/ / Hikmət Babaoğlu: Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır
Hikmət Babaoğlu: Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır
10.12.2015 [10:26]
“Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır”. Bu sözləri “SİA”ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkilinin sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni Azərbaycançılıq ideologiyasının banisidir: “Bütün bunlar Ulu öndərin xidmətlərinin yalnız bir hissəsidir. Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, Onun titanik fəaliyyətini Azərbaycanın milli, etnik, siyasi coğrafiyası ilə məhdudlaşdırmaq olmaz. Ümummilli lider bütün Sovet xalqlarının həyatında müəyyən rol oynamış böyük bir şəxsiyyətdir. Heydər Əliyev artıq tarixə qovuşmuş Sovet imperiyasının rəhbərlərindən biri olmuşdu. Ulu öndər Azərbaycanda milli təhlükəsizlik sistemini milliləşdirən böyük şəxsiyyətdir. Çünki Sovet dövründə milli təhlükəsizlik daima başqa millətlərin, imperiyaya qulluq edən ayrı-ayrı şəxslərin və ermənipərəst qüvvələrin əlində olub. Ancaq Ümummilli lider 1967-69-cu illərdə təhlükəsizlik sisteminə rəhbərlik edən zaman o sistemin kadrlarını milliləşdirmişdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Bakını milli şəhərə çevirməsidir. O, Azərbaycanda ölkəmizin sənayeləşməsinin müəllifi, neft sənayesindən kənar iqtisadiyyatın yaradıcısıdır. Eləcə də Azərbaycanda aqrar sənayeni yaradan böyük bir dövlət xadimidir”.
H.Babaoğlu əlavə edib ki, Ulu öndər Bakı şəhərində yeni mikrorayonlar salaraq rayonlardan, kəndlərdən gələn gənclərimizi orada yerləşdirərək Bakının demoqrafik mikrostrukturunu milliləşdirən, Azərbaycanlaşdıran böyük bir şəxsiyyətdir: “Heydər Əliyev, eyni zamanda, Azərbaycan gənclərinin hamisi idi. Əlbəttə ki, müstəqilk dövründə Ümummilli liderin ən böyük xidmətlərindən biri müasir Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil edən “Əsrin müqaviləsi” adlandırdığımız Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsidir. Eləcə də dahi şəxsiyyət Azərbaycan Konstitusiyasının müəllifidir. Məhz buna görə də Azərbaycan xalqı Ümummilli liderin anım günündə Onu rəhmət və şükranla anır, Onun qurduğu dövlətin əbədi olacağına inanır”.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41

