/ / Dan Stav: Səfirliyimiz AZƏRTAC-ın İsrail mediası ilə əlaqələrinin inkişafına töhfə verməyə hazırdır
Dan Stav: Səfirliyimiz AZƏRTAC-ın İsrail mediası ilə əlaqələrinin inkişafına töhfə verməyə hazırdır
09.01.2016 [13:08]
İsrailin media qurumları ilə AZƏRTAC arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkə arasında münasibətlərin yeni məcrada inkişafına əlverişli imkanlar yarada bilər. Bu baxımdan səfirliyimiz AZƏRTAC-ın İsrail KİV-ləri ilə istənilən əlaqəsinin qurulmasına və informasiya mübadiləsinin genişləndirilməsinə töhfəsini verməyə hazırdır. Ümid edirəm ki, bu əməkdaşlıq sayəsində gələcəkdə həyata keçirəcəyimiz birgə layihələr hər iki tərəf üçün faydalı olacaq.
Bu fikirləri İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Dan Stav yanvarın 8-də AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, həyata keçirilən layihələr, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə ətraflı məlumat verən baş direktor Aslan Aslanov Azərbaycan ilə İsrailin nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığından da danışıb.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən söhbət açılıb, son illərdə bu münasibətlərin inkişafında xəbər agentliklərinin artan rolu barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan ilə İsrail arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, yüksək texnologiyalar sahələrində əlaqələr inkişaf edir və möhkəmlənir.
AZƏRTAC İsrailin Azərbaycandakı səfirliyi ilə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu əməkdaşlıq hər iki ölkənin sosial iqtisadi həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilini, birgə fotoalbom və kitabların nəşrini, müştərək video layihələri əhatə edə bilər. Söhbət zamanı bununla bağlı məsələlər də nəzərdən keçirilib.
Azərbaycanın inkişafından məmnunluğunu bildirən səfir Dan Stav ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrinin əhəmiyyətindən, dövlətlərimiz arasında münasibətlərin sağlam məcrada davam etməsində milli xəbər agentliklərinin mühüm rolundan danışıb. Geosiyasi baxımdan çətin regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın inkişafının onu heyrətləndirdiyini bildirən səfir hər iki ölkənin oxşar xüsusiyyətlərinə toxunub. Diqqətə çatdırılıb ki, Azərbaycanda və İsraildə müşahidə olunan inkişaf, iqtisadi çiçəklənmə, müsbət tendensiyalar gələcəyə böyük ümidlər yaradır.
Zəngin tolerantlıq ənənələrinə malik olan Azərbaycanda bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq şəraitində yaşadığını vurğulayan səfir bu modelin dünya ölkələri üçün örnək olduğunu deyib: “Əfsuslar olsun ki, tolerantlıq məfhumu bir çox ölkələrdə “sənə dözürəm, lakin sənə nifrət edirəm” mənasını verir. Azərbaycan tolerantlığı isə “sənə dözürəm, çünki səni sevirəm” anlamına gəlir”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dan Stav İsrailin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

