Milli Məclisin iclası keçirilib
02.12.2015 [09:41]
İclasda millət vəkillərinə vəsiqələr təqdim olunub, həmçinin parlament komitələrinin sədr müavinləri və üzvləri seçiliblər
Dünən Milli Məclisin iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, noyabrın 1-də azad və demokratik seçkilər nəticəsində ölkəmizin beşinci çağırış Milli Məclisi formalaşıb: “Demək olar ki, seçkinin nəticələri barədə bütün beynəlxalq müşahidəçilər müsbət rəy veriblər. AŞPA-nın Daimi komitəsinin bu yaxınlarda Sofiyada keçirilmiş toplantısında da Azərbaycanda keçirilmiş parlament seçkiləri azad seçkilər kimi qiymətləndirilib”.
O.Əsədov seçkiləri yüksək səviyyədə təşkil etdiyinə görə Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 1 noyabr seçkilərində qələbə qazanmış şəxsləri təbrik edib. MSK-nın sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən başlayaraq görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il avqustun 28-də “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncama müvafiq olaraq MSK seçkilərlə bağlı təqvim planı hazırlayıb qəbul edərək seçkilərin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin edib. Onun sözlərinə görə, parlament seçkilərinə hazırlıq və səsvermə prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında keçirilib. Seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi addımlar atılıb. Seçici siyahıları dəqiqləşdirilib və bu barədə MSK-ya həm yerli, həm də beynəlxalq seçki subyektləri tərəfindən müraciət daxil olmayıb.
MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya və 7 siyasi partiyanı birləşdirən bir siyasi blok iştirak edib. Namizədlərin irəli sürülməsi və qeydiyyatı seçki qanunvericiliyinə uyğun olaraq aparılıb və 767 namizədin adı seçki bülletenlərinə daxil edilib. Bu namizədlərin yarıdan çoxu həmin siyasi partiya və blokun namizədləri olub. M.Pənahov namizədlərin qeydiyyatı və təşviqat kampaniyası üçün yaradılan imkanlardan danışıb. Bildirib ki, ümumiyyətlə, namizədlər seçicilərlə görüşlərdə heç bir məhdudiyyət hiss etməyiblər. Namizədlərin seçkiqabağı təşviqatı Seçki Məcəlləsinin tələbinə uyğun, əhatəli və müasir səviyyədə təşkil olunub. MSK həm beynəlxalq, həm də yerli təşkilatlarla müxtəlif seçki subyektləri üçün geniş maarifləndirmə proqramı həyata keçirib.
Diqqətə çatdırılıb ki, 5547 seçki məntəqəsində 5 milyon 200 mindən artıq seçicinin səs verməsi üçün hər cür şərait yaradılıb.
MSK sədri diqqətə çatdırıb ki, seçkilərin şəffaf keçirilməsi baxımından bu seçkilər də yüksək göstəricilərə malikdir. Məntəqələrdə 65 mindən çox yerli müşahidəçi, həmçinin 40-dan artıq beynəlxalq nüfuzlu qurumun 500-dən çox nümayəndəsi seçki prosesini izləyib. Bildirilib ki, mindən çox seçki məntəqəsində veb-kamera quraşdırılıb. Səsvermənin gedişi və protokolların tərtib edilərək dairə seçki komissiyalarına çatdırılması mərhələsi də daxil olmaqla bütün proseslər onlayn rejimdə veb-kameralarla dünya ictimaiyyətinə çatdırılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə tətbiq olunan veb-kamera praktikası Azərbaycan Prezidentinin ölkəmizdə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir.
Daha sonra Məzahir Pənahov millət vəkillərinə Milli Məclisin deputatı vəsiqələrini təqdim edib.
İclasda həmçinin, Milli Məclisin İntizam komissiyası təşkil olunub, Hesablayıcı komissiyanın tərkibində isə dəyişikliklər edilib. Eyni zamanda, Milli Məclisin komitələrinin sədr müavinləri və üzvləri seçiliblər. Bununla yanaşı, Milli Məclis yanında Toponimiya komissiyasının da tərkibi müəyyənləşib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

