İqtisadi inkişafın təminatçısı
24.12.2015 [08:44]
Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə son 12 ildə mühüm iqtisadi uğurlara imza atıb
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmiz 2003-2015-ci illərdə sıçrayışlı sosial-iqtisadi inkişafa nail olub. Cənab İlham Əliyev yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun yeni konturlarını müəyyən edib. Bu uzaqgörən doktrina ötən 12 ildə reformaların miqyasının daha da genişlənməsinə təkan verib, ölkə iqtisadiyyatında liberalizmi dərinləşdirib, sosioekonomik inkişafın və demokratik cəmiyyətin möhkəmliyini təmin edib, eyni zamanda, azad biznes və maliyyə-kredit institutlarının statusunu gücləndirib. Həyata keçirilən səmərəli iqtisadi siyasət sayəsində Azərbaycanda son 12 ildə ümumi daxili məhsul 3,3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, sənaye istehsalı 3,7 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 10 dəfə, orta aylıq əməkhaqqı 4,7 dəfə, orta aylıq pensiyalar 7,5 dəfə, əhalinin əmanətləri 18 dəfə artmış, 1 milyon 400 minə yaxın yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 5 faizə enmişdir. Hazırda ölkəmizdə orta aylıq əməkhaqqı 490 manata bərabərdir. Orta pensiya məbləği 200 manatdan artıqdır ki, bu, MDB-də ən yaxşı göstəricidir.
Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində indiyədək ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bunun da yarısı xarici investisiyalardır. Qeyri-neft iqtisadiyyatı son 12 ildə 2,7 dəfə artmış, ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faizdən 70 faizə çatmışdır.
Ölkə iqtisadiyyatındakı dayanıqlı inkişaf 2015-ci ilin ötən 11 ayında da davam edib. Enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 3 dəfə enməsinə baxmayaraq, bu ilin birinci rübündə iqtisadiyyatda 3,1 faiz artım əldə olunub. Qeyri-neft sektorunda məhsul istehsalı 7,5 faiz artmışdır. 2015-ci ilin yanvar-noyabr aylarında ölkədə 50,1 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olmuşdur. ÜDM-də sənayenin çəkisi artıb və bu dövrdə 24 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Eyni zamanda, kənd təsərrüfatında artım baş verib və kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 6,7 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında investisiya qoyuluşları 14, 5 milyard manat olmuşdur. Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 18 milyard dollardan çox olmuş, ticarət dövriyyəsində ixracın həcmi 3,7 faiz artmışdır. Hesabat dövründə orta aylıq əməkhaqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb və hazırda bu rəqəm 480 manatdan yüksəkdir. Eyni zamanda, əhalinin gəlirləri 5,7 faiz artıb. Son illərdə regionda ən strateji nəqliyyat-kommunikasiya, enerji dəhlizlərinin həyata keçirilməsində birbaşa İlham Əliyev faktoru mühüm rol oynayıb. Azərbaycan Prezidentinin birbaşa siyasi qətiyyəti və təşəbbüskarlığının nəticəsində Azərbaycanın milli enerji siyasətində mühüm hadisələr baş verib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin istismara verilməsi, bunun ardınca Bakı-Tbilisi- Ərzurum qaz kəmərinin işə düşməsi, Azərbaycanın rasional, eyni zamanda, uzaqgörən və bölgə üçün yeni əməkdaşlıq formatı yaradan əzmkarlığının məntiqi nəticəsi oldu. Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atıldı.
2013-cü ilin iyun ayında Trans-Adriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlər imzalandı. Həmin il sentyabrın 18-də "Şahdəniz-2" layihəsinə sanksiya verildi. Dekabrın 17-də isə "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. Və Azərbaycanın dövlət başçısının Xəzər regionunda səmərəli siyasi, iqtisadi, humanitar fəaliyyəti, qətiyyətlilik və dünya, region üçün mühüm əhəmiyyət kəsb edən prinsipial addımları mötəbər beynəlxalq təşkilat – III Xəzər Forumu tərəfindən yüksək qiymətləndirildi və Azərbaycan Prezidenti İlham Əliyev "İlin Dövlət Adamı" mükafatına layiq görüldü. "Dəmir ipək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz ötən əsrin ortalarında həyata keçirilən uğurlu neft strategiyasının məntiqi davamıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Bakı-Tbilisi-Qars layihəsi Azərbaycanın böyük neft-qaz yataqlarının işlənilməsi nəticəsində həyata keçirilən neft-qaz kəmərləri layihələrinin – Azərbaycanı Gürcüstan və Türkiyə ilə birləşdirən Bakı-Supsa, sonra Bakı-Tbilisi-Ceyhan, daha sonra Bakı-Tbilisi-Ərzurum layihələrinin məntiqi nəticəsidir. Dəmir yolunun gələn il istifadəyə verilməsi gözlənilir ki, bununla da sərnişin və yüklərin Çindən Londonadək dəmir yolu vasitəsilə daşınması imkanı əldə ediləcəkdir. Prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafıni təmin edən və respublikanın hər bir bölgəsinin müasir inkişaf meyarları ilə irəliləməsinə zəmin yaradan əsas siyasi və iqtisadi platformasından biri regionların inkişafıdır. Məlum olduğu kimi, 2003-cü ilə qədər Azərbaycan iqtisadiyyatında əsas ağırlıq neft-qaz sənayesinin cəmləşdiyi paytaxt Bakının üzərinə düşürdü. