Azərbaycanda həyata keçirilən iqtisadi layihələrdə Çin şirkətlərinin daha geniş iştirak imkanları barədə məlumat verilib.
Tərəflər qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini, bunun üçün müvafiq qurumların sahələr üzrə əlaqələrini intensivləşdirməsinin vacibliyini qeyd ediblər.
Sonda iclasın protokolu imzalanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Çin Baş nazirinin müavini Van Yan ilə görüşü olub. İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunan görüşdə Hökumətlərarası Komissiyanın 5-ci iclasında müzakirə edilən məsələlərə və qəbul edilmiş qərarlara dair ətraflı fikir mübadiləsi aparılıb.
Çinin nəqliyyat naziri Yan Çuantan ilə görüşdə iki ölkənin nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər nəqliyyat sahəsində əməkdaşlığa dair razılaşdırılmaqda olan sənədlərə dair danışıqlar aparıblar.
Bundan başqa, Çinin Dəmir Yolları üzrə Dövlət Administrasiyasında Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib, ölkəmizin nəqliyyat-logistika potensialına, əlverişli tranzit imkanlarına dair təqdimat təşkil edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25

