/ / Əli Həsənov: Düşünürük ki, konqresmenlər ABŞ ilə Azərbaycanın münasibətlərinin əhəmiyyətini dəyərləndirəcəklər
Əli Həsənov: Düşünürük ki, konqresmenlər ABŞ ilə Azərbaycanın münasibətlərinin əhəmiyyətini dəyərləndirəcəklər
26.12.2015 [11:40]
“Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur. Mən bununla bağlı mətbuatda da çıxış etmişəm. Düşünürük ki, ABŞ-ın maraqlarının, Azərbaycanla münasibətlərinin, tərəfdaşlığının əhəmiyyətini dəyərləndirən konqresmenlər bu layihəni dəstəkləməyəcək və o sənəd K.Smitin təşəbbüsü olaraq da qalacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 25-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov, həmçinin bildirib ki, Azərbaycanın Milli Məclisinə təqdim olunan layihəyə də bizim münasibətimiz ABŞ-dakı bir konqresmenin təşəbbüsü kimidir: “Yəni hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır və deputatlar bu təşəbbüslərin iki dövlətə verə biləcəyi xeyiri, vura biləcəyi ziyanı dəyərləndirməlidirlər. Ondan sonra münasibət bildirməlidirlər. Ona görə də, istər ABŞ-dakı anti-Azərbaycan layihəsinə, istərsə də Azərbaycandakı anti-Amerika layihəsinə bizim hakimiyyətin münasibəti eynidir”.
ABŞ ilə Azərbaycan arasındakı mövcud münasibətlərə toxunan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi diqqətə çatdırıb ki, son zamanlar Birləşmiş Ştatlar ilə respublikamız arasındakı səfərlərin və qarşılıqlı ünsiyyətin sayı müəyyən qədər azalıb. Amma buna baxmayaraq, münasibətlər davam edir. Bu yaxınlarda ABŞ-ın böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. O cümlədən, səfirliklər, Xarici İşlər nazirlikləri, təhlükəsizlik qurumları çərçivəsində və digər sahələrdə ABŞ ilə Azərbaycan arasında münasibətlər davam etdirilir. ABŞ-Azərbaycan münasibətləri təhlükəsizlik sahəsində strateji xarakter daşıyır, enerji, demokratiya və insan hüquqları sahələrində əməkdaşlığı əhatə edir. Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var, düşünürəm ki, kifayət səviyyədə davam edir.
Əli Həsənov ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycan ilə ABŞ arasında demokratiya və insan hüquqları ilə bağlı dövlətlərarası komissiyanın yaradılmasına dair fikirlərinə münasibət bildirərkən deyib ki, hazırda bu istiqamətdə danışıqlar getmir. Həmin səfərdən sonra müəyyən təşəbbüslər olsa da, onlar sonradan dayandırıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının hazırladığı siyahıya münasibət bildirən Əli Həsənov qeyd edib ki, bu siyahı üzərində bir ay ərzində işlənilib və siyahı kifayət qədər genişdir.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

