Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda daha bir humanitar tədbir keçirilib
01.12.2015 [10:09]
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın Pəncab əyalətinin Lahor şəhərindəki “Edhi Homes” kimsəsizlər evində humanitar tədbir keçirilib.
Tədbirdə Pakistanın gömrük və vergi naziri Muctaba Şuca-ur-Rehman, Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhməmməd Asif Nur, “Edhi Homes” kimsəsizlər evinin rəhbərliyi, burada məskunlaşan uşaqlar və media nümayəndələri iştirak ediblər.
Səfir Daşqın Şikarov xeyriyyə tədbirində çıxış edərək hazırda Azərbaycan ilə Pakistan arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb, əlaqələrimizin inkişafında Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb. Diplomat Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramının icra olunduğunu qeyd edib. O, Azərbaycanın birinci xanımının xüsusilə kimsəsiz uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini bildirib.
Nazir Muctaba Şuca-ur-Rehman tədbir iştirakçılarına ölkələrimiz arasında əlaqələrin tarixindən, Azərbaycanın Pakistan xalqına xüsusi sevgisindən bəhs edib. O, uşaqlara Azərbaycan haqqında öyrənməyi və ölkəmizi sevməyi tövsiyə edib. Nazir bu cür tədbirlərin Pakistanın bütün əyalətlərində hər il keçirilməsinə və ən çətin günlərdə ölkəsinin yanında olmasına görə Azərbaycan xalqına, dövlətinə, xüsusilə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya öz xalqı adından dərin minnətdarlığını bildirib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində həyata keçirilən belə humanitar və sosial tədbirlərin iki ölkə arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
Sülh və Diplomatik Tədqiqatlar İnstitutunun direktoru Məhəmməd Asif Nur çıxışında Heydər Əliyev Fondu tərəfindən Pakistanın bütün bölgələrində həyata keçirilmiş humanitar tədbirlər haqqında məlumat verib, bu qəbildən olan silsilə tədbirlərin ölkəsi üçün əhəmiyyətini xüsusi qeyd edib. O, həmçinin Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələrinin təşkil edildiyini, Lakki Marvat bölgəsində, zəlzələdən zərər çəkmiş Bəlucistan əyalətində, Lahor, İslamabad, Ravalpindi və Fayzalabad şəhərlərində Qurban bayramı münasibətilə yüzlərlə iribuynuzlu heyvanın qurban kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığını vurğulayıb, bütün bunlara görə Azərbaycan xalqına və dövlətinə dərin təşəkkürünü bildirib.
Sonra səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman kimsəsiz uşaqlara Heydər Əliyev Fondu adından təhsil ləvazimatları və müxtəlif hədiyyələr paylayıb.
Tədbirin sonunda səfir Daşqın Şikarov və nazir Muctaba Şuca-ur-Rehman media nümayəndələrinə müsahibələr veriblər.
Nazir müsahibəsində 2012-2015-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil sahələrində bir sıra humanitar layihələrin icra edildiyini qeyd edib. O bildirib ki, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib. Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar olunub. Nazir 2014-cü ildə Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələrinin icra olunduğunu xatırladıb, bunun nəticəsində ərazidə yaşayan on minlərlə sakinin içməli su ilə təmin edildiyini bildirib. O, Pakistanda həyata keçirilən humanitar layihələrə görə Azərbaycanın birinci xanımının 2012-ci ildə “Humanizm rəmzi - 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif olunduğunu qeyd edib.
Səfir Daşqın Şikarov Azərbaycan-Pakistan dostluğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Diplomat Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən belə humanitar tədbirlərin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə təkan verdiyini bildirib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Pakistanın daim Azərbaycanın yanında olduğunu qeyd edib. D.Şikarov Ermənistan tərəfindən tarixi Azərbaycan torpaqlarının işğalı, həmçinin xalqımıza qarşı törədilən soyqırımı faktına görə Pakistanın Ermənistanı dövlət kimi tanımamasının yüksək qiymətləndirildiyini vurğulayıb, Pakistan dövlətinə və xalqına dərin təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