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkilərinə qatılanda regionların sosial-iqtisadi inkişafını özünün seçki platformasının əsas müddəalarından biri kimi daxil etdi. Bu hədəfə çatmaq üçün ötən 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirildi. Bu proqramların icrası ilə bağlı ölkə başçısı ötən dövrdə 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib, iri müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq vəsaitlərin ayrılması barədə 240-dan artıq Sərəncam imzalayıb. Bu, Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqətin ən yüksək təcəssümüdür. Son 12 ildə regionların inkişaf proqramlarının icrasına bütün mənbələr hesabına 55 milyard manatdan artıq investisiya qoyulub. Regionlarda 1 milyon 400 minə yaxın yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 5 faizə, işsizlik 4,8 faizə enmişdir. Prezident İlham Əliyevin böyük uzaqgörənlik və qətiyyətlə həyata keçirdiyi sosial-iqtisadi siyasətin güclənməsi Azərbaycanda vətəndaşların yaşayış imkanlarının yaxşılaşmasına səbəb olmaqdadır. Son illərdə respublikamızda sürətlənən inkişaf dinamikası sosial sahədə özünü daha nəzərəçarpacaq şəkildə göstərir və ötən dövr ərzində iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım baş verib. Regionlarda və Bakı şəhərində sosial infrastrukturun yaxşılaşdırılması, müasir tələblərə cavab verən ən yeni infrastruktur obyektlərinin yaradılması ötən 12 ildə ən mühüm layihələrdən hesab oluna bilər. Bu layihələr sırasında Prezident İlham Əliyevin ikinci Bakı-Tbilisi-Ceyhan kəməri adlandırdığı Bakı-Oğuz-Qəbələ su xəttini qeyd etmək olar. Dövlət başçısının "Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 25 avqust 2005-ci il tarixli sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin icrasına başlanıldı. Oğuz rayonu ərazisindən təmiz suyun boru xətti vasitəsilə Bakıya gətirilməsini nəzərdə tutan bu mühüm sosial əhəmiyyətli layihənin - Oğuz-Qəbələ-Bakı su kəmərinin 2010-cu il dekabrın 28-də rəsmi açılış mərasimi oldu.
Ölkəmizin maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Bunun nəticəsidir ki, son 12 ildə əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artırılaraq 18,4 manatdan 200 manata, pensiyaların minimum məbləği isə 7,5 dəfə artaraq 14 manatdan 120 manata çatdırılıb. Ölkədə yaşayış minimumu ölkə üzrə 136 manata, ehtiyac meyarının həddi isə 105 manata çatdırılıb, işləməyən əhaliyə dövlət tərəfindən təyin olunmuş sosial müavinətlərin həcmi artırılıb.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Son 12 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib.
Biznes mühitinin yaxşılaşdırılması, dövlətin dəstəyi sahibkarlığın inkişafına təkan vermiş, orta sahibkar təbəqəsi formalaşmış, ÜDM-də özəl sektorun payı 82 faizə çatmışdır. Son 12 ildə 20 mindən çox sahibkarlıq subyektinə 2 milyard manata yaxın güzəştli dövlət kreditləri verilmişdir.
2015-ci ildə isə sahibkarlıq sektorunda inqilabi dəyişikliklər hesab olunan mühüm addımlar atılıb. Dövlət başçısının imzaladığı fərman və sərənmcamlara əsasən, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayı azaldılıb, bəzi sahələrdə ümumiyyətlə lisenziyalar ləğv edilib, lisenziya verilməsi prosedurları sadələşdirilib, rüsumların məbləği aşağı salınıb. Lisenziyalar "ASAN xidmət" mərkəzlərində verilməkdədir. 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Bütün bu addımlar sahibkarlığın inkişafında yeni mərhələ açıb, şəffaflığın təmin edilməsinə əlverişli şərait yaradıb.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində həyata keçirilən sənaye siyasəti də mühüm yer tutur.
2004-2015-ci illərdə Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. Sənaye sektoruna həm də investisiya qoyuluşları da artıb və son 12 ildə ölkə sənayesinə 30 milyard manatdan artıq investisiya qoyulub.
Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapır. "Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 40-cı olmuşdur və artıq 7 ildir ki, MDB ölkələri arasında birincidir. Əsas kredit reytinq agentlikləri - "Fitch Ratings", "Standart and Poors" və "Moodys" Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlamışlar. Dünya Bankının (DB) "Doing Business 2016" hesabatında Azərbaycanın mövqeyi əvvəlki hesabatla müqayisədə 17 pillə yaxşılaşıb və respublikamız 80-ci pillədən 63-cü pilləyə yüksəlib.
Aydın Hüseynov
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

